Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Qərbin mədəni hücumuna qarşı mətbuatın və kütləvi informasiya vasitələrinin rolu



Yüklə 416,28 Kb.
səhifə70/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   65   66   67   68   69   70   71   72   73
9- Qərbin mədəni hücumuna qarşı mətbuatın və kütləvi informasiya vasitələrinin rolu

Kütləvi informasiya vasitələrinin, xüsusən də mətbuatın bugünkü dünyada rolu heç kəsə sirr deyil. Bundan əlavə, bizim islami-inqilabi quruluşumuzun mühüm inqilabi məsləhətləri olduğuna görə, burada mətubatın xüsusi yeri var. Bu bir neçə ildə bizim məsuliyyətli mətbuatımızın səhifələri həmişə dərdlə tanış olan öhdəçi qələmlərin hegemonizmin, zombiləşmiş və kimliksiz ünsürlərin əks-təbliğatlarına qarşı sayıq mübarizə meydanı olmuşdur.576


İslam quruluşunda mətbuatın ən mühüm vəzifəsi inqilabçı xalqın qəbul etdiyi dəyər və amalları tanıtdırmaq və müdafiə etmək, eləcə də xalqın məlumat və sayıqlığını artırmaqdır.

Hal-hazırda, xüsusən də marksizmin tam məğlubiyyətindən sonra Qərb hegemonizmi özünün siyasi-ateist istismarını inqilabçı xalqlara şamil etmək üçün əsasən mədəni üsullardan istifadə edir.

Qərbin mədəni hücumuna qarşı hərtərəfli layiqli mübarizə kütləvi informasiya vasitələrinin proqramlarının başında durmalıdır. Bəzən satqın daxili ünsürlərin qələmi ilə baş tutan bu mədəni hücum qarşısında laqeydlik və səhlənkarlıq böyük ziyanlara səbəb ola bilər.577
Hər bir media qurumunun əsas qazancı cəmiyyətin əksəriyyətinin, yəni dindar və inqilaba sadiq təbəqələrin dəyər və inanclarına diqqətdən, quruluşun ucalığını və hörmətini qorumaqdan və sözdə doğruluqdan irəli gələn ümumi etimaddır.578
Mətbu orqanlarının yazar və rəhbərləri ictima rəyi düzgün səmtə yönəltməyi və onun səviyyəsini qaldırmağı özlərinə böyük vəzifə bilsinlər, mühüm qlobal və lokal məsələləri gündəmə gətirməklə və beynəlxalq istismarçı sistemin hiylələrini ifşa etməklə cəmiyyəti başa salsınlar, qayğıkeş müəllimlik əmanətini və sədaqətini özlərinə qaçılmaz vəzifə saysınlar, təfriqə və ümidsizlik yaradan mövzulardan çəkinsinlər.579
Bizim ölkəmizdə mətbuat azadlığı var. Biz azadlığa əhəmiyyətli yanaşır və onu uca tuturuq. Bu azadlıq olmalıdır. Lakin mətbuatın azadlığı ölkədə düşmən siyasətlərini icra edən mətbu oraqlarının olması demək deyil. Bəzi mətbu orqanları belədir. Başqa bir məsələ bu orqanların çoxluğudur. Jurnal o qədər çoxdur ki, kağız və çap xərclərinə və uyğun çatışmazlıqlara əsasən, onların bir çoxunun həqiqətən zərərli və ya ən azı faydasız olduğunu söyləmək olar. Bizim sanballı qəzetlərimiz, mətbu orqanlarımız kağızsız qalmışlar. Belə bir halda elə jurnal çap edirlər ki, təxminən yüz səhifəlik bir nömrəsinin əksəri ya elandır, ya da faydasız materiallar.580
Bu gün bütün dünyada radio və televiziya kanalları onları idarə edənlərin məqsədlərinə xidmət edir. Əgər bir informasiya şəbəkəsini müstəmləkəçi bir qurum idarə edirsə, şübhəsiz, onun yayımladığı materiallar da müstəmləkəçi məqsədə xidmət göstərir. ABŞ-ın böyük şirkətləri və transmilli korporasiyalar bəzi ölkələrdə qeyri-rəsmi şəkildə hökmranlıq edirlər. Onlar həmin ölkələrin çoxlu media qurumlarını ya idarə edir, ya maliyyələşdirir, ya da bu ölkələrdə özəl informasiya vasitələrinə malik olub məqsədlərini təmin edirlər. Bu məqsədlər isə maddi və qeyri-insani də ola bilər. Onlar pullarının biznes məqsədlərindən başqa bir yerdə xərclənməsinə razı olmayan bir biznesmen və investor kimidirlər. Radio və televiziya da belə böyük kapitaldır. Bu gün dünyanın əksər media şəbəkələri təxminən sionistlərin əlindədir. Əsas xəbər agentlikləri onlarındır. Amerika və Avropada böyük şəbəkələri onlar idarə edirlər. Onlar öz məqsədləri üçün çalışırlar, nəzarətlərində olan proqramlar onların məqsədlərinə dəqiqliklə uyğundur.

Onlar öz məqsədlərini tam təmin etmək üçün informasiya ekspertləri cəlb edirlər. Çünki insan istədiyi işi həmişə görə və nəzərdə tutduğunu həmişə ən gözəl şəkildə həyata keçirə bilmir. Bu, ixtisaslı bir işdir, bundan ötrü mütəxəssislər cəlb edirlər. Bu gün dünya güclərinin ümumi və ortaq məqsədlərindən biri islamçılıq dalğasına qarşı mübarizədir. Siz dünya informasiyalarından xəbərdarsınız, onların öz məqsədlərinə xidmət etməyən bir xəbərin yayılmasına imkan vermədiklərini bilirsiniz. İslam Respublikasında bizim öz məqsədlərimiz, dəyərlərimiz var. Bu quruluşun yaranması, yaşaması və qayda-qanunları müəyyən məqsədlərdən ötrüdür. Biz imkan verməməliyik ki, bu gün dünyada qərib və yalqız olan bu böyük media qurumu (İslam Respublikasının teleradiosu) bu məqsədlərdən hətta azca da yayınsın. Əlbəttə, bu o demək deyil ki, açıq şəkildə bizim əsaslarımızı təbliğ etməsi üçün daim dini çıxışlar verməliyik. Təbliğatın yolu bu deyil. Əslində geniş yayılmış dolayı üsullardan və bu gün böyük inkişaflara nail olmuş incəsənət növlərindən yaxşı istifadə edib inqilabın və İslamın məqsədlərinə tam şəkildə xidmət göstərməliyik.

Radio və televiziyanın idarəsində əsas məsələ bu məqsədlərdir. Biz xalqın dindar olmasını istəyirik. Bir məqsəd budur. Bir məqsəd xalqın quruluşla və onun əsas təməlləri ilə güclü əlaqəsini təmin etməkdir; bir məqsəd xalqın inqilabi ruhunu və həvəsini qorumaq, məyusluğun və başsızlığın qarşısını almaqdır; bir məqsəd iş başında olan, xalqın, parlamentin və rəhbərin qəbul etdiyi hər bir hökumətlə xalqın əlaqəsini yaratmaq, ona etimadını qorumaqdır. Təbii ki, xalqın hökumətə etimadını qorumaq ilk məqsəd deyil, ilk məqsədlərə xidmət göstərən ikinci məqsəddir. Xalqla hökumət arasındakı əlaqənin qırılmasına imkan verdiyimiz halda məmləkəti düzgün şəkildə qurmağımız imkansızdır. Bu etimad qırılsa, hansı amil məmləkəti idarə edə və nəzərdə tutulan məqsədlərə doğru apara bilər?! Bu işi hökumətdən başqa kim görə bilər?! Bizim düşmənlərimizin gördüyü işlər və bəzən ölkə daxilində onun-bunun dilindən eşidilən fikirlər qeyd etdiyim məqsədlərin tam əksinədir. Onlar ya xalqın hökumətə etimadını sarsıtmaq, hökuməti aciz, naşı və uğursuz göstərmək, ya xalqın inqilabi həvəsini azaltmaq, ya xalqın dini ruhunu zəiflətmək, ya da onun quruluşa sevgisini azaltmaq, onunla quruluş arasında ayrılıq salmaq istəyirlər. Bunlardan çox ehtiyatlı olmalısınız.581

Kütləvi informasiya vasitələri dünyanın hər yerində ən həssas mərkəzlərdəndir, yalnız İrana məxsus deyil. Bunun səbəbi də aydındır. Çünki radio və televiziya kimi bir təbliğat və media qurumunun hər şeyi xalqın gözü önündədir. Görülən hər bir yaxşı və pis iş anında müşahidə olunur. Siz radio və televiziyada təsiri görünməyən bir iş tapa bilməzsiniz. Xeyr! Radio və televiziyanın gördüyü hər bir işin təsirləri çox tez müşahidə olunur. Düzgün, uzunmüddətli proqramlar da bacarıqlı kadr hazırlığı kimidir və nəticələri sonradan görünür. Lakin bu, təşkilatın gündəlik idarəsindən xaric məsələdir. Bu təşkilatın gündəlik idarəsi təbiətcə elədir ki, xalq arasında işıqlanması və xalqın ona dair təsəvvürü təxminən dərhal yaranır. Siz bu gün hazırladığınız proqramı maksimum bir həftə, iki həftə və yaxud bir ay sonra icra edəcəksiniz. Proqramının təsirinin belə sürətli və ümumi olduğu bir qurum çox həssas bir yerdir, ondan çoxlu gözləntilər var. Bu media qurumunun arxasında aydın yolu, xətti və məktəbi olan bir quruluş durmasaydı da, onun həssaslığı olduqca çox olardı. Odur ki, bu qurumun xalqın həyatına fövqəladə əhəmiyyəti, həssaslığı və həlledici təsiri var. Buna əsasən, bu qurumda yaxşı və ya pis iş, xidmət və ya Allah eləməmiş, xəyanət digər yerlərdən fərqli olaraq, tez və kütləvi təsir buraxır, onun səviyyəsi çox geniş və hissolunandır.582


Dünyada günbəgün mürəkkəbləşən texnologiya, üslub və yeniliklərə malik media qurumları var. Bizim görüşlərimizin tam ziddinə olan, proqramlarında dinləyicilərini İslamdan uzaqlaşdırmağa çalışan media qurumları az deyil. Bu sizin üçün inanılasıdır, yoxsa yox?

Biz haçansa fikirləşə bilərdik ki, Avropa dövlətlərinin, ABŞ-ın, yaxud ərəb ölkələrinin bizimlə nə işləri var, onların bir siyasətləri var və dinləyicilərinin başını qatmaq istəyirlər. Lakin bu gün belə düşünə bilmərik. Siz bu gün dünyada nə baş verdiyini, onların İslamın təsirindən, müsəlman yetişməsindən və fundamentalist adlandırdıqları amildən necə qorxduqlarını görürsünüz. Bu qorxuya görə plan qurmamaları mümkündürmü?! Belə bir şey fərz etmək olarmı?! Əsla mümkün deyil.

Bu gün şübhəsiz, Avropadan, Asiyadan, Uzaq Şərqdən olan tamaşaçılar, İslam cəmiyyətləri, İslam cəmiyyətləri ilə münasibətdə olanlar, məsələn, 120 milyonluq İndoneziya və 700 milyonluq Hindistan xalqları üçün televiziya proqramları hazırlanır. Onlar da düşünüb proqram hazırlayırlar. Malayziya, Pakistan və digər belə ölkələrin televiziya və radio proqramlarında mütləq nəzərə alınan məsələlərdən biri budur ki, onlar üçün böyük təhlükə sayılan İslama sarı tamayülün yaranmaması, gecikməsi, yaxud onun əksinin yaranması üçün nə deyək, nə hazırlayaq və nə nümayiş etdirək.

Buna əsasən, siz dünya boyda bir cəbhə qarşısındasınız. Şübhəsiz, həmin məsələ eynilə Misir və Əlcəzair televiziyalarına, İbn Əlinin, Şah Həsənin və digərlərinin televiziya kanallarına da aiddir. Onların hamısı televiziya proqramlarında mənim indi dediyim istiqamətin 180 dərəcə əksinə gedirlər. Dünyada bu sahədə böyük işlər görülür. Ziyalı, ədəbiyyatçı və sənətkar olan sizlər bu məsələlərlə tanışsınız, mən də az-çox tanışam. Ədəbiyyat, incəsənət, film, elmi və yarımelmi sözlər dünyasında onlar xalqı həqiqətdən uzaq saxlamaq üçün bizə aid olmayan on başqa amili də məqsədlərindən edə bilərlər, lakin bu amil də var və biz üzə düşməməliyik. Şübhəsiz ki, bizim ölkəmiz daxilində də bu təməlçi təmayülə zidd maraqları olanlar var. Siz onlardan çəkinməməlisiniz. Ədəbiyyat və incəsənət proqramı, uşaqlar üçün veriliş, yaxud film və serial hazırlayarkən heç vaxt fikirləşməyək ki, bunu nümayiş etdirsək, filan həftəlik jurnalın oxucusu olan bir qrup ziyalının xoşuna gəlməyəcək. Siz ümumiyyətlə onların xoşları gəlməyən işləri görməyə çalışın və onları nəzərə almayın.

Mən bugünkü fərqli istək və məqsədlərə etinasız yanaşan qapalı adam deyiləm. İslam bütün sözləri dinləyəcək qədər dözümlüdür. Lakin burada söhbət bundan getmir. Burada iki şəxs qarşı-qarşıya dayanmır. Burada söhbət təxribatlar məcmusu qarşısında qalan bir quruluşun nöqsanlı informasiya vasitəsindən gedir. Digərlərinin milyonları qarşısında mən gəlib bir qranımdan pis istifadə edim ki, birdən başqalarının acığı gələr, ya xoşları gəlməz?! Bu əsla məntiqli deyil.583
Bu gün dünyaya hakim siyasət çox təhlükəli bir məqsədə sarı irəliləməkdədir. Bu yalnız bizə qarşı deyil, amma bizə qarşı təzyiqlərin səbəbi bizim bu prosesdə müstəsna təsirimizə və rolumuza görədir. Siyasət, güc və kapital dünyasının bugünkü hərəkətinin hədəfi isə yalnız biz deyilik, bütün dünya və bütün Yer kürəsidir. Bir qrup supergüc dünyanı ələ keçirməyə çalışır. Onların başında ABŞ və onun ətrafındakı güclər durur. Keçmişdə iki güc arasında bölünmüşdü, bu gün isə daha belə bölgü yoxdur. Şərq və Qərb əl-ələ verib öz meyarlarına uyğun bir dünya qurmaq istəyirlər. Bu dünyanın xüsusiyyəti belədir ki, onun əhalisi yemək-içməklə qane olub yuxarıdakıların istədikləri işi görmələrinə icazə versinlər; yəni dəyişiklikdən uzaq və onların dediyi kimi stabil dünya. Stabil quruluş dedikdə onların məqsədi budur ki, hakimiyyətdə olanlar kiminsə dəyişiklik yaratmaq istəməsindən nigaran olmasınlar. Məqsəd budur və bu məqsəd Buşa, Reyqana aid deyil, bütün oliqarxiyanın məqsədidir. Daha dərindən və bədbin yanaşsaq, deyə bilərik ki, dünyanın sionist şəbəkəsinə aiddir. Lakin isbatı çox da mümkün olmadığından indi bu haqda danışmaq istəmirəm. Ümumi olaraq dünyada oliqarxiya sisteminin məqsədi təbiət aləminə hakim olmaqdır. Dünya bəzi təbəqələrə bölünəcək: bir təbəqə birinci dərəcəli imkanlılar, böyük səhmdarlar, oliqarxlar, birinci siyasətçilər və hərbçilərdir, bir təbəqə də ikinci dərəcəli xalq və birinci təbəqənin mənsub olduğu ölkələrin əhalisi. Çünki hər halda ABŞ və Avropa xalqları nasionalizmi rədd etmirlər, qəbul edirlər. Yəni həqiqətən düşünürlər ki, əvvəlcə onların xalqları yaşamalıdır. Üçüncü təbəqə isə dünyanın digər xalqlarıdır. İkinci və üçüncü təbəqələrin ortaq cəhəti birinci təbəqənin maraqlarının təhdid olunmamasıdır. Onların son məqsədləri budur. Bütün əxlaqi və mədəni təlimlər, bu gün dünyada cərəyan edən siyasət və təbliğat bu məqsəddən və bu istəyin həyata keçməsindən ötrüdür. İndi isə bir inqilab qələbə çalmışdırsa, bu örnəklərin özünə müxalif sayılır.

Bu gün İslam Respublikasına qarşı beynəlxalq təzyiqlərdə bir söz çox təkrarlanır. Onlar deyirlər ki, İran beynəlxalq standartları qəbul etməlidir. Tək söz budur və təsadüfən bizim davamız da bu standartlara görədir. Biz bu standartları – insana, qadın məsələsinə, xalqlara, pul, kapital və kapitalizmə dair bu rəftarları əsla qəbul edə bilmərik. Biz bu örnəkləri necə qəbul edə bilərik?! Bu gün dünyanın insan hüquqları və digər bu kimi haqlı mövzulardan istifadə etməsi sizin kimi ayıq və məlumatlı insanlar üçün gülünc görünür. İnqilab bu pis, xəbis və çox təhlükəli məqsədə qarşı çıxan yeganə maneədir. Biz yalnız bir sıra ictimai şərtlərə malik bir rejimi başqa birisi ilə əvəzləməmişik, bizim mədəniyyətimiz və baxışımız onların istədiklərindən tam fərqlidir. Bizim dünya ilə ortaq cəhətlərimiz çoxdur, bütün məktəb və insanlar məhz bizim dediklərimizi qəbul edirlər. Biz həmin hakim güclərə sərt müxalifik, hər şeydə onlarla ziddiyyətimiz var. Bu baxımdan, siz bu böyük işi çox əhəmiyyətli saymalısınız.

Bu düzgün deyil ki, bir nəsil inqilab etmiş olsun, başqa bir nəsil isə onların nə etdiyini əsla bilməsin. Onlarda inqilabi təfəkkür, baxış, hərəkət, vəzifə və ruh yaranmalı, inkişaf etməli, inqilabın tarixi və məqsədləri onlara ötürülməli, radio və televiziya proqramlarında inqilabla bağlı məsələlər nəzərə alınmalıdır.584


Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin