Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Qərb mədəniyyətinə qarşı mübarizədə tələbə və müəllimlərin rol və vəzifələri



Yüklə 416,28 Kb.
səhifə58/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   54   55   56   57   58   59   60   61   ...   73
3- Qərb mədəniyyətinə qarşı mübarizədə tələbə və müəllimlərin rol və vəzifələri

Siz əziz tələbələr bilməlisiniz ki, inqilabın hərəkət və inkişafında tələbənin çox aktiv rolu var. Siz inqilabın bitdiyini düşünməyin, o davam edir. Əgər inqilab düşmənləri təhrik edən, məhrum və məzlum təbəqələrə qurtuluş, səadət müjdəsi verən əsaslı dəyişiklik deməkdirsə, bəllidir ki, bitməyib və hələ də davam edir. Bunun dəlili dünyada bizə qarşı olan düşmənlik və ədavətlər, eləcə də dünyanın məzlum xalqlarının bu inqilaba və onun rəhbərinə qarşı sevgi, səmimiyyət və dəstəkləridir. Siz bu günlərdə bunu aydın görürsünüz ki, əcnəbi bir ölkənin bizim dilimizi bilməyən, bəzisi hətta əlifbamızla tanış olmayan əhalisi rəhbərimizin vəfatına görə başına vurur, ürəkdən ağlayır, yürüş zamanı İslam Respublikasının bayrağını qaldırır, onunla fəxr edir və mehriban bir atanı əldən verdiklərini düşünürlər. Bu, inqilabın səciyyəsidir; düşmənliklər və dostluqlar qalır.505


Siz tələbələr öz rolunuzu unutmayın. Sizin təbəqənizə uyğun siyasi ayıqlıq və inqilabi gənclik coşqusu quruluşun məqsədlərinə xidmət göstərməlidir. Bəzi sadəlövh uşaqlar elə bilirlər ki, tələbənin inqilabda iştirak etməsi məsul şəxslərin başlarına çığırmaqdır. Xeyr! Bu, inqilabçılıq deyil. Tələbələrin məsul şəxslərin başına çığırdıqları yerlərdə məsul şəxslər tələbələrlə eyni istiqamətdə hərəkət etmirlər. Onlar Amerikaya muzdur olduqlarına görə gənclər dözmür və etiraz səslərini ucaldırlar. Keçmiş rejimdə bizdə də elə idi. Tələbələr, xalq, sağlam və qorxmaz insanlar vəzifəli şəxslərin başlarına çığırırdılar. Hansısa bir qrup hiyləgərliklə və müxtəlif planlarla bir neçə sadəlövh gəncə tələbənin fəryad çəkməli olduğunu başa salmasın. Bəli, fəryad çəkilməlidir, lakin Amerikanın başına, quruluşun məsul şəxslərinə və onu idarə edənlərə maneçilik törədən qüvvələrin başına. Hansı universitetdə təhsil alsanız, düzgün xətdə tələbə iştirakını güclü şəkildə qoruyun.

Tələbə əzizlər! Yaxşı, səmimi və sağlam gənclər! Bacardığınız qədər birliyinizi qoruyun, müxtəlif adların müxtəlif istiqamətlər kimi başa düşülməsinə imkan verməyin. Düşmənə qarşı çevrilməli olan qüvvələrin bir-birinə qarşı dayanmasına qoymayın. Bu nazirliyin tələbəsi-o nazirliyin tələbəsi, bu universitetin tələbəsi-o universitetin tələbəsi, dövlət universitetinin tələbəsi-özəl universitetin tələbəsi, buranın İslam birliyi-oranın İslam birliyi kimi adlar divar yaratmamalı və sərhəd çəkməməlidir. Bundan ehtiyatlı olun.506


Tələbələr inqilab məsələlərində heç zaman soyuqluq hiss etməməlidirlər. Təbii ki, bunun yolları var, bunu fərman və sərəncamla qorumaq olmaz.507
Universitetlərinizdə İslamı yüksək səviyyədə qoruyun. Elə edin ki, özgələr, yəni inqilaba və İslama yad olanlar işləri öz əllərində hiss etməsinlər. Mühiti elə düzəldin ki, hizbullahçı orada inkişaf etsin. Bizim düşmənlərimiz dünya mediasında hizbullahçını pis simada göstərməyə çalışırlar. Hizbullahçını alçaq bir insan və bir quldur kimi təsvir edirlər. Halbuki belə deyil. Hizbullahçı - Allahın xidmətində olan, inqilabdan və ilahi iradədən başqa heç bir siyasi və təşkilat bağlılığı olmayandır. İnqilabın əvvəllərində liberallar bu adı bədnam etməyə çox çalışdılar. Mənim yadımdadır, o zaman təsadüfən Dövlət Şurasındakı bir həkim mənim gördüyüm ilk şəxs idi ki, fəxrlə belə dedi: "Bu qədər deyirlər hizbullahçı, mənim özüm bir hizbullahçıyam". O, yüksək vəzifəli bir həkim idi. Ölkənin hizbullahçı cinahının, özünü bu inqilabınkı bilən, inqilaba ürək yandıran, özünə bu ölkəyə və bu inqilaba xidmətdən başqa bir vəzifə tanımayanların özlərini doğma universitetlərdə hiss etmələrinə çalışın.508
Siz tələbə və şagirdlərin, oğlan və qızların üzərinə dərs oxumaqdan əlavə, ağır vəzifələr düşür; universitet və məktəbdə inqilabi və dini vəzifələr. Bu mübarizə bir günün, iki günün, bir ilin və iki ilin mübarizəsi deyil, nəsillərin mübarizəsidir. İnqilabın başlanğıcından uzun müddət sonra meydana çıxmış nəsil İranı qurmaq, qüdrətləndirmək, ucaltmaq, digər xalqlar qarşısında canlı örnəyə çevirmək və hegemonizmin burnunu ovmaq istəyirsə, inqilabçı, islamçı və dindar bir nəsil olmalıdır. O nəsil sizlərsiniz. Bu gün tələbə və şagird olan sizlər sabah ölkəni idarə edəcəksiniz. Bu gün özünüzü yetişdirin, universitet və məktəbləri inqilabçı və islamçı edin. Görmürsünüz ki, düşmən bu mərkəzləri hədəf seçmişdir?! Bu nədən ötrüdür? Onlar bu yerlərdən qorxurlar. Universitetlərdə inqilabçı və müsəlman gənclər əlbir olub həmrəyliklə və bir düşüncə ilə hərəkət etməlidirlər. Bu düşüncə İslam və inqilab düşüncəsidir. Təhsil ocağınızı islamçı və inqilabçı edin, Allah və inqilab yolunda birliyə mane olan hər şeydən çəkinin. Beləliklə İranın sabahını təmin edib İslam Respublikasını düşmən və bədxahlar qarşısında qalib, İran xalqını dostları və dünyanın ümidliləri qarşısında üzüağ edəcək bir univeristet qura bilərsiniz.

Məktəblər də belə olmalıdır. Bizim müsəlman gənclərimiz və mömin uşaqlarımız bu inqilabda rol oynamışlar.509


Əziz və inqilabçı övladlarıma, qardaşlarıma, gənclərə, şagird və tələbələrə deyirəm: İstər indi, istər gələcəkdə inqilabın əsas yükü sizin çiyinlərinizə düşür. Əziz İslam, şəhidlərin valideynləri, Böyük İmam və xalqın saleh insanları sizə baxır, bel bağlayır və sizdən umur. Çalışın Böyük İslam İnqilabının kamilliyə və məqsədlərinə çatması üçün fürsətlərdən əlverişli istifadə edin, beyinlərinizdə və qəlblərinizdə dini inancı gücləndirin, mənəvi saflıqla və məsuliyyət hissini artırmaqla inqilabı, inqilabi dəyərləri, mədəniyyəti və əhval-ruhiyyəni qoruyun, cəmiyyətlə, müxtəlif təbəqələrlə, xüsusən də hörmətli ruhanilərlə əlaqələrinizi gücləndirin, xeyirxah və qayğıkeş görünən şeytan hiylələrindən və iblis təxribatlarından ehtiyatlı olun. İran xalqının şərəfli mübarizə yolunda gənclər həmişə öndə olmalıdırlar. Özünüzü düzgün xətdə öncüllüyə hazırlayın, sayıqlıqla doğru və düzgün xətti yanlış xətlərdən ayırın, ilahi rəngləri təbliğ edin və İslam şüarlarını uca tutun.510
Tələbə və şagirdlər elm öyrənməkdən ibarət olan vacib əməli peşə və təcrübə öyrənməklə yerinə yetirməli, inqilab hərəkətlərinin öncülü kimi İslamın uca məqsədləri istiqamətində, qlobal hegemonizmin, ABŞ, sionizm və mürtəcelik üçbucağının təxribatlarına qarşı ürəkdən mübarizə aparmalıdırlar.511
İnsanın elmi sevmədən, təhsilə əhəmiyyət vermədən, yalnız bir kağız parçası əldə etmək və onun sayəsində işləmək üçün yox, pul qazanmaq üçün işə düzəlmək məqsədi ilə universitetə girmək, xalqın imkanlarından və dövlət büdcəsindən istifadə etmək İslam işi deyil; tələbə belə dərs oxusa, İslamdan deyi; müəllim belə dərs desə, İslamdan deyil. Çünki bizim gənclərimiz, qız və oğlanlarımız Allaha şükür olsun ki, onsuz da müsəlmandırlar. Bizim universitetlərimizdə mühüm məsələlərdən başqa birisi gənc təbəqənin inqilaba qarşı məsuliyyət hiss etməsi, özünü bu məsələlərdən uzaq bilməməsi və inqilabın bu gün ondan hansı vəzifəni tələb etdiyinə baxmasıdır: o, inqilabın inkişafında hansı rolu ifa edə bilər və vəzifəsi nədir? Tələbə Allahın lütfü ilə həmişə inqilab işlərində hazır olan böyük xalqımızdan ayrılmamalı, xalqın inkişafına və ayıqlığına kömək etməli, savadlanmasına yardımçı olmalıdır. Universitetin qapısı xalqın üzünə açıq olmalı, tələbə universitetdə məhdud olmamalı, ölkə və cəmiyyət məsələlərində ailə üzvləri və dostları arasında maarifləndirmə aparmalıdır. Bizim gənclərimiz bilməlidirlər ki, ölkəmizin tarixində istedadlı və elmli gənc üçün ən azı son 7-10 əsrdə bugünkü kimi fürsət yaranmamışdır. 512
Bizim universitetimiz İslam universitetidirsə, onun ən böyük səciyyələrindən biri müəllimlərə dünyada mövcud olandan artıq hörmət etmək olmalıdır; xüsusən şagirdlər tərəfindən. Müəllim pis də olsa, şagird qeyd-şərtsiz olaraq, ona hörmət göstərməlidir. Fərz edin, kafir bir müəllimi gətirib hizbullahçı bir sinfə qoydular. Bu hizbullahçılar o kafirə hörmət etməlidirlər, yoxsa hörmətsizlik? Ona hörmət etməli, onu uca tutmalı və özlərindən üstün bilməlidirlər. Çünki onların müəllimidir, başqa heç bir dəlil lazım deyil. Qeyd etdiyimiz kimi, həmin müəllim onlarla eyni etiqadları bölüşməyəndə də belə olmalıdır, mömin və müsəlman olanda isə daha heç. Hər halda, universitetlərdə və elm mərkəzlərində müəllimin hörməti çox qorunmalıdır.513
Universitetlərin rektor, müəllim və tələbələri birinciliyi İslama verməli və İslam hökmlərinə əməl etməlidirlər. İslam dəyərləri universitetdə yarış formasına düşməlidir.514
Dəyərli və qayğıkeş müəllimlər istedadlı qüvvələrin tərbiyəsi üçün əlverişli inqilabi şəraitdən istifadə etməli və tələbələr müəllimlərə hörmətlə yanaşı, - bu, İslam baxımından vacib əməldir – kiminsə bədxahlıqla elm və ixtisası müstəmləkə mədəniyyətinin təbliğinə vasitə etməsinə, əcnəbilərin istismarı dövründəki kimi universiteti özünə yad olan əcnəbipərəst beyinlərin tərbiyə mərkəzinə çevirməsinə icazə verməməlidirlər.515
Elm və tədqiqat mərkəzlərinin müəllim və rəhbərləri ölkə inkişafının əsas sütunu sayılan elm və tədqiqat səviyyəsinin yüksəldilməsinə dair yetərli diqqətlərinin yanında, təhsil mərkəzinin İslama uyğunlaşdırılmasına, idxal olunmuş mədəniyyətin pis təsirlərinin silinməsinə, ölkənin gələcəyinin ümidləri olan tələbə və şagirdlərin dini və siyasi bünövrəsinin gücləndirilməsinə də çalışmalı, kreativ, sürətli və güclü proqramlarla savadsızlığın kökünü kəsmək və cəmiyyəti savadlandırmaq işinə müqəddəs məqsəd kimi baxmalıdırlar.516

Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin