Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- İslam mədəniyyətinin təbliğində və mədəni hücuma qarşı mübairizədə radio və televiziyanın rolu



Yüklə 416,28 Kb.
səhifə71/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   65   66   67   68   69   70   71   72   73
10- İslam mədəniyyətinin təbliğində və mədəni hücuma qarşı mübairizədə radio və televiziyanın rolu

Radio və televiziyanı inqilabçı İslamın prinsiplərini tədris edən bir universitet bilin. Bizim baxışımız belədir.



İmam radio və televiziyanı universitet adlandırdı. Universitetdə nə isə tədris olunur. Bəs burada nəyin tədris olunmasını istəyirsiniz? Məncə bu universitetdə həqiqi və inqilabçı İslamın mesaj, əsas, təlim və dərsləri tədris olunmalıdır. Biz radio və televiziya ilə buna nail olmaq istəyirik.585
Radio və televiziya həqiqətən inqilab və İslam təfəkkürünün xidmətində durmalı, bu təfəkkürü bütün şaxələri ilə birgə öz cəmiyyətimizin, həmçinin təbliğat dairəsində olan digər insanların beyninə, düşüncəsinə, ruhuna və əməlinə daxil etməli və bir inkişaf vasitəsinə çevrilməlidir. Çətin olsa da, radio və televiziyanın hər bir proqramından istifadə olunmalı, məzmunlar öyrədici olmalıdır. Məqsədim bir nəfərin sadə şəkildə dərs öyrətməsi deyil, dərin mənada öyrədici olmalı, dinləyici və tamaşaçının ruhunu və düşüncəsini tərbiyə etməli, keyfiyyətləndirməli, həyatına və fəlaliyyətinə istiqamət verməlidir. Bu yalnız o zaman mümkün olar ki, bu məsuliyyətin əhəmiyyətinə və böyüklüyünə uyğun olaraq formalar da lazımi keyfiyyətə malik olsun. Hər halda, radio və televiziya buna nail olmalıdır və bundan nə qədər aşağı olsa, azdır. Beləliklə, nəticə çıxarmaq olar ki, radio və televiziya hər gün öncəkindən yaxşı olmalıdır. "İki günü eyni olan şəxs ziyan etmişdir" hədisi radio və televiziyaya da aiddir. Əgər radio və televiziyanın bu günü dünəni kimi olsa, deməli, biz kamilliyə doğru hərəkət etmir və məsuliyyətdən uzaqlaşırıq.586
İslam Respublikasının çox əhəmiyyətli qurumu olan radio və televiziyasını böyük imamımız bütün ölkə və xalqdan da geniş əhatəyə malik bir universitet bilirdi. Mədəni, siyasi və düşüncə yardımı, İslamın təbliği və düşmənlərin media təxribatlarına qarşı mübarizə vəzifəsi bu qurumun üzərinə düşür. Onda mesaj, incəsənət, hər bir yanlış təlimdən uzaq münasib dil və mövzu seçimi dörd qayda kimi müdirlərin, işçilərin, prodüsser və aparıcıların daim diqqət mərkəzində olmalıdır. Mövzuların rəngarəng olması ilə yanaşı, bir əsas şərt də bütün proqramların İslamın və inqilabın məqsədlərinə xidmət etməsidir. Radio və televiziya İran xalqının və İslam Respublikası quruluşunun düşüncə və əməl müstəqilliyini, "nə şərqçi, nə qərbçi" prinsipini yerli mədəniyyətlə, zəngin düşüncə və incəsənətlə təbliğ etməli, gücləndirməli və əcnəbi mədəniyyət, incəsənət və düşüncələr qarşısında hücumçu mövqeyi seçməlidir. Radio və televiziya ən yaxşı usullar və ən səlis dillərlə dərin İslam məfhumlarının və parlaq Quran həqiqətlərinin üzərindən qürbət tozunu silməli, dünyanın müsəlman xalqlarının İslam Respublikasından gözlədiklərini onlara ərməğan etməlidir.587
Radio və televiziya sağlam incəsənətdən istifadə etməklə ümumi təlim, mədəni və siyasi hidayət, İslamın əsaslarını izah etmək və düşmənin media təxribatlarına qarşı mübarizə məsuliyyətini daşıyır.588
Radio və televiziya düşmənin inqilaba qarşı təbliğatı qarşısında sinəsini sipər etməlidir. İndi dünyada ənənəvi təbliğat yolu ilə təxribat aparan çoxlu media qurumları var. Bu iş həm də çox mümkündür. Əgər bir quruluş həqiqətən öz ayağı üstə möhkəm dayanmasa, bir xarici radio ilə asanlıqla onu səhnədən çıxarıb məhv etmək olar. İndi böyük güclər müxtəlif inqilablara və ən çox bizim özümüzə qarşı bu işi görməkdədirlər. Lakin onlar bizim barəmizdə yanlış düşünürlər, çünki bizim quruluşumuzun əsası möhkəm, xalqın çiynində və qəlbindədir. Siz isə media qurumlarının bu düşmən hərəkəti qarşısında həqiqətən sinənizi sipər edin və media qurumları hansı nöqtə üzərində dayanırlarsa, siz öncədən padzəhərini vermiş olmasanız, sonradan verin. Bizim informasiya vasitələrimiz onların yalançı təbliğatı qarşısında çox güclü müqavimət göstərməlidirlər.589
Bu gün bizim quruluşumuz mütərəqqi məktəb və inqilabla və dünya üzrə çox yüksək siyasi idarəçiliklə idarə olunur. Bu quruluşun daxildəki və xaricdəki dinləyicilərinə deməli sözü var. Bu söz media qurumlarından deyilməlidir, başqa bir yerdən deyil.590
Bu mühüm informasiya şəbəkəsi üçün ideal olan budur ki, ən yüksək və ən gözəl inqilab təlimlərinin sənətkar formada təqdim olunduğu və sevildiyi bir universitet olsun. Cəlbediciliyi və təsiri haqda düşünülmədən nə isə deyilməsin. İncəsənət hərəkətə səbəb olmalı və müxtəlif təbəqələrin vəzifəsini bəlli etməlidir. Yəni müsəlman və inqilabçı qadın, müsəlman və inqilabçı gənc, kəndli və şəhərli, savadlı və savadsız, mütəxəssis və adi gənclərin hər biri radio və televiziya önündə oturduqda sizin proqramlarınızdan öz vəzifələrini, nə etməli olduqlarını anlasınlar və yolları aydınlaşsın. Əsla faydasız, təsirsiz, məzmunsuz və mesajsız film yayımlamayın. Yalnız zamanı dolduran faydasız və məmzunsuz proqram yayımlamayın. Təəssüf ki, bəzi proqramlar belədir.591
Bizim radio və televiziyamız var gücü və sənət bacarığı ilə quruluşun əsas görüşlərini təqdim etməli, bütün mövzularda, yayımlanan, dinləyici və tamaşaçılara çatdırılan hər bir proqramda buna əməl olunmalıdır. Görün quruluşun əsas görüşləri hansılardır; onları tapın və işıqlandırın.

Həqiqətən İslam maarifi və İslam təlimləri yayımlansın, işıqlandırılsın. Bundan əlavə, radio və televiziya xalqın dindar olmasına çalışsın. Teleradio əməkdaşlarının mühüm vəzifələrindən biri dindar insan yetişdirməkdir. Yəni elə etsinlər ki, dinləyici onların söhbətləri ilə həqiqətən güclü dindar olsun. Əsas istiqamətlərdən başqa birisi hegemonizmin istismarına qarşı çıxmaqdır. Bu gün bəlkə də qabaqkı kimi Şərq və Qərb bölgülərinin mənası yoxdur. Lakin mövcud istismarçılara və İslam Respublikası quruluşunun düşmənlərinə qarşı çıxmaq radio və televiziyanın bütün proqramlarında hiss olunmalıdır. İslam dininin xüsusiyyətlərindən olan insana hörmət, onu uca tutmaq, insanın hidayəti, onu öz layiqli yerində işlətmək və potensialını uca məqsəd üçün hərəkətə gətirmək əsas istiqamətlərdəndir. Saymaq istəsək, bunlar çoxdur. Siyasi məsələlərdə hökuməti müdafiə etmək əsas istiqamətlərdəndir. Bu, xəbərlərdə, iqtisadi və siyasi proqramlarda hiss olunmalıdır. İmam səmərəli həyatı boyu hər bir hökuməti israrla müdafiə edirdi. Siz bilirsiniz ki, bu hökumətlərin bəzisi vəzifədən kənarlaşanda imam və ümmət onlardan çox narazı idi. Amma nə qədər ki, hakimiyyətdə idilər, imam onları müdafiə edirdi. Biz inqilabın əvvəllərində imamın bəzi prezident və baş nazirləri dəstəklədiklərini xatırlayırıq. Nə üçün? Çünki hökumət başçısı və məmur idilər. Xalqa və dövlətə məxsus olan, bu xalqın pulu ilə idarə olunan radio və televiziya xalqın ən böyük məsləhətini görməzdən gələ və qurban verə bilməz.592


Müsəlman xalqın yetişməsindən ötrü bizim televiziyada daim Quran oxumağımız, təfsir dərsi deməyimiz, yaxud şəriət hökmlərini izah etməyimiz lazım deyil. İslamın müsəlmana baxışına əsasən, bunun bəzi yolları var. Müsəlman yalnız İslamın hökmlərini bilən deyil, bunun çoxlu şərtləri var. İnsanın elmi, baxışı, aydınlığı, daxili qüvvəsi, psixologiyası, fiziki qüvvəsi, geniş məlumatları, həyatda üstünlük hissi onun müsəlman kimi formalaşmasında təsirlidir. Siz bunun üçün bir neçə yolu nəzərə alın və bu məqsədə çatmaq üçün onları qət edin. Əsas odur ki, bu məqsəd unudulmasın və ondan yayınma baş verməsin. Əsas məsələ budur.593
Ədəbiyyatda dəyər məsələlərinə riayət edin. Çünki bizim radiolarımız, informasiya vasitələrimiz, danışmağımız və hər kəsin hər bir işi bu quruluşu kamilləşdirməkdən, bacardıqca yaxşı, daha islami, daha insani və uca məqsədlərə daha yaxın etməkdən ötrüdür. Bundan başqa bir məqsəd yoxdur. Bir xalq böyük bir hərəkət, böyük bir inqilab etmiş, belə möhtəşəm bir respublika yaratmışdırsa və bütün hücumlar qarşısında onu bu şəkildə müdafiə edirsə, deməli, bəzi məqsədləri var və o bu məqsədləri var gücü ilə təqib etməlidir. Bu məqsədləri haradasa məhv etməyə çalışa bilərlər, biz onları dirçəltməliyik. Ədəbiyyat və incəsənət elə sahələrdəndir ki, siz burada çox yaxşı işləyə bilərsiniz. Siz quruluşun dəyərlərini nəzərə almalı və bu dəyərlərlə toqquşan amilləri mütləq çıxarmalısınız. Xoşbəxtlikdən, bizim qədim ədəbiyyatımız bütünlüklə ilahi və islami dəyərlər istiqamətində olmuşdur.594
Baxın, görün İslam və inqilab dəyərləri hansılardır və bu dəyərləri əldə edin. Hətta zarafat, gülüş və əyləncə də bu istiqamətdə olmalıdır.595
Keçmişdə qadın barədə iki əsaslı eyib mövcud olmuşdur. Biri budur ki, hicabın dəyəri ortadan götürülmüşdü. Bundan böyüyü isə o idi ki, radio və televiziyada qadına alçaldıcı rollar verilirdi. Birinci eyibdə bir dəyər – yəni hicab sual altına salınıb tapdanırdı, ikinci eyibdə isə qadın üçün nəzərdə tutulan bütün bəşəri dəyərlər. Bir hekayə danışanda da aşiqanə hekayə olurdu və orada qadın sionizmin və hegemonizmin xoşladığı rolu ifa edirdi, çox zaman yaxşı bir ana, həyat yoldaşı və bacarıqlı bir insan simasında göstərilmirdi. Nadir hallarda belə də olurdu, amma əksərən belə təsvir olunmurdu. Bu iki eyib aradan qaldırılmalıdır.

Biz qadını həm hicablı, həm də İslamın və inqilabın nəzərdə tutduğu dəyərlərə malik göstərməliyik. Ən mühüm məsələ qadının nəcibliyi və iffətidir. Qadının ailənin və cəmiyyətin əsas üzvü və mühüm amili olması, cəmiyyətin, kişilərin inkişafında, keçmişdə baş verən hadisələrdə, o cümlədən inqilabda və müharibədə təsiri bütün veriliş, film, serial, şeir və musiqilərdə öz əksini tapmalıdır.596


Müharibə dövründə radio və televiziyaya hakim olan olduqca müsbət bir amil kimi, cihad ruhunun sönməsinə qoymayın. Bu cihad ruhu mənfi deyil, müsbətdir. Əlbəttə, demirəm ki, müharibə marşı çalın; çünki müharibə yoxdur. Bu baxımdan, müharibə marşı və reportajı vermək olmaz. Amma səkkizillik müharibə də yalnız səkkiz il demək deyil. Bir xalqın səkkiz il müharibə aparması və qəhrəmanlığı bir tarixdir. Siz Fransa ədəbiyyatına baxanda onun bir hissəsinin müharibə dövrünün qəhrəmanlıqlarına aid olduğunu görürsünüz. Fransa xalqı dörd il müharibə edib. Onlar bu müddətin ağır və məğlub durumda olduğu iki və ya üç ilində müxtəlif qəhrəmanlıqlar göstəriblər; həm müharibədə, həm Paris daxilindəki sosial mübarizələrdə, həm də insani münasibətlərdə. Fransa ədəbiyyatında bunlar tez-tez təkrarlanır. Mən fransız dili və şeiri ilə tanış deyiləm, lakin tərcümə olunan bəzi romanları oxumuşam. Ən yaxşı romanlarda və ən dəyərli əsərlərdə o günlərin əlaməti görünür. Bunlar bitəsi şeylər deyil. Siz görün Rusiyanın inqilab dövrü haqda nə qədər kitab yazılıb, digərləri üçün qalmış nə qədər fəxrləri var. Bunlar qalmalıdır.597
İnqilabdan sonra inqilabi dəyərlər istiqamətində çox yaxşı mahnı və nəğmələr bəstələndi. Lakin son illərdə belə mahnıların inkişafı azalmışdır. Bu da heyfdir. Yaxşı musiqi və şeirlər ərsəyə gəlməli, onların hamısı inqilabi dəyərlərə xidmət etməli, radio və televiziyada daim işıqlandırılmalıdır. Belə olmasın ki, yayımlanan yaxşı bir musiqi hansısa məşhur müğənninin oxuduğu aşiqanə bir mahnı olsun, inqilabi əsərlərin isə mütləq harasındasa bir eyib və nöqsan görünsün. Xeyr! Dini və inqilabi mahnılar üçün ən yaxşı musiqiçi və müğənnilərdən istifadə olunmalıdır.598
İslam Respublikasında düzgün və faydalı mədəni, iqtisadi işlərlə və müxtəlif xidmət növləri ilə məşğul olan hər kəs Allah üçün işlədiyini, savab qazandığını, ömrünü faydasız keçirmədiyini bilsin. Sizin bir gün işləməyiniz xalqa bir gün fayda yetirmək və cəmiyyətin təkamül prosesinə bir gün yardım etmək deməkdir. Bunu İslam mədəniyyəti deyir. Təəssüf ki, bizim radio və televiziyamızın bəzi proqramlarında bir nəfərin otuz il işləyəndən sonra zəhmətinin hədər getdiyini, ömrünün tələf olduğunu düşündüyü əks etdirilir. Bu, İslam və Quran mədəniyyətinə uyğun deyil. Otuz il çalışmaq o deməkdir ki, siz bu cəmiyyəti otuz il inkişaf etdirdiniz və otuz il Allah yanında ehtiyat topladınız. Əgər güzgün işləmiş olsanız, özünüzü də otuz il inkişaf etdirimisiniz. İslam və Quran mədəniyyəti budur. Bizim incəsənətimizdə, film, teatr, kino və radiolarımızda bu təlimlər əks olunmalıdır. Mən bilmirəm ki, bizim dövlət teleradiomuz nə zaman dərin İslam təfəkkürü ilə tanış olmaq istəyir. Nə üçün yanlış yazır, yanlış nümayiş etdirir və danışırlar. İslam məntiqi belə deyil. İslam deyir ki, yaxşı niyyət və vicdanla işləyən siz fəhlənin, məsuliyyət hissi ilə dərs deyən siz müəllimin, cəmiyyəti inkişaf etdirmək və problemləri aradan qaldırmaq üçün çalışan siz idarə işçisinin bir saat işi savab və Allah yanında ehtiyatdır. Sizin bir saat işiniz bu xalqı bir saat irəliyə aparır. Belə olduqda insan heç zaman işindən yorulmaz.

Ölkənin müəllimləri, zavod və tarlaların fəhlələri, sənətkarlar, tədqiqatçılar, icraçı qurumların əməkdaşları, ölkənin təhlükəsizliyini qoruyanlar və bu İslam ölkəsinin hər hansı nöqtəsində hər hansı işlə məşğul olan hər bir kəs ibadət halında olduğunu bilsin. Mühüm məqam budur ki, səfərdə olan bir yolçu bir mərhələni keçəndən sonra daha işinin bitdiyini düşünsə, yolda qalar. İslam cəmiyyəti də bir məqsədə doğru hərəkət etməkdədir. Bu məqsədin yolu mərhələ-mərhələdir. Bu cəmiyyət daxili amillərlə və hegemonizmlə mübarizədən ibarət olan iki mərhələni yaxşı və salamatlıqla arxada qoymuşdur.599


Məqsəd budur ki, biz radio və televiziyanı çox yüksək səviyyəyə çatdıraq, bütün proqramlar ən yaxşı keyfiyyətlə dinləyici və tamaşaçılarda əsl İslam düşüncəsini gücləndirmək istiqamətində olsun və onları təkamülə çatdırsın. Yəni radio və televiziya proqramlarının başlandığı saatdan gecəyə qədər hər bir veriliş bu xüsusiyyətlərə malik olmalıdır. Hətta verilişlərin loqosu, filmlərin və müxtəlif proqramların musiqisi, görünən aparıcı və qonaqların siması və səsi eşidilən aparıcıların danışıq tərzi bu çərçivələrdən xaric olmamalıdır. Bu iş böyük əhəmiyyətə malikdir.600
Ümumiyyətlə, radio və televiziya İslama və inqilaba uyğun insan yetişdirməkdən ötrüdür. Bu məqsədin içində başqa məqsədlər də olsa da, bundan üstün və böyük məqsəd yoxdur. Biz öz dinləyicilərimizə təsir göstərmək istəyirik. Siz dünyada yalnız vaxtı doldurmaqdan ötrü bir söz deyən radio və ya televiziya tapa bilməzsiniz. Düzdür, biznes kanalları ola bilər. Dünyada yalnız vaxt doldurmaqdan, müştəri və pul qazanmaqdan ötrü filmlər göstərən biznez kanalları var. Lakin dövlət teleradiosu prinsipcə öz proqramlarında müəyyən məqsədləri izləyir. Hətta vaxt tələf etmək üçün proqram nümayiş etdirəndə də bunda bir məqsəd olur.

İslam Respublikasında radio və televiziyanın məqsədsiz olması mümkün deyil. Bu respublikanın radio və televiziyasında məqsəd insanlarda təsir buraxmaq, onları İslamın və dini-inqilabi baxışın istədiyi bir ideala sövq etməkdir. Məgər bu qədər böyük, bu qədər təsir gücünə malik olan bir radio və televiziyanın bu məqsəddən kənarda qalması mümkündür?! Mütləq bu məqsədi olmalıdır. Ümumiyyətlə, bu məqsədi təmin edən ən mühüm və ən təsirli media qurumu radio və televiziyadır.601


İslam inqilabının qələbəsinə qədər 2-3 nəsil Pəhləvi sülaləsinin uğursuz sayəsi altında yaşadığına görə bir qrup bu mədəniyyətlə dünyaya gəldi, onun pisliyini anlamadı və əsl İslam cəmiyyətində olan sağlamlığı və paklığı əldə etmədi. Bizim media qurumlarımız da Qərb mədəniyyətinin eyiblərini onlara başa sala bilmədilər. Belə olan halda İslam mədəniyyətinin bütün sahələrdə, xüsusən də qadın-kişi münasibətləri və qadının cəmiyyətdəki rolu haqda üstün cəhətlərini çatdırmaq vəzifəsi aydın görünür.

Radio və televiziyanın üzərinə böyük məsuliyyət düşür. Radio və televiziya bir əyləncə mərkəzi deyil, öyrədici bir qurumdur. Bu gün bütün dünya radio və televiziyadan öyrətmək üçün istifadə edir. Elm və siyasətlə bu qurumdan istifadə edənlər sionistlərdir. Onlar ildə milyardlarla dollar xərcləyib radio və televiziya kanalları açır və insanları təlimatlandırırlar. Lakin onlar nə öyrədirlər? Özləri istədiklərini. Onlar mürtəce ölkələrin ictimai şəraitinə uyğun olan, başında azğın və asılı hakimlərin durduğu fəsadı öyrədirlər. Radio və televiziya xalqa nə öyrədir? Laqeydliyi, ehtirası, əyyaşlığı, şərabxorluğu. Xalqa bunları öyrətməsələr və xalq öz yerli, islami və hər hansı bir dini mədəniyyəti ilə inkişaf etsə, supergüclər, müstəmləkəçilər və avtoritar hakimlər asanlıqla onlara hökmranlıq edə bilməzlər. Siz əcnəbi radioların hansını dinləsəniz, fəsadla dolu olduğunu görərsiniz. Onların xalqa verdiyi qafillik, biganəlik, həyata və cəmiyyətə qarşı laqeydlikdir. Bunların kənarında hansısa elmi məsələlərə dair iki kəlmə söz öyrətmələri də mümkündür, amma əsas məsələ budur. Xaricdən idarə olunan və məqsədləri İslam ölkələri, xüsusən də bizim ölkəmiz olan radio və televiziya kanalları da öyrətməkdədirlər. Bu media qurumları öyrətmək, izah etmək və insanları istədikləri səmtə sövq etmək üçün vasitədirlər.

İslam Respublikasında radio və televiziya xalqı İslam mədəniyyətinə sövq etməyə, xalqın islami və insani gözəlliklərlə tanış olmasına bir vasitə olmalıdır. Bundan ayrı cür olmağa haqqı yoxdur. Bunun əksinə və bundan fərqli olanlar yayımlanmamalıdır. Sənətkarlar, yazıçılar, natiqlər, aparıcılar, rejissorlar, aktyorlar - hamı əl-ələ verib bu dəyərli və parlaq İslam təlimlərini incəsənət proqramları ilə xalqa öyrətməlidirlər. Biz radio və televiziyanın öyrətməli olduğunu deyəndə tez çıxış etmək yada düşməsin. Öyrətmək yalnız çıxış etmək deyil, dəyirmi masa deyil, dərs keçmək deyil. Radio və televiziyanın incəsənət proqramları, film, teatr və müxtəlif sənət növləri İslam təlimlərini başa salmaq və cəmiyyətə İslam dəyərlərini aydınlatmaq üçün vasitə olmalıdır. Belə olmasa, İslam radiosu və televiziyası ola bilməz.602


Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin