8- Mömin və inqilabçı nəsil yetişdirməkdə müəllimlərin böyük rolu
Ölkənin gələcəyi məktəb və müəllimlərdən asılıdır. İslama uyğun təlim və tərbiyə keçmək üçün ən yaxşı və ən hazırlıqlı nəsil sizin ixtiyarınızdadır.572
Dünyada bir dönəmdə özünü göstərib çağlamış, sonra isə zəifləyib məhv olmuş, yaxud istiqamətini dəyişmiş bütün bəşəri fəaliyyətlər düşüncə, iradə, aydınlıq və əhval-ruhiyyə çatışmazlığına görə bu aqibətə düçar olmuşlar. Bu xüsusiyyətlər tərbiyə olunmuş bir insanın əsas səciyyələridir. Biz belə insan yetişdirməli və hamıda bu xüsusiyyətləri yaratmalıyıq. Bu, siz müəllimlərin əlindədir, ilk təməli siz qoyursunuz; xüsusən də yeniyetiməlik çağında və gəncliyin əvvəlində.573 Siz müəllimlərin səngəri bəllidir. Sizin vəzifəniz olduqca böyükdür. Keçmişdəki fəsad törədən, azğın, zalım və çox çirkin rejimi, inqilabın hazırlıqlarını, qürbət dövründə döyülməkləri görməyən, müharibənin məşəqqətlərini bütün vücudu ilə dərk etməyən bir nəsil siz müəllimlərin ixtiyarına keçir. Siz bu nəsildən inqilabı qoruyan insanlar yetişdirmək istəyirsiniz. Bu böyük və ağır işdir. Bu böyük işə əhəmiyyətli yanaşın və onun qədrini bilin. Xalq da müəllimlərin və məktəb işçilərinin qədrini bilsin. Məktəblərin rəhbərləri də çantalarında nəyin olduğunu və nə iş gördüklərini anlasınlar. Xalq həm maddi, həm də mənəvi cəhətdən təlim-tərbiyə qurumlarına kömək etsin.574 Mən siz əziz müəllimlərə əvvəla deyirəm ki, təlim və tərbiyə məsələsi bizim quruluşumuzda birinci məsələdir. Uzaq gələcək üçün ölkədə heç bir şey bu qədər əhəmiyyətli deyil. Bizim cəmiyyətimizdə müəllim və tərbiyəçinn rolu birinci dərəcəlidir. Qlobal küfr və hegemonizmə, dünyanın siyasi şeytanlarının zülm və quldurluğuna qarşı mübarizə səngəri məktəb, təlim-tərbiyə və elm ocaqlarıdır. Şagirdlər bu xalqın gələcəyi üçün ən əziz və ən zəngin sərvətlərdir. Təlim və tərbiyənin, bu mədəni səngərdə müəllimliyin qədrini bilin. Gənc və yeniyetmələr dərsi, təhsili və özünüislahı uca tutsunlar. Sabahı sizlər quracaq və qlobal hegemonizmi məyus edəcəksiniz. Bizim imamımızın və inqilabımızın dünyanın məzlum və məhrumlarının qəlbində yaratdığı ümid işığını sizlər sönməyə qoymayacaqsınız: bugünkü gənc və yeniyetmə nəsli, siz müəllim və tərbiyəçilər. Əziz imamımız bu məqam üzərində həmişə təkidlə dayanırdı. Mən müəllim və tərbiyəçi olan siz əziz qardaş və bacılara təkidlə tövsiyə edirəm ki, bu işə əhəmiyyətli yanaşın, onu uca tutun, qədrini bilin, çətinliklərinə dözün, cəmiyyətimizdə ən əsaslı və ən köklü işin bundan ibarət olduğunu anlayın. İnşallah ideal və yüksək səviyyəli orta və ali təhsil imkanı yaranacaq. Dövlətin, xalqın və ölkənin əsas xeyri də bundadır.575