Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


İkinci hissə: Mədəniyyət və incəsənət orqanlarının vəzifələri



Yüklə 416,28 Kb.
səhifə62/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   58   59   60   61   62   63   64   65   ...   73
İkinci hissə: Mədəniyyət və incəsənət orqanlarının vəzifələri

1- Mədəni işlərə əhəmiyyətli yanaşmaq

İslam dininin insanların dünya və axirəti üçün proqram və məqsədləri var. Odur ki, ölkənin məsul şəxsləri xalqın amallarına və mənəvi işlərinə əhəmiyyətli yanaşdıqları qədər onun maddi işlərinə də əhəmiyyətli yanaşmağa borcludurlar.538


Mənəvi və düşüncə məsələlərinə sərmayə qoymalı, bu sahədə düzgün proqramlar icra etməli, ən səmimi, ən qayğıkeş və ən bacarıqlı ekspertlər vasitəsi ilə məntiqli, yaxşı və güclü işlər görməliyik. Bu iş üçün qoyulan sərmayələr heç zaman hədər getmir və tamamilə faydalı olur. Düçüncə və mədəni işlərimizin faydası az olsa, gərək proqramlarımızın keyfiyyətinə şübhə ilə yanaşaq. Mədəni işin təsiri yüzfaizlidir. Heç bir düzgün mədəni iş təsirsiz qalmır. Mədəni işin gücünü dünya təbliğatçıları bilirlər. Bu qədər pullar xərcləyir və vaxt ayırırlarsa, mədəni işin təsir və nəticələrini bildiklərinə görədir. Onlar mədəni işin nə olduğunu, uyğun kapital qoyuluşunun təsirinin qəti və nəticəsinin yüzfaizli olduğunu bilirlər. Bizim mədəni işlərimizin təsiri az olsa, şərtlərinin çatışmadığını, lazımınca yerinə yetirilmədiyini və eyibləri tapıb düzəltməli olduğumuzu bilməliyik.539
İkinci beşilliyin proqramında mədəni məsələlərə daha çox diqqət ayırmaq lazımdır. İqtisadi məsələlər mühüm olsa, sənaye və əkinçilik işləri olduqca əhəmiyyət kəsb etsə də, mədəni məsələlərə diqqət ayrılmasa, bunların hamısı böyük ehtimalla uğursuz olacaq. Yəni biz ya mədəni məsələlərə diqqət ayıracağıq və bu zaman iş və proqramlarımız düzgün olacaq, ya da Allah eləməmiş, diqqət ayırmayacağıq və nəticədə iqtisadi işlərimiz, iqtisadi və sənaye quruculuğu üçün göstərilən fəaliyyətlər böyük ehtimalla ya əks-təsir bağışlayacaq, ya da ən azı lazımi təsiri bağışlamayacaq. Bu baxımdan, bu məsələlər qərar mərkəzlərində, hökumətin ikinci proqramında nəzərə alınsın və bütün aidiyyətli məmurlar ikinci beşilliyin proqramlarında mədəni məsələləri yüksək həcm və keyfiyyətlə nəzərə alsınlar.540
Mədəni məsələlərin əhəmiyyəti iqtisadi məsələlərdən dəfələrlə artıqdır. Çünki bu məsələlərin iqtisadi işlərə qəti təsiri var. Mədəniyyət keyfiyyətdə, inkişafda və hər bir şeydə özünü göstərir.541

Biz bu bir neçə ildə müharibə ilə, çatışmazlıqlarla, iqtisadi blokada ilə məşğul idik. Bu nöqsanlar düşmənin müxtəlif iqtisadi təzyiqlərindən irəli gəlir. Amma bütün problemlərə rəğmən, ölkənin mədəni qurumları çalışıb bir-bir bu nöqsanları aradan qaldırmalıdırlar. Mədəni işlərdə pul və büdcə əsas problem sayılmamalıdır. Yəni biz mədəni nöqsan və problemləri büdcə ehtiyacları sırasında listin axırında yazmamalıyıq; birinci olmasa da, birincilərdən olmalıdır. Yaxşı fikirləşsək, görərik ki, bu, ölkənin iqtisadiyyatına da xeyirdir. Biz daha çox büdcə və imkanları mədəni işlərə ayırmaqdan ziyan çəkmərik. Təhsil mədəniyyəti sahəsinə sərmayə yatırmaq ölkənin gələcəyi üçün imkanlar istehsal edir. Çünki bir ölkə üçün insan kapitalı hər şeydir. İnsan kapitalı olmasa, deməli, heç bir şeyimiz yoxdur. Biz bu gün beynəlxalq və yerli valyuta büdcəsini mədəni işlərə yönəltsək, qısa müddətdə ölkənin iqtisadi işlərinə xeyri toxunmasa da, şübhəsiz, gələcək üçün faydalı olacaq.542



Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin