Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Səkkizillik müqəddəs müdafiə qəhrəmanlığı - dəyərli incəsənət üçün zəngin mövzu



Yüklə 416,28 Kb.
səhifə55/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   51   52   53   54   55   56   57   58   ...   73
3- Səkkizillik müqəddəs müdafiə qəhrəmanlığı - dəyərli incəsənət üçün zəngin mövzu

Mən düşünürəm ki, müharibə mövzusu bitən deyil, yəni həqiqətən böyük bir ehtiyat və xəzinədir. Bu heç zaman bitməyəcək, həmişə ondan istifadə etmək olar. Müharibə haqda həqiqətən bir ömür danışmaq olar. Siz görün bir hadisə haqda dünyada nə qədər film çəkir, kitab və məqalə yazırlar. Biz səkkiz il müharibə aparmışıq. Məncə bu gün Bəsic uşaqlarının yazdığı və İncəsənət şöbəsinin çap etdiyi bu 100-120 səhifəlik kitabların hər biri qiymətli və böyük bir sənət əsəridir. Biz bunların nə qədər mühüm olduğunu hələ dərk etmirik, gələcəkdə daha çox bəlli olacaq. Biz indi hansı hadisənin baş verdiyini və verməkdə olduğunu anlamırıq. Əsirlikdən azad olanların yazdığı xatirələr də möhtəşəm yazılardır. Məqsəd budur ki, müharibə bitən deyil.489


Müharibə bizə çoxlu səmərələr vermiş dəyərli amildir. İndi gəlin İranda bədii ədəbiyyatı bərpa edək. Mən bu məsələ üzərində dayanmaq istəyirəm. Müharibə, xatirəsini yazmaq istəyən şəxsin bundan ötrü bir neçə dil öyrənməsinə səbəb oldu. Əgər müharibə mövzusu olmasaydı, bəlkə də o heç vaxt yazmaq haqda düşünməyəcəkdi. İndi istedadlar üzə çıxmışdırsa, biz ondan istifadə etməliyik. Döyüş səhnəsini necə gözəl təsvir etdiyini görürük. Mən bəzən bu yazıları oxuyanda çöl və yol mənzərəsinin çox gözəl təsvir və bir cümlə ilə çox yaxşı bəyan olunduğunu görüb həzz alıram. Bu, parlaq istedadı göstərir. Biz indi bu istedadı cəmiyyətimizin epik ədəbiyyatına yönəldək. Ölkənin buna ehtiyacı var. Məgər epik ədəbiyyatsız bir cəmiyyət olar?! Siz müharibənin tarixini yazmasanız, başqa birisi gəlib yalan yazacaq; hekayəni də həmçinin.490
Məcburən qatıldığımız səkkizillik müharibə islamçı və inqilabçı əhval-ruhiyyəsinin və müsəlman xislətlərinin aşkara çıxması cəhətindən çox dəyərlidir. Bu baxımdan, elə bir zamana və mühitə görə şükür etmək, yoxluğundan həqiqətən təssüflənib kədərlənmək lazımdır. Öz-özlüyündə müharibədən heç kəsin xoşu gəlməsə də, məsələnin o biri tərəfi bizim üçün olduqca böyükdür. Hər halda, indi müharibə yoxdursa və öz əlimizlə müharibə yaratmaq istəmiriksə də, biz həqiqətən bu səkkizillik müharibədə mövcud olan ixlaslı müqavimət, fədakarlıq və digər xüsusiyyətlərdən bəhrələnməliyik.

Sizin yazılarınız ixlasdan irəli gələndə insanı mütəəssir edir. Siz ixlası göstərən nə təqdim etsəniz, çox əhəmiyyətlidir. Əks təqdirdə, hamı fədakarlıq edir; təəssübkeşlik və ya özünü göstərmək üçün də fədakarlıq edir və ölüm təhlükəsi ilə üzləşirlər. Məsələn bir manevrdə təyyarəsini xalqın gözü önündə beş dəfə fırladan bir pilotun əlli faiz aşmaq ehtimalı da var, amma o özünü göstərmək üçün bunu qəbul edir. Özlərini göstərmək üçün bundan artığını da edənlər var; məsələn bəziləri özlərinə od vururlar. Bunların dəyəri yoxdur. Lakin iş ixlaslı olduqda, yəni insan yalnız Allahdan ötrü və Allah qarşısında borcunu yerinə yetirmək üçün bir iş gördükdə belə gözəl olur. Bu cəhətləri göstərmək və bu əhval-ruhiyyəni tarix boyu qorumaq üçün çox çalışmaq, səkkizillik müharibədən də istifadə etmək lazımdır.



Aşura hadisəsi əvvəldən sona qədər bir baxımdan yarım gün, bir baxımdan iki sutka və bir baxımdan yeddi-səkkiz gün olmuşdur. Bundan artıq olmamışdır. Yəni İmam Hüseynin (ə) Kərbəlaya daxil olduğu gündən hadisə başlayır. Lakin bu hadisənin təsiri həm bizim inqilabımızda, həm müharibədə, həm də tariximizdə hiss olundu. Bu hadisə nəinki şiələr, hətta qeyri-şiələr tərəfindən zülm əleyhinə aparılan inqilablara mühüm təsir bağışlamış, hətta qeyri-müsəlman cəmiyyətlərə də təsirli olmuşdur. Qandidən və digərlərindən buna dair sözlər söyləyirlər və digər yerlərə də təsir etməsi mümkündür. Amma hər halda, bizim özümüzün 1300-1400 illik tariximizdə bu yarımgünlük hadisə təsirli olmuşdur. Bu baxımdan, bizim səkkizillik müharibəmizi İmam Hüseyn (ə) Aşurasının 8 və ya 9 saatı ilə müqayisə etməmiz və onu daha parlaq bilməmiz qəribə deyil, həqiqətən elədir. Mən tarixdə elə bir hadisə tanımıram ki, həmin yarım günün fədaklarlığı ilə müqayisəyə gəlsin. Bütün hadisələr ondan kiçikdir. Bu səbəbdən biz nə üçün onun cəmiyyətimiz daxilində uzun illər təsirli ola bilməsini düşünməyək?!491
Boş sahələrdən biri müharibə əlilləri mövzusudur. Mən bir neçə il qabaq dostların birinə dedim ki, özünüzü əlillər evində yaşayan müharibə əlilinin yerinə qoyun. Təbii ki, bu mümkün deyil, amma fərz edin onun həyatının bir qədərini müəyyən həddə dərk edə bilərsiniz. O digər insanlar kimi yol yeriyən, futbol oynayan, maşın sürən, kitab oxuyan və ailəli bir gənc olmuş, indi isə aciz bir varlığa çevrilib əlil evinə düşmüşdür. Onun hissləri, beyni və gözləntiləri yerində qalır. Bunlar həqiqətdir və onun imanı həyatı ona şirinlədəcək yeganə amildir. Əgər həqiqətən imanı olsa, ona ümid verər, həyat gözündə gözəlləşər, olmasa, həyat acı olar və cəhənnəmə çevrilər. Siz bu imanı necə qorumaq istəyirsiniz? Mühüm məsələ budur ki, o daim acı reallıqlarla üz-üzədir və biz onda bu imanın yaşamasına çalışmalıyıq. Bundan ötrü müharibə əlillərinə xas kitablar yazılmalıdır. Əlbəttə, bu o demək deyil ki, onu yalnız müharibə əlilləri oxumalıdır. Əslində biz də oxuyarıq, amma onun müraciət tərəfi müharibə əlili olar. Kitabın məqsədi onda ümid yaratmaq olsun. Mən sizin hansı sözləri seçəcəyinizi bilmirəm, amma məqsəd ona ümid, iman vermək, ətrafında olan acı reallıqlar qarşısında təskinlik vermək, onu inqilabı və bu yolu davam etdirmək üçün faydalı bir varlığa çevirmək olsun. Çünki müharibə əlili öz imtahanını vermişdir. Demək istəmirəm ki, bütün müharibə əlilləri belədir, onların arasında bir nəfər də təsadüfən əlil ola bilər. Onların əksəri canlarını vermək üçün döyüşə getmiş şəxslərdir, amma təsadüfən onurğalarını əldən verib qayıtmışlar. Buna əsasən, onlar imtahanlarını vermişlər. Onlar üçün kitab yazılmalıdır, bizim isə yoxumuzdur. Mən baxdım, bəlkə də dostlara da demişəm, ruslar "Həqiqi bir insanın əhvalatı" adlı bir kitab yazıb orada çap ediblər. Bu kitabı 1981, yaxud 82-ci ildə bir nəfər gətirdi və mən oxudum. Çox yaxşı kitabdır. Əhvalat belədir ki, bir pilotun təyyarəsi müharibədə vurulur. O, dizləri ilə çoxlu yol qət edir, böyük əziyyətdən sonra xilas olur, amma ayaqlarını kəsirlər. Pilotun işi ayağına bağlıdır; güclü bir dayağı və ayağı olmadan təyyarə sürə bilməz. Belə bir adam yatağa düşür, sonra tədricən məşq etməyə başlayır və ona protez ayaqlar qoyurlar. Sonda həmin pilot döyüş təyyarəsinə minir və uçur. Siz görün bu, ayağını itirmiş müharibə əlili üçün nə qədər ibrətamizdir. Lakin bu rus və Sovet mədəniyyəti ilə yazılmışdır, bizim deyil. Yəni onun çoxlu məsələləri bizə yaddır. Biz onu öz əlilimizə versək, onun işinə yaramaz, onu öz inqilabçı xəttində ümidli saxlaması bəlli deyil, bəlkə də bəzi başadüşülən səbəblərdən onu daha da ümidsiz edə bilər. Hər halda, bizdə nə üçün belə bir kitab olmasın?! Mən bir neçə il öncə yazıçı qardaşların birinə dedim ki, mən sənə icazənamə verim, get əlil evlərinin birində 2-3 ay feldşer paltarı geyin; ailə-uşağı tərk et, elə bil müharibədir. Orada müharibə əlillərimizin yanında qal, onlar sənin kim olduğunu bilməsinlər, hamı səni bir feldşer sansın və sən bir əlil həyatının necə olduğunu anla. Sonra isə onun həyatını, əziyyətlərini, qəmini, dözümünü, gözləntilərini və çatışmazlıqlarını bayıra ötürüb dərdinə dərman və qəlbinin yaralarına məlhəm olan bir kitab yaz. Mən indi sizə deyirəm ki, hansınız bu işi görmək istəyirsinizsə, gedin müharibə əlillərinin arasında bir qədər qalın, çünki uzaqdan reallıqları görmək olmur.492
Müharibə əlilinin daxili dünyasını heç kəs həmişə dərk etməyə qadir deyil; necə ki, heç bir insan başqa bir insanın daxilini dərk edə bilmir. Ya onun özünün incəsənət istedadı olub bəyan etməlidir, ya da siz onun daxilində baş verənləri, hətta onun özünün və digərlərinin həvəslənməsinə səbəb olan ona aid məsələləri tapıb bəyan etməlisiniz. İkinci işi hər bir sənət adamı görə bilər. Mən bunun üzərində dayanıb dedim ki, siz gedin müharibə əlilləri ilə ünsiyyətdə olun, onları düzgün tanıyın, sözlərini eşidin, fikirləri ilə tanış olun. Müharibə əlili haqda deyiləsi sözləri incəsənət olmadan yetərincə demək mümkün deyil. Sənət dili olmadan bəzi məsələləri söyləmək imkansızdır.493



Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin