BiRİNCİ FƏSİL


B- Məkruh olan əməllər 12/8 Məscidi keçid yolu etmək



Yüklə 0,78 Mb.
səhifə14/27
tarix22.10.2017
ölçüsü0,78 Mb.
#10272
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

B- Məkruh olan əməllər


12/8

Məscidi keçid yolu etmək



252- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Məscidlərdən yalnız namaz qılmaq və zikr oxumaq üçün keçin.275

253- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Məscidlərdən ancaq orada iki rəkət namaz qıldığınız təqdirdə keçin.276

254- Müstədrəkül-vəsail: Rəvayət olunub ki, (məscidin haqqında olan zülmlərdən biri də,) iki rəkət namaz qılmadan məscidddən keçib-getməkdir.277

255- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Bir kəsin məsciddən keçib, (amma) orada namaz qılmaması qiyamət gününün nişanələrindən biridir.278

256- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Qiyamət gününün yaxınlaşmasının nişanələrindən biri də budur ki; insanlar... Quranı (haram) nəğmə ilə oxuyar, vəhşi heyvanların dərilərindən geyim hazırlayar və məscidləri keçid yolu (kimi istifadə) edərlər.279

13/8

Məsciddə uca səslə danışmaq



257- İmam Əli (əleyhis-səlam): Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Hər zaman mənim ümmətim bu on beş əməli əncam versə, onlara bəla nazil olar."

Soruşdular: Ey Allahın Rəsulu! Bunlar hansı əməllərdir?

Buyurdu (səlləllahu əleyhi və alih): "Hər zaman... məsciddə uca səslə danışıldıqda."280

14/8

Məsciddə dünyəvi məsələlər haqqında danışmaq



258- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Bir gün gələcək ki, camaat dünyəvi məsələlərdən başqa bir şey fikirləşmədikləri halda məscidə toplaşacaqlar. Allahın onlara heç bir ehtiyacı yoxdur. Buna görə də, onlarla həmsöhbət olmayın.281

259- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Dünyanın sonu gəldikdə, mənim ümmətimin arasında bir qrup insan peyda olacaqdır ki; məscidlərə yığışar, yalnız dünya və dünya məhəbbəti haqqında danışarlar. Onlarla həmsöhbət olmayın ki, onlar Allaha lazım deyillər.282

260- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Məsciddə nahaq danışmaq, yaxşı əməlləri yeyər (məhv edər). Necə ki, heyvanlar qurumuş otları yeyər (aradan aparar).283

261- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Məsciddə Quran oxumaq, Allah-Təalaya zikirlər söyləmək, faydalı məsələlər haqqında soruşmaq və ya xeyirlı işlər etməkdən başqa bir şey haqqında danışmaq bihudədir.284

262- İmam Sadiq (əleyhis-səlam): Əmirəl-möminin (əleyhis-səlam) hər kəsi məsciddə əfsanə (nağıl) danışan halda gördükdə, ona şallaq vurub, oradan qovdu.285
15/8

İtirdiyini tapmaq üçün məsciddə elan vermək



263- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Hər kim məsciddə itirdiyini tapmaq üşün elan verərsə ona deyin: "Allah itirdiyini sənə qaytarmasın!"286

264- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Hər kəs, kiminsə məsciddə itirdiyini axtardığını (bunun üçün elan verdiyini) eşitsə, belə desin: "Allah onu sənə qaytarmasın!" Çünki məscidlər belə işlər üçün bina olunmayıb.287

265- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Kim, bir kəsin məsciddə itirdiyini axtardığını (bunun üçün elan verdiyini) eşitsə, ona desin: "Allah onu sənə qaytarmasın!" Çünki məscidlər (buna görə deyil,) başqa məqsədlər üçün bina olunub.288

266- Səhihi-Müslim: Süleyman ibn Borəydə atasından nəql edir: Bir kişi məsciddə uca səslə elan verərək, dedi: Kim mənim itirdiyim qırmızı tüklü dəvəmi görüb?

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: (Ümidvaram) onu tapa bilməyəsən. Çünki məscidlər (buna görə deyil,) başqa məqsədlər üçün bina olunub."289


16/8

Məsciddə bihudə şerlər oxumaq



267- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): "Hər kimin məsciddə (faydasız) şer oxuduğunu görsəniz, ona belə deyin: "Allah dişlərini töksün!" Məscidlər yalnız Quran oxumaq üçün tikilib." 290

Diqqət! Yuxarıdakı hədisin və buna oxşar digər hədislərin əksinə olaraq aşağıdakı rəvayətlər Peyğəmbərin (səlləllahu əleyhi və alih) və Əhli-Beytin (əleyhis-səlam) məsciddə şer oxumağı təsdiq etdiyindən xəbər verirlər. Elə buna görə də, çoxsaylı fəqihlər məsciddə şer oxumağın məkruh (bəyənilməmiş) olması haqqda olan hökmün, nalayiq və batil şerlərə aid olduğu fikrindədirlər.

268- Əl-Möcəmül-kəbir: Cabir ibn Səmurədən nəql olunur: Yüz dəfədən artıq Peyğəmbərin (səlləllahu əleyhi və alih) məsciddəki məclislərində iştirak etmişəm. Bir halda ki, O həzrət (səlləllahu əleyhi və alih) əyləşmiş və dostları da bir-birilərinə şer deyirdilər.291

269- Sünəni-Termmizi: Ürvə Ayişədən nəql edir: Allahın rəsulu (səlləllahu əleyhi və alih) məsciddə Həssan (o dövrdə yaşamış şair) üçün minbər qoyar və o da, minbərin üzərinə çıxaraq, Peyğəmbəri tərifləyir və onu müdafiyə edərdi. Peygəmbər (səlləllahu əleyhi və alih) də öz növbəsində buyurardı: (Nə qədər ki, Allah Rəsulunu (səlləllahu əleyhi və alih) tərifləyir və onu müdafiə edir,) Allah-Təala Həssana Ruhül-quduslə kömək edəcəkdir.292

270- Tarixi-Dəmeşq: Səid ibn Müsəyyibdən nəql olunur: Bir gün Həssan ibn Sabit məsciddə şer oxuyarkən Ömər oraya gəlib dedi: Ey Həssan! Sən Allahın Rəsulunun məscidində şer oxuyursan?

Həssan cavab verdi: Mən bundan əvvəl də burada şer oxuyurdum, bir halda ki, səndən daha yaxşısı (Peyğəmbər (səlləllahu əleyhi və alih) ) burada idi.

Ömər "Doğrudur." - dedi və yoluna davam etdi.293

271- Tarixi-Dəmeşq: Nail ibn Tufeyl ibn Əmr Dəvsi nəql edir: Peyğəmbər (səlləllahu əleyhi və alih) (daim faydasız-lazımsız sözlər eşitməkdən sığındığı) məscidində oturmuşdu. Xəffaf ibn Nəzlət ibn Ömər ibn Bəhdələ Səqəfi O Həzrətə yaxınlaşaraq bu şeri oxudu:

Nə qədər qaranlıqda yuruyən cavan dəvələr

Susuz və otsuz çöllərdə çarəsiz və gücsüz qaldılar...

Allahın Elçısı bu beytləri bəyənib, buyurdu: Doğrudan da bəzi bəyanlar sehirli və bəzi şerlər hikmətlidir. 294



272- Tarixi-Dəmeşq: Yəhya ibn Səidin rəvayət etdiyinə əsasən, Abdullah ibn Ünəys anasının, yəni; Kəəb ibn Malikin qızının vasitəsilə belə rəvayət edir: Allahın elçisi (səlləllahu əleyhi və alih) Kəəb ibn Malik məsciddə şer oxuyarkən onun yanına gəldi. Peyğəmbər (səlləllahu əleyhi və alih) onun simasının (parlaq və bədirlənmiş) ay kimi nurani olduğunu müşahidə etdikdə, buyurdu: Hansi işlə məşğul idin?

Kəəb dedi: Şer oxuyurdum.

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Mənim üçün də, oxu.

Kəəb uxudu və bu beytlərə çatdı:



"Öz tayfamızı müdafiə etmək yolunda,

Bütün əzab-əziyyətlərə dözərik"

Allahın Elçisi (səlləllahu əleyhi və alih) buyurdu: Öz tayfamızı deyil, öz dinimizi müdafiə etmək üçün – de!295



273- Əl-Manaqib: İbn Şəhri Aşub yazır: Bədəvi bir ərəb Mədinə şəhərinə gəldi. O, xalq arasında kimin daha çox kəramətli və comərd olduğunu soruşduqda, ona İmam Hüseyni (əleyhis-səlam) göstərdilər. Bədəvi ərəb məscidə daxil oldu. Bu zaman İmam Hüseyn (əleyhis-səlam) orada namaz qılırdı. O, İmamın (əleyhis-səlam) qarşısında dayanıb, bu beytləri oxudu:

Sənə bel bağlayan heç kəs, naümid olamdı,

Qapını döyən heç kim, köməksiz qalmadı.

Sən səxavətli və bizim güvənc yerimizsən,

Atan isə çirkin əməlli insanları öldürən.

Sənin babaların olmasaydı əgər,

Cəhənnəmdə yanardı bütün bəşər.

İmam Hüseyn (əleyhis-səlam) namazını qılıb, qurtardıqdan sonra buyurdu: Qənbər! Hicazdan gələn mallardan bir miqdar qalıbmı?

Qənbər dedi: Bəli, dörd min dirhəm qalıb.

İmam (əleyhis-səlam) buyurdu: Pulu mənə ver. İndi burada ona bizdən daha şox ehtiyacı olan bir şəxs var. Sonra İmam (əleyhis-səlam) çiyninə atdığı paltarı çıxarıb, pulu ona bükdü və bədəvi ərəbdən utandığı halda əlini qapının arasından çölə çıxarıb, pulu ona verərəkən bu şeri oxudu:



Bu pulu al, məni bağışla,

Bil ki, mən sənə qarşı mehribanam.296

17/8

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin