Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Cəmiyyəti mədəniləşdirmək



Yüklə 416,28 Kb.
səhifə64/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   60   61   62   63   64   65   66   67   ...   73
3- Cəmiyyəti mədəniləşdirmək

Cəmiyyəti mədəniləşdirmək çox düzgün fikirdir. Mən də bunu dəfələrlə xatırlatmışam. Lakin biz hələ işin əvvəlindəyik. Cəmiyyətimiz təbiətcə mədənidir, amma bu, aktuala çevrilməyib. Nə üçün deyirik ki, təbiətcə mədənidir. Çünki dindar bir cəmiyyətdir və dindar cəmiyyətin prinsipcə mədəni arzusu olur. Dünyəvi cəmiyyət yalnız həyat haqda düşünür. Belə cəmiyyətdə mədəniyyət ola da bilər, əsla olmaya da bilər. Bəli, sənaye və materialist cəmiyyətlərində musiqi və incəsənət var, amma yalnız şəxsi ehtiyacı təmin etmək üçündür; ürəyi darıxanda kinoteatra gedir, incəsənət zövqü olduğu üçün musiqi dinləyir. Belə deyil ki, mütləq mədəni bir arzusu olsun; bu ola da bilər, olmaya da bilər. Dini cəmiyyət isə qeyd olunduğu kimi, təbiətcə mədəni bir arzuya malikdir. Çünki dinin məqsədləri mədəni, mənəvidir, ruh, düşüncə və qəlblə bağlı məqsədlərdir. Buna əsasən, dindar bir fərdin və toplumun mədəni arzu, amal və istəkləri olmaya bilməz. Bu baxımdan, dindar cəmiyyət təbiətcə mədənidir, lakin mədəniliyi potensialdır, aktual deyil, mədəni baxış, aydınlıq, ayıqlıq və fəaliyyətlər cəhətindən nöqsanlıdır. Bizim xalqımız əvvəla kitab oxuyan deyil və bu çox böyük nöqsandır. Xalqımızın bir qismi hətta qəzet də oxumur, çoxları yalnız manşetləri oxumaqla kifayətlənirlər. Radionu da yalnız əyləncə üçün dinləyirlər, öyrənmək, xəbərləri izləmək, həyati və mədəni məsələlərlə tanış olmaq üçün yox. Biz bu nöqsanı aradan qaldırmalıyıq və ölkədə mədəni bir qurum bununla məşğul olmalıdır. Həmin qurum da Mədəniyyət nazirliyidir.548


Ümumi mədəniyyət məsələləri mühüm məsələlərdir. Ümumi mədəniyyət cəmiyyətin mədəniyyətini təşkil edən hər bir şeydir. Baxın, biz 60 milyonluq böyük bir əhaliyik. Bu 60 milyonun bir qədəri tərbiyə halındadır, bir qədəri yetkinlik mərhələsini keçirib müstəqil həyata başlamışlar. Bunların hamısı daim düzgün fikrə, mədəniyyətə və əxlaqa ehtiyaclıdır. Əlbəttə, burada mədəniyyət deyəndə onun daha çox bəzi sahələrini, məsələn, əxlaqı nəzərdə tuturuq. Milli ənənələr də mədəniyyətdəndir, lakin indi biz onları nəzərdə tutmuruq. Milli, tarixi və coğrafi adət-ənənələrin olub-olmaması əsas işlərə çox da təsir etmir, üstəlik, lazım olan həddə var, din, iman və İslam dəyərləri ilə maraqlanmayan bəzi qüvvələr çox ciddiliklə bu işləri görürlər. Hələlik mədəniyyət deyəndə mənim məqsədim əxlaqdır: fərdi və ictimai əxlaq.549
Adət, düşüncə və əxlaqa aid məsələlərdə demək kifayət etmir. Bu, elm deyil. Elmi bir dəfə deyəndə başqası öyrənir, ikinci dəfə təkrar olur. Əmələ aid məsələlərdə isə bilmək kifayət etmir, müxtəlif formalarda demək və insanın beyninə hopdurmaq lazımdır. Nə üçün deyirlər ki, Quranı əvvəldən axıra qədər oxuyun, qurtarandan sonra yenə əvvəldən başlayıb axıra qədər oxuyun? Əgər ömrünüzdə yüz min dəfə oxusanız da, yenə oxuyun. İnsan kitabı bir dəfə, çox yaxşı olsa, iki dəfə oxuyur və kənara qoyur. Quran isə tərbiyə kitabıdır. Tərbiyə və əxlaq kitablarını dəfələrlə oxumaq lazımdır. Əxlaqı dəfələrlə və müxtəlif üsullarla söyləmək lazımdır ki, adətə çevrilsin. Adət və xarakterlər belə islah olur, mədəniyyət bununla düzgün formaya düşür. Dəfələrlə və müxtəlif üsullarla söyləmək lazımdır.550
Əgər xalqın adət-ənənələrini, əxlaqını və həyat üsullarını düzəltmək mənasında olan ümumi mədəniyyətlə - bunlar bir ölkənin mədəniyyətinin əsas hissələridir - məşğul olsaq, həm iqtisadi problemlərimiz həll olacaq, həm istehlakımız azalacaq, həm də istehsal və gəlirimiz artacaq.551
Siz görürsünüz ki, ölkənin bütün problemləri iqtisadi məsələlərdə xülasə olunur. Ölkənin problemlərindən danışanda tez iqtisadiyyata dair bir neçə misal yada düşür. İqtisadi məsələlər də iki mövzuda - gəlir və istehlakda birləşir. Əgər gəlirimiz çox, istehlakımız az olsaydı, bütün iqtisadi problemlər həll olunardı. Çox gəlir, az istehlak isə ümumi mədəniyyətlə birbaşa əlaqəli bir məsələdir. Siz ölkənin gəlirinin artmasını istəyirsinizsə, xalqda işçi vicdanını oyatmalı, dəqiq işləmə hissi yaratmalı, işin keyfiyyətini qaldırmalısınız. Bu gün ixracat üzərində çox dayanır, bu qədər danışırlar, inqilabın əvvəlindən də ümumi istiqamət belə olmuşdur, amma eyni zamanda hələ də hər yerdə olmasa da, çoxlu sahələrdə iranlı işinin keyfiyyəti xarici işlərdən aşağıdır. Nə üçün belə olmalıdır?! Hamısı onların cihazlarının daha müasir olduğuna görədir?! Xeyr! Həmişə belə deyil. Daha çox işçi vicdanının olmamasına görədir. İşçi vicdanı işə təsir edir. İşçi vicdanı odur ki, tikdiyimiz ayaqqabı xaricə gedəndə və bir nəfər onu alanda növbəti dəfə də ardınca gələcək, yoxsa bir də İran məhsullarına yaxın düşməyəcək?! Görün nə qədər təsirlidir. İşçi vicdanı, işdə dəqiqlik, müntəzəmlik və işi ibadət saymaq əhəmiyyətli məsələdir.552
Ölkənin mədəni inkişafı və insan kapitalının yetişdirlməsi üçün nəşriyyat məsələsinə diqqət ayırmaq, uyğun sahədə fəaliyyəti təmin etmək üçün elmi-mədəni qurumların kağıza olan ehtiyacını aradan qaldırmaq lazımdır.553

Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin