Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirməkdən ibarət olan mühüm vacib əməli dirçəltmək



Yüklə 416,28 Kb.
səhifə36/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   32   33   34   35   36   37   38   39   ...   73
5- Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirməkdən ibarət olan mühüm vacib əməli dirçəltmək

İslamın əsas hökmlərindən biri və bütün İslam vaciblərinin bərpa olunmasının zəmanətçisi olan "yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək" qaydası bizim cəmiyyətimizdə canlanmalıdır. Hər bir fərd yaxşılığın çoxaldılması, pisliyin, sapqınlığın və fəsadın məhv edilməsi üçün məsuliyyət hiss etməlidir. Biz hələ xalqın dünya və axirət xoşbəxtliyini tam şəkildə təmin edən, fəsadın, azğınlığın, zülmün və tənəzzülün kökünü qazan kamil bir İslam cəmiyyətinə çox uzağıq. Bu məsafə xalqın iradəsi və məmurların fəaliyyəti ilə qət olunmalıdır. Bu, yaxşı işlərə dəvətin və pis işlərdən çəkindirmənin ümumiləşməsi ilə asanlaşa bilər. Məscidlər mənəviyyat, paklıq və hidayət yerləri olaraq günbəgün daha canlı, daha rövnəqli olmalı, hər yerdə, o cümlədən dövlət qurumlarında, idarələrdə, universitetlərdə hamı imana, əmələ, İslam əxlaqına və Quranın nurlu təlimlərinə həvəsləndirilməlidir. Allahın kitabı xalqın işlərində həqiqətən rol oynamalı, onu öyrənmək, üzərində dərindən düşünmək hamı üçün, xüsusən də gənc və yeniyetmələr üçün adi bir işə çevrilməlidir. Bu sahədə din alimləri, məlumatlı insanlar, yazıçılar, natiqlər və informasiya vasitələri çox mühüm və böyük məsuliyyət daşıyırlar.342


Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək məsələsi müsəlmanların daimi vəzifəsidir. İslam cəmiyyəti yaxşı işlərə dəvət etməklə və pis işlərdən çəkindirməklə canlı qalır, İslam hakimiyyəti bununla yaşayır. Əgər bu olmasa, "Allah pislərinizi yaxşılarınıza hakim edər, sonra yaxşılarınız dua etsə də, qəbul olunmaz"343. İslamın və yaxşıların hakimiyyətinin yaşaması cəmiyyətdə yaxşı işlərə dəvət etməkdən və pis işlərdən çəkindirməkdən asılıdır. Bu, boynumuzdan vəzifənin götürülməsi üçün yalnız iki kəlmə söz demək deyil; o da ən mühüm olması bəlli olmayan pis işlər qarşısında. Yaxşı işlərə dəvət etməyin və pis işlərdən çəkindirməyin cəmiyyətin bütün fərdlərinə vacib edilməsi nə deməkdir? Bir xalqın bütün fərdləri nə zaman yaxşı işlərə dəvət edə və pis işlərdən çəkindirə bilərlər? Hamısının ölkə məsələlərində həqiqətən iştirak etdiyi zaman. Hamı cəmiyyətin işlərində fəal iştirak etməli, onlara əhəmiyyətli yanaşmalıdır. Hamı ayıq olmalı, yaxşı və pis işləri tanımalıdır. Bu isə ictimai nəzarət, ümumi iştirak, əməkdaşlıq və hamıda yüksək ayıqlıq deməkdir. Yaxşı işlərə dəvət etməyin mənası budur. Biz bu vacib əməli məhdud bir dairəyə və müəyyən şəxslərə aid etsək, düşmən də təbliğat apararaq bundan sonra İranda hicabı düzgün olmayan qadınlara qarşı hansısa tədbirlərin görüləcəyini deyəcək və bu, yaxşı olmayacaq. Yaxşı işlərə dəvətin mənası budur ki, hər şeyin möhkəmlənməsinə səbəb olan bu böyük vacib əməli gətirib yalnız Tehranın küçələrinə, özü də misal üçün, hicabları düzgün olmayan bir neçə xanıma aid etsinlər?! Mömin qüvvələrin cəmiyyətin müxtəlif sahələrində iştirak etməsinin mənası budur?! Məsələ bunlardan böyükdür. Günahlar bir ölçüdə, eyni və təkcə fərdi günahlar da deyil. Ən böyük günahlar quruluşun təməllərini zəiflədən günah və cinayətlərdir. Xalqı ümidsiz, ümidli qəlbləri məyus etmək, doğru yolu əyri göstərmək, mömin və ixlaslı insanları azdırmaq, İslam cəmyyətində müxtəlif vəziyyətlərdən sui-istifadə etmək, düşmənə kömək göstərmək, İslam hökmlərinin və İslam qanunlarının icrasına qarşı çıxmaq, mömin nəsli fəsada sürükləmək - bunların hamısı daha əhəmiyyətli olan pis işlərdəndir. Bu gün bəzi əllər fəsadı gənclərin arasında sizin küçədə görəcəyiniz, anlayacağınız formada yox, hissolunmaz şəkildə, qruplaşma formasında və düşmənin rəhbərliyi altında yaymağa çalışır, oğlanları fəsada və laqeydliyə sürükləyirlər. Bunlar pis işlərdir.

Pis işlər həm əxlaqi, həm siyasi, həm də iqtisadi ola bilər. Pis işlərdən çəkindirməyin yeri barədə xüsusi məhdudiyyət də yoxdur. Bir tələbə dərs oxuduğu yerdə, bir işçi öz idarəsində, bir tacir ticarət etdiyi yerdə, bir sənət adamı özünün sənət əsərləri ilə pis işlərdən çəkindirə bilər. Ruhanilər də müxtəlif yerlərdə yaxşı işlərə çağıran və pis işlərdən çəkindirən ən mühüm qüvvələrdən biridirlər. Allahın bu böyük vacib əməlini kiçik dairələrlə məhdud etmək olmaz. Bu, xüsusi bir qrupa məxsus deyil, hamının işidir və hər kəsin üzərinə bir vəzifə düşür. Mən yayılan təşəkkür müraciətində dedim ki, müxtəlif təbəqələr yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək məsələsində öz yerlərini tutmalıdırlar. Hər kəsin bir yeri var. Harada pis işlərdən çəkindirməli, hansı bəyənilməz işə qarşı çıxmalı olduğunuzu bilməniz mühüm məsələdir. İş xalqın işidir. Təbii ki, din alimləri pis işləri izah etməklə və onlardan çəkindirmə yollarını söyləməklə xalqa kömək etməlidirlər.



Hamımız təhlükələri tanımalı, İslam cəmiyyətinin təhdid olunduğu yerləri düzgün təyin etməliyik. Yaxşı işlərə dəvət etməkdə və pis işlərdən çəkindirməkdə ən mühüm məsələ budur ki, mömin və hizbullahçı qüvvələr, yaxşı işlərə dəvət edən, pis işlərdən çəkindirən və buna maraq göstərənlər İslam quruluşunda səhnədə olmalı və hər yerdə iştirak etməlidirlər.344
Bəsic üzvü səhnədə olmalıdır ki, inqilabın əsas dəyərləri yaşasın... Bu dəyərləri kim müdafiə edə bilər? Dünyaya, şəxsi maraqlarına könül verməyən mömin gənc dayanıb dəyərləri müdafiə edə bilər. Özü çirkab və problem içində olan şəxs dəyərləri müdafiə edə bilməz. İnqilabı, İslamı və İslam dəyərlərini müdafiə edə bilən qüvvə ixlaslı gənclərdir. Buna görə mən bir müddət öncə dedim ki, hamı yaxşı işlərə dəvət etməli və pis işlərdən çəkindirməlidir. İndi də deyirəm ki, pis işlərdən çəkindirin. Bu, vacibdir. Bu gün yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək həm şəriət vəzifəsi, həm də sizin inqilabi və siyasi borcunuzdur. Yaxşı işlərə dəvət etmək namaz kimi vacib əməldir. Nəhcül-bəlağənin bir xütbəsində buyurulur ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək ümumi və geniş mənasında hətta cihaddan da üstündür.345 Çünki dinin təməlini bərkidir. Cihadın əsasını da yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək möhkəmləndirir. Məgər bizim məmurlarımız yaxşı işlərə dəvət edəni və pis işlərdən çəkindirəni nəinki digərlərindən aşağı, heç digərləri ilə bir tuta bilərlər?! Hizbullahçı gənc də sayıq olmalıdır. Gərək gözlərini açsın və kiminsə onun sıralarına qoşulub yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək adı altında fəsad törətməsinə və hizbullahçıların imicini ləkələməsinə qoymasın. Gərək ehtiyatlı olasınız. Bu sizin üzərinizə düşür. Mən əminəm, bu bir neçə ilin təcrübələri də göstərib ki, mömin və hizbullahçı qüvvələr bir iş görmək üçün meydana atılan kimi bir qrup yalançı və yad adam onların adı ilə bir tərəfdə fəsad törədir, məmurlarda mömin, hizbullahçı və xalqçı qüvvələrə qarşı pis fikir yaradırlar. Ehtiyatlı olun. Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək məsələsini namaz kimi öyrənmək lazımdır. Gərək gedib öyrənəsiniz. Harada və necə yaxşı işlərə dəvət etməyin və pis işlərdən çəkindirməyin yolları var. Əlbəttə, mən deyirəm və öncə də demişəm ki, İslam cəmiyyətində ümumi xalqın vəzifəsi dillə yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirməkdir. Əgər toqquşmaya gəlib çatsa, bu daha məmurların vəzifəsidir; onlar işə qoşulmalıdırlar. Lakin dillə yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək daha mühümdür. Cəmiyyəti islah edən amil dillə pis işlərdən çəkindirməkdir. Pis, qanunsuz iş görən, pozğunluğu yayan, cəmiyyətdə günahı adiləşdirmək istəyən insana camaat - on nəfər, yüz nəfər, min nəfər deməli, ictimai rəy təzyiq göstərməlidir. Bu ən güclü amildir.346
Sözü təkrar-təkrar demək günahkara qarşı ən yaxşı üsuldur. Pis işlərdən çəkindirmək üçün iradə, qərar, qüvvə və cəsarət lazımdır. Xalq cəsarətlə və inamla cəmiyyətdə siyasi, iqtisadi, idari və mədəni pozuntuların qarşısını almalı, pis işlərdən çəkindirməklə heç kimə qeybət etməyə, yalan danışmağa, şayiə yaymağa, təxribat aparmağa, zəif işləməyə, narazı salmağa, xalqın malını oğurlamağa və digərlərini rüsvay etməyə imkan verməməlidirlər.347
İnqilabın xeyrini istəyənlər, İslam və inqilab təlimlərini sevən ziyalılar, döyüşçü gənclər, şəhid və veteran ailələri səhnədə olmalı, pis işlərdən çəkindirməkdən ibarət olan ilahi vacibə əməl etməklə və sayıqlıqla insanların aşağılanmasına, rüsvay edilməsinə, xalqın malına və namusuna təcavüzə mane olmalıdırlar.348
Qayğıkeş insanlar cəmiyyətdə ilahi meyarların dəyişilməsinə qoymamalıdırlar. Əgər cəmiyyətdə təqva meyarı dəyişilsə, təbii ki, Hüseyn ibn Əli (ə) kimi təqvalı bir isnanın qanı töküləcək. Əgər dünya uğrunda zirəklik və çeviklik, İslam dəyərlərinə etinasızlıq və yalan meyar olsa, təbii ki, Yezid kimi birisi hakimiyyətə gələcək, Übeydullah kimi bir şəxs İraqın birinci adamı olacaq. İslamın bütün işi bu batil meyarları dəyişdirmək idi. Bizim inqilabımızın bütün işi də dünyanın batil və səhv maddi meyarlarına qarşı çıxmaq, onları dəyişdirmək idi. Əgər dünya maddiyyat üzərində dayansa, təbii ki, Məhəmmədrza kimi azğın, üzüqara və şəhvətpərəst adamlar iş başında, imam kimi dəyərli və nurlu bir insan isə həbsdə, yaxud sürgündə olacaq. Belə bir vəziyyətdə imamın yeri cəmiyyət deyil. Zor, fəsad, yalan və dəyərsizlik hakim olduqda dəyər sahibi, sədaqətli, işıqlı, irfan sahibi olan Allah adamının yeri zindanlar, qurbangahlar, qətlgah çalalarıdır. İmam kimi birisi hakimiyyətə gələndə isə vərəq çevrildi, şəhvətpərəstlik, dünyagirlik, asılılıq və fəsad təcrid olundu, təqva, zahidlik, paklıq, nuranilik, cihad, insanlara qayğıkeşlik, rəhm, mürüvvət, qardaşlıq və fədakarlıq baş qaldırdı. İmamın gəlməsi bu xislətlərin, bu fəzilətlərin gəlməsi, bu dəyərlərin ortaya qoyulması deməkdir. Əgər bu dəyərləri qorusanız, imamət sistemi də qalacaq. O zaman daha Hüseyn ibn Əli (ə) qətlgaha aparılmayacaq. Bəs bunları əldən versək necə? Bəsic ruhiyyəsini əldən versək necə? Vəzifə, məsuliyyət və ilahi amal yerinə öz şəxsi dəbdəbəmiz haqda düşünsək necə? Allah yolunda çalışmaq üçün meydandan başqa bir şey istəməyən Bəsic gəncini, mömin və ixlaslı gənci cəmiyyətdən təcrid etsək, üzlü, tamahkar, gözləntili, səfasız və mənəviyyatsız adamı qabağa çəksək necə? O zaman hər şey dəyişəcək... İnqilab ruhunun cəmiyyətdə təcrid olunmasına və inqilab övladının kənarda qalmasına yol verməyək.349
Siz gənclər həmişə səhnədə olmalı, İslam Respublikasının qüdrətli olduğunu daim göstərməlisiniz. Bütün ölkədə olan möminlər, Bəsic üzvləri və hizbullahçı qüvvələr elə etməlidirlər ki, ABŞ-ın, sionistlərin və digər düşmən qüvvələrin İslam Respublikasından ümidləri tamamilə kəsilsin.350


Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin