Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Məsihi missionerlərin və Qərb kompaniyalarının İslam cəmiyyətlərinə daxil olması



Yüklə 416,28 Kb.
səhifə9/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   5   6   7   8   9   10   11   12   ...   73
2- Məsihi missionerlərin və Qərb kompaniyalarının İslam cəmiyyətlərinə daxil olması

Siz tarixdən bilirsiniz ki, müstəmləkəçilər Asiyaya, Afrikaya və Latın Amerikasına girmək istəyəndə həmin bölgələrə öz siyasətçilərindən, əsgər və kazaklarından öncə məsihi missionerlərini və müjdəçi qrupları göndərdilər. Onlar qırmızı və qaradərililəri əvvəlcə xristianlaşdırdılar, sonra müstəmləkə kəməndini boyunlarına atdılar, daha sonra isə ev və yuvalarından didərgin saldılar.46


Məsihi təbliğatçılar 2-3 əsr öncədən, ən azı 100 il qabaqdan Afrika və Amerikanın ucqar bölgələrinə gedib meşələrin dərinliyində yerləşən kəndlərdə, hətta adi adamların və tacirlərin getmədiyi yerlərdə təbliğata başladılar. Təəccüblüdür ki, onlar bəzən əhalisinin məsihiləşməsinə heç bir ümid olmayan yerlərə, məsələn, İrana da gəldilər. Bir söhbətdə dedim ki, məsihi təbliğatçılar dəfələrlə İrana gəlmişlər. Onların tarixçəsi mövcuddur. Onlar Nadir şahın dövründən və ondan öncədən məsihiliyi təbliğ etmək üçün öz ev və vətənlərini buraxıb o dövrün nəqliyyat vasitələri ilə İran kimi bir ölkəyə gəlib məsihiliyi təbliğ etmək məqsədi ilə uzun illər qalırdılar.47
Hegemonizmin təcrübəsi belədir ki, İslam harada ciddi olsa, onunla vuruşmağı lazım bilirlər. Qərblilər 17-ci əsrdən müstəmləkə məqsədi ilə müsəlman ölkələrinə daxil olub şirkət, kilsə və digər belə adlarla yavaş-yavaş özlərinə yer açdılar. Onlar o zamandan anladılar ki, İslam cəmiyyəti və İslam dini onları dünyanın bu tərəfinə göndərən müstəmləkəçi məqsədlərə qarşı çıxır, mübarizə aparır. O zamandan onlar üçün çoxlu faktlar qarşıya çıxdı. Hindistan uzun illər İngiltərənin vilayətlərindən biri sayılırdı; özü də indiki Hindistan yox, Hindistan, Pakistan və Banqladeşdən ibarət olan bütün Hindistan yarımadası. Onlar çox həyasızlıqla dünyanın o tərəfindəki bir qarış torpaqdan gəlib bir yarımadanı, çoxlu sərvət və mədənləri olan böyük bir ölkəni zəbt etdilər. Bunun özü çox acınacaqlı bir məsələdir. Onlar nəhayət, oranı rəsmən İngiltərə imperatorluğuna birləşdirdilər. Uzun illər Hindistana İngiltərə kralının naibüssəltənə kimi göndərdiyi şəxs başçılıq edirdi. Hindistan naibüssəltənələrindən biri 150 il öncə, hələ Hindistanda İngiltərə müstəmləkəsinə qarşı mübarizələrin başlanmadığı bir dövrdə demişdi ki, burada bizim birinci məqsədimiz müsəlmanları məhv etməkdir. Çünki müsəlmanlar mahiyyətcə bizə düşməndirlər, hindular isə belə deyillər. Bu, müstəmləkənin təcrübəsidir.48

Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin