Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


İkinci hissə: Müstəmləkəçi qüvvələrin İslam dünyasına mədəni hücumunun səbəb və kökləri



Yüklə 416,28 Kb.
səhifə11/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   7   8   9   10   11   12   13   14   ...   73
İkinci hissə: Müstəmləkəçi qüvvələrin İslam dünyasına mədəni hücumunun səbəb və kökləri

1- İslamın müstəmləkəyə qarşı böyük bir maneə olması

İslamın olduğu yerlərdə beynəlxalq istismarçı sistem rədd olunur. İslam harada baş qaldırsa, bu, zülmə, təcavüzə, müstəmləkəyə, istismara, xalqın təhqir olunmasına və bugünkü dünyada istismarçı sistemin bütün əlamətlərinə qarşı düşmənlik deməkdir.52


İslam düşmənləri, böyük güclər və hegemon qüvvələr İslamı məhv etmək, adını sıradan çıxarmaq və dünyada İslamdan heç bir əsər-əlamətin qalmamasını istəyirdilər. Çünki İslam onların quldurluqlarına qarşı çıxırdı. Amerika İslamdan qorxurdu və qorxur. Dünyanın nüfuzlu oğru və quldurları, yəni qlobal güclər İslamdan qorxurlar və buna görə də onu məhv etmək qərarına gəlmişlər.53
Hegemon dünya dedikdə məqsədimiz qlobal siyasi güclər, yəni böyük güclərdən, kiçik və asılı avtoritar rejimlərdən ibarət birlikdir. Onların ən mühüm məqsədlərindən biri İslamı məhv etməkdir, çünki İslam onların hegemonluğuna qarşı çıxır.54
Qlobal Hegemonizm nə üçün İslamla bu qədər düşməndir? Çünki İslam onun tamahkarlığı qarşısında böyük bir maneə sayılır. İslam hegemon qüvvələrin soyğunçuluğuna və özbaşnalığına imkan vermir.55
İmanı olmayan insanın ümidi də olmaz. İmanı olmayan insan problemlər qarşısında tab gətirməz, yarıyolda qalar, yaxud qayıdar. Siz gördünüz ki, hakim qüvvələr tərəfindən dinsizliyə, materializmə, allahsızlığa və marksist təfəkkürlərə məcbur edilən ölkələr yarıyolda qaldılar, soyğunçu və müstəmləkəçi Qərb onlara qalib gəldi. İslam isə belə deyil. İslami hərəkət daimidir. İslamın insanın yaxşı, gözəl və ədalətli həyatı uğrunda mübarizəsi həmişəlik bir mübarizədir. Məhz buna görə İslamla düşməndirlər və hegemonizmin çantasından İslam və müsəlmanlara qarşı hər gün bir təxribat çıxır.

Dünyanın vəziyyətinə baxın. Bu gün ABŞ və şeytansifət hegemonizm çox qəzəb və şiddətlə İslam əleyhinə mübarizə aparır, əlindən gələn hər bir işi görür. Lakin buna baxmayaraq, Allaha şükür olsun ki, İslamın gücü, İslam əhval-ruhiyyəsi və İslam imanı dünyada günbəgün artmaqdadır. Bu isə hegemonizmi vahiməyə salan amildir.56


Müstəmləkəçi qüvvələr özlərinin siyasi, iqtisadi, ictimai və mədəni işğal planlarını hazırlayarkən mühüm bir maneə ilə rastlaşdılar. O maneə xalqların dini inancı idi. Əlbəttə, dini inanclar hər yerdə istismarçıların təcavüzlərinə mane olmur. Təhrif olunmuş, hansısa qüvvələrin əlinin məhsulu olan din təbii olaraq böyük güclərə qarşı çıxmır. İslam müstəmləkəçi dövlətlərin İslam ölkələrinə hərtərəfli və təcavüzkarcasına hücumuna qarşı çıxan bir dinin ən bariz və gerçək nümunəsidir. Onlar öz araşdırmalarında bunu anladılar. Hindistanda, ərəb ölkələrində, İranda bunu sınaqdan keçirdilər. Harada xalqın dini vicdan duyğusu oyanmışdısa, müstəmləkə planları maneə ilə üzləşdi. İranda Tənbəki hadisəsi, İran Məşrutə hərəkatı, Hindistanda ingilislərə qarşı baş verən qanlı hadisələr, on doqquzuncu əsrin ortalarında müsəlman əfqanlarla ingilislər arasındakı toqquşmalar və Seyid Camalın Misirdə ingiltərəliləri qorxudan hərəkəti bu nümunələrdəndir.57
Azğın Qərb mədəniyyəti uzun illər heç bir maneə görmədən İslam ölkələrində pozuculuq və fəsad törətməklə məşğul olmuşdur. Təəssüf ki, fəsad içində olan asılı hökumətlər düşmənlərin mədəni və siyasi təxribatları qarşısında xeyirxah bir hökumətdən gözlənilən möhkəm səddi çəkmədilər. Odur ki, Qərb ölkələrinin başçıları siyasi istismar və iqtisadi soyğunçuluq məqsədi ilə İslam ölkələrində dəyərsiz və rəzalət dolu Qərb mədəniyyətini yaymağa başladılar, heç bir şey də onlara mane olmadı.58

Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin