Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


Dördüncü hissə: Müsəlman yazıçıların, ziyalıların və incəsənət xadimlərinin mədəni hücuma qarşı vəzifələri



Yüklə 416,28 Kb.
səhifə53/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   49   50   51   52   53   54   55   56   ...   73
Dördüncü hissə: Müsəlman yazıçıların, ziyalıların və incəsənət xadimlərinin mədəni hücuma qarşı vəzifələri

1- İncəsənətə əhəmiyyətli yanaşmaq

Bir incəsənət xadimi öz sənət əsəri ilə bir ölkənin, hətta bir dünyanın düşüncələrini dəyişdirə, insanları düz yola yönəldə, yaxud onlara mənəvi həzz yaşada bilər.456


Şübhə yoxdur ki, yanlış düşüncə və marağı olanlar da incəsənətdən istifadə edəcəklər. İncəsənət elə bir şeydir ki, dünyanın bütün şüurluları ondan istifadə etmək istəyirlər. Ümumiyyətlə dünyada incəsənətdən istifadə etmək istəməyən ağıl sahibi yoxdur. İstifadənin biri də budur ki, bir nəfər natəmiz bir düşüncəni bir incəsənət növü ilə beyinlərə yeridir. Buna əsasən, o şəxs də incəsənətdən istifadə etmək istəyir; necə ki, natəmiz düşüncə və əməl sahibləri pul və silahdan da istifadə edirlər. Bunun qarşısını almaq olmaz. Görülməsi mümkün olan iş budur ki, natəmiz düşüncə sahibinin istifadə etmək istədiyi, yaxud etdiyi amildən müqəddəs, pak və ülvi düşüncə üçün istifadə edək. Çünki bu pak, müqəddəs və ülvi düşüncə ondan istifadə edə bilməsə, geri qalacaq. Əgər sapqın bir insan dünyanın bir yerində fəsad törətmək, məsələn, bir oğurluğa rəhbərlik etmək, yaxud insanları öldürmək üçün avtomobildən və ya təyyarədən istifadə edirsə, ona mane olub insanları xilas etmək üçün siz də mütləq təyyarədən istifadə etməli, ondan tez, ən azı onunla birgə və ya onun arxasınca özünüzü həmin yerə çatdırmalısınız. Bu zaman avtomobil, ya təyyarədən istifadə etməsəniz, geri qalacaqsınız. Sürətli təyyarə ilə özünüzü çatdırmasanız, geri qalmanız qaçılmazdır. Bunda şübhə yoxdur.457
Əgər 1962-ci ildən başlayaraq həzrət imam tərəfindən min yolla - istər çıxışlarda, istər dərslərdə, istər fəlsəfi düşüncələrdə, istərsə də fiqhi nəzərlərdə ortaya qoyulan bu inqilabi düşüncə sənət formasında təqdim olunmasa, gələcək nəsillər üçün yad bir şey olacaq. Fərz edin bizim önümüzdə bir mənzərə var; məsələn, müxtəlif yaşları, elmi səviyyələri, ictimai vəziyyətləri, fikir və baxışları olan bir qrup kimi bir yerdə oturmuşuq. Siz bu məclisi burada olmayana necə təsvir edə bilərsiniz ki, buranın vəziyyətini məclisdə iştirak edənlər kimi, hətta bəzən onlardan da yaxşı və dəqiq təsəvvür edə bilsin? Belə bir şey mümkündür? Əgər mümkündürsə, necə? Bəli, sənət dili ilə mümkündür. Sənət dili nədir? Yəni şəkil, film, heykəl, şeir, roman.

Müstəmləkəçi qüvvələrin incəsənətdən inqilabın və sevmədikləri bütün dəyərlərin əleyhinə istifadə etmək üçün bu qədər sərmayə qoymalarının səbəbi incəsənətin təsiridir. Siz buradan bayıra çıxıb bu məclisdə olmayanlar üçün danışsanız ki, filan yerdə idik, bir nəfər şeir oxudu, bir nəfər belə dedi və sair. Bu həmin adamda olduğu kimi təsəvvür yarada bilməz, incəsənət isə yarada bilər. Fərz edin sənətkar bir fotoqraf və ya operator məclisin yaxşı yerlərindən şəkil, yaxud film çəkir. Sonra ona baxan adam xüsusi diqqət və zövq sahibi olsa, bəlkə də bizim diqqət yetirmədiyimiz şeylər görər: məsələn, bir neçə nəfər filan rəngdə paltar geyinib, yaxud hansı rənglər bir-birinin yanındadır və sair. Bunlar burada otursaq da, bizim özümüzün diqqət yetirmədiyimiz nəticələrdir. Sənətkar baxış onu cəld hiss edir və anlayır. Əgər belədirsə, bilin ki, biz bu amildən lazımi formada və düzgün istifadə etmirik.458


Əlbəttə, bizim ölkəmiz incəsənət ocağıdır. Dünya incəsənəti min il öncədən bu yana ümumi şəkildə fars dilinə və iranlı sənətkarlara borcludur, lakin biz bundan istifadə etməmişik. Səbəb də budur ki, sənət adamları özlərində lazımi cəsarəti toplaya bilmədilər. Çünki sənətkarlıq digər yaxşı xislətlərə də sahib olmaq demək deyil. Sənəti çox uca, amma özü əskik, dəyərsiz, pis, fasiq, azğın və xain insanların olması mümkündür. Keçmişdə bizdə belələri vardı, indi də var və çoxları gözlərimizin önündədir. Görürsünüz ki, bizim bütün sənətkarlarımız özlərini inqilabla uyğunlaşdıra bilmədilər. Düzdür, bəzi sənətkarlar uyğunlaşdırdılar, amma inqilab o zaman özünü sənət qəlibinə sala bilər ki, doğma sənətkarı olsun və onu özü yetişdirsin. Gənclərin bir qrupu çox yaxşı şəkildə bu işlərlə məşğul olurlar. Siz də harada və hansı formada olsanız, bu işi görün, bu silahın kəsərliliyinə diqqət yetirin, inqilab düşmənlərinin bu silahdan böyük istifadəsinə diqqət yetirin. Bilin ki, inqilab təlimləri müxtəlif sənət əsərləri formasında yaxşı təsvir oluna bilərlər. Və bunun bir dəyər olduğunu hiss edin. Peyğəmbərin (s) özü böyük bir sənətkar, Quran bəşər sənətinin fövqündə duran ilahi sənət əsəridir. İslam əvvəldən incəsənətlə başlayıb, yəni Quranda incəsənət dili olmasaydı, bəlkə də işin bir tərəfi axsayardı. Allah-Taala heç bir şeyi məsləhətsiz və hikmətsiz yaratmır. Hikmət tələb edirdi ki, bu güclü və təsirli incəsənət, ilahi təlimləri 1400 ildən sonra da insanlara təqdim etsin.459
Biz inanmalıyıq ki, inqilabın həm daxildə, həm də ölkə xaricində dərinləşməsi və genişlənməsi yalnız və yalnız incəsənətlə mümkündür, başqa bir yolla mümkün deyil.460
Mənəvi sözlər adi danışmaqla, rəsmi şəkildə söyləməklə bəyan olunan sözlərdən deyil. Onları yalnız incəsənət vasitəsi ilə bəyan etmək mümkündür. Siz görün bu gün dünya əhalisnin Almaniya yəhudilərinə dair fikri necədir? Yəhudilərlə arası yaxşı olmayan və bu məsələdə çox da marağı olmayan biz müsəlmanları çıxmaq şərti ilə, bütün dünya yəhudilərə nasizmin qurbanları kimi baxır. Baş verəni bir neçə dəfə artıq bəzəyib-düzəməyi incəsənətdən başqa hansı amil bacarar?! Onlar çoxlu filmlər istehsal edib bütün dünyaya yaydılar. Hətta bəzən İranda da filmləri yayımlanırdı. Bu mesajları incəsənətdən başqa bir yolla yaymaq mümkün deyil. Biz bu gün kino və teatr sahəsində geridəyik, yəni bunlar bizim cəmiyyətimizdə hələ oturuşmayıb.461
Mən öz gözlərimlə elə hadisələr görmüşəm ki, maddi göz o hadisənin dərinliyini dərk edə bilməyib. Sonra sizin kimi bir sənətkar onu yazmış, nümayiş etdirmiş və yaxud hekayə şəklində bəyan etmişdir. Bundan sonra o hadisəyə yenidən baxanda məndə maraq yaradıb və onu anlamağa başlamışam. Bu mənim özümün şahid olduğumdur. Buna əsasən, məncə müsəlman incənəsət xadiminin rolu fövqəladə dəyərə malikdir. Təəssüf ki, hələ incəsənət sahəsi sizin əlinizdə deyil, çünki sayınız azdır. İnqilabın möcüzələrindən biri onun tarixini təsvir edən incəsənət xadimləri yetişdirməkdir. Allaha şükür olsun ki, sizin müəyyən sayınız var. Lakin say və imkanlar baxımından sizdən üstün və öndə olanların geniş imkanları var. Onların bəziləri incəsənət baxımından da zəngindirlər, əcnəbilərə xidmət göstərən bir sərvət, düşmən əlində bir silah sayılırlar. Mən o sənətkarlıqda heç bir böyüklük hiss etmirəm. İnsan adətən özünü sənətkar qarşısında kiçik sayır. Mən beləyəm: incəsənət xadimlərini görəndə öz qarşımda onların uca məqamlarını duyuram. Lakin əcnəbilərə xidmət edən sənət adamının işi nə qədər yüksək və incəsənət baxımından dəyərli olsa da, onun sənətində dəyər hiss etmirəm, çünki hər hansı pul, sərvət, qol gücü, kəsərli dil və hər hansı incəsənət növü haqqın, insanların və dürüstlüyün xidmətində durmasa, dəyəri yoxdur. İndi elm atom silahlarının xidmətində və İsrailin əlindədir. Bu dəyərlidir?! Xeyr! Bunun heç bir dəyəri yoxdur. Belə şeylərin dəyəri nisbidir, mütləq deyil. Sözsüz ki, mütləq dəyərlər var. Ümumiyyətlə dinlərin məqsədi düzgün və doğru dəyərləri mütləqləşdirməkdir. Lakin elm, sənaye və texnologiya mütləq dəyərlərdən deyil; harada işlədilməsindən, kimin əlində olmasından və necə istifadə edilməsindən asılıdır. İncəsənət də belədir. Odur ki, sizin sayınız və imkanlarınız elə adamlara nisbətən bəlkə də az olsa da, dəyəriniz onlardan dəfələrlə yüksək və çoxdur.462
İncəsənət təsirinə görə ölçülməlidir. Şeir və digər bəzi sənət növlərində birinci məsələ təsirdir. Deməli, sənətkarın beynində və düşüncəsində formalaşmış və onun öz yüksək dərki ilə anladığı məsələni incəsənət dili ilə hər yerdə yaxşı əks etdirəcək ötürmə qabiliyyəti incəsənətin yüksək səviyyəsidir, digər meyarlar isə hədd və ölçü üçündür. Bu işə instinktiv bacarığı olmayan adam ona nail olmaq istəsə, bilməlidir ki, rəssamlıqda hansı qaydalardan istifadə olunur, şeirdə, yaxud musiqidə hansı qaydalardan. Odur ki, mən təsir buraxdığını görəndə onun yüksək səviyyədə olduğunu anlayıram.463

Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin