BiRİNCİ FƏSİL


Məsciddə heç bir zərurət olmadan yatmaq



Yüklə 0,78 Mb.
səhifə15/27
tarix22.10.2017
ölçüsü0,78 Mb.
#10272
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

Məsciddə heç bir zərurət olmadan yatmaq



274- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Ayağa qalxın, məsciddə yatmayın.297

275- Tarixi-Mədinə: Cabir rəvayət edir: Məsciddə uzanmışdıq, bu zaman Allahın rəsulu (səlləllahu əleyhi və alih) içəri daxil oldu. O həzrət, əlindəki təzə xurma ağacının budağı ilə bizi yavaşca vuraraq, buyurdu: Məsciddə yatırsınız, bilmirsiniz ki, burada yatmaq olmaz?!298

276- Sünəni-Darəmi: Əbuzər rəvayət edir: Məsciddə yatmışdım. Allahın elçisi (səlləllahu əleyhi və alih) mənim yanıma gəldi və ayağı ilə yavaşca vuraraq, buyurdu: Səni məscidddə yatmış görürəm?

Dedim: Ey Allahın rəsulu (səlləllahu əleyhi və alih)! Göz qapaqlarım mənə qələbə çaldı. (İstər-istəməz mürgülədim.)299



277- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Hər kim məsciddə üzürsüz səbəbə yatarsa, Allah- Təala onu davamlı bir xəstəliyə düçar edər.300

278- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Hər kəs cümə günü məscidddə mürgüləsə, öz yerini dəyişsin.301
18/8

Məscidə tüpürmək


279- İmam Əli (əleyhis-səlam): Peyğəmbər (səlləllahu əleyhi və alih) məscidə tüpürməyi qadagan etdi.302

280- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Ümmətimin yaxşı və pis əməlləri mənə göstərildi. Ümmətimin saleh əməlləri arasında, yol üzərindəki (gediş-gəlişə çətinlik törədən) maneələri aradan qaldırmağı gördüm. Onların bəd əməlləri arasında isə məscidə tüpürməyi gördüm.303

281- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Məscidə tüpürmək yanlış hərəkətdir. Onun kəffarəsi isə tüpürcəyi təmizləməkdir.304

282- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Hər kim məscidə tüpürərsə, onu təmizləməlidir. Onun kiminsə bədəninə və ya paltarına toxunaraq, əziyyət verməsinə, yolverilməməlidir.305

283- Müsnədi- Əhməd ibn Hənbəl: Abdullah ibn Ömərdən rəvayət olunur: Allahın rəsulu (səlləllahu əleyhi və alih) məsciddə namaz qılırdı. O həzrət (səlləllahu əleyhi və alih) qiblə tərəfdə (yerə) tüpürcək atıldığını gördü. Peyğəmbər (səlləllahu əleyhi və alih) namazını qılıb, qurtardıqdan sonra buyurdu: Sizlərin hər biriniz namaz qılarkən öz Tanrınızla minacat edirsiniz və Allah-Təala sizə doğru üz çevirir. Deməli, qibləyə sarı və onun ətrafına ağız suyu atmaq olmaz.

Sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) bir çubuq alıb, oradakı tüpürcəyi təmizlədi. Ardınca da, ətirli maye ilə oranı yudu.306



284- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Bəndə məscidə tüpürdükdə, məscidin sütunları, dərinin od üzərində gərildiyi kimi gərilib, lərzəyə gələr. Amma onu udsa (və yaxud gizlətsə), Allah-Təala yetmiş iki xəstəliyi ondan uzaqlaşdırar və ona iki milyon savab yazar.307

285- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Məscidin sütunları, oraya tüpürüldükdə dərinin od üzərində gərildiyi kimi gərilib, lərzəyə gələr.308

286- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Hər kim, məscidə hörmət etmək məqsədilə (oraya tüpürməyib,) ağzının suyunu udsa (gizlətsə), bu onun saglamlığına və xəstəliklərdən amanda qalmasına səbəb olar.309

287- İmam Əli (əleyhis-səlam): Hər kəs, məscidə ehtiram qoymaq və sayğı göstərmək məqsədilə oraya tüpürməsə, Qiyamət günü əməl dəftəri sağ əlinə verildiyi halda, Allahın hüzuruna sevinc içərisində gedər. Sizin hər biriniz şallaq altında hansı hissləri keçirirsinizsə, məscid də, oraya tüpürüldükdə sanki belə hisslər kecirir.310

288- İmam Sadiq (əleyhis-səlam): Hər kim, məsciddə burun və ağız suyunu boşaltmaq əvəzinə onu udsa (və yaxud gizlətsə), xəstəliyə dücar olmaz, Allah (məscidə hörmət edib, oraya tüpürmədiyi üçün) ona şəfa verər.311

19/8

Pis iyli yeməklər yedikdən sonra məscidə getmək



289- Səhihi-Müslim: Cabir rəvayət edir: Allahın rəsulu (səlləllahu əleyhi və alih) bizi soğan və tərə yeməkdən çəkindirdi. Amma biz dözə bilməyərək onlardan yedik. Belə olduqda O həzrət (səlləllahu əleyhi və alih) buyurdu: Heç kəs bu pis iyli tərəvəzlərdən yedikdən sonra bizim məscidimizə yaxınlaşmasın. Çünki mələklər də, insanların narahat olduğu hər bir şeyə narahat olurlar.312

290- Əl-Kafi: Məhəmməd ibn Müslim rəvayət edir: İmam Baqirdən (əleyhis-səlam) sarımsaq yemək barəsində soruşdum. O həzrət (əleyhis-səlam) belə buyurdu: Allahın rəsulu (səlləllahu əleyhi və alih) insanları sarımsaq yeməkdən pis iyinə xatir çəkindirib və buyurub: Hər kim bu pis iyli tərəvəzi yesə bizim məscidə yaxınlaşmasın. Məscidə gəlmədikdə isə sarımsaq yemək olar.313
291- İmam Sadiq (əleyhis-səlam): Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Heç kim bu göyərtidən (sarımsaqdan) yediyi halda, bizim məscidimizə gəlməsin." Amma onun haram olduğunu buyurmadı.314

292- Sünəni-Əbi Davud: Əbu Səid Xidri belə rəvayər edir: Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzurunda soğan və sarımsaq barəsində söhbət açıldı və soruşuldu: Ey Allahın elçisi! Bu tərəvəzlərin ən pis qoxulusu, sarımsaqdır. Onu yeməyi haram buyurursan?

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Onu yeyin, amma nə qədər ki, ağzınızdan iyi getməyib, bu məscidə yaxılaşmayın.315


293- İmam Əli (əleyhis-səlam): Hər kim, pis qoxulu bir şey yesə, heç vax (o halda) məscidə yaxınlaşmasın.316

294- Əl-Kafi: Həsən Zəyyat rəvayət edir: Həcc əməllərini qurtardıqdan sonra Mədinə şəhərinə gedib, İmam Baqiri (əleyhis-səlam) axtardım. Mənə onun Yənbu məntəqəsində olduğunu söylədilər. Oraya getdim. İmam (əleyhis-səlam) buyurdu: Ey Həsən! Buraya mənim üçün gəlmisən?

Dedim: Bəli, sənə qurban olum. Səni görmədən buradan getmək istəmədim.



İmam (əleyhis-səlam) buyurdu: Mən bu göyərtidən (sarımsaqdan) yemişdim və ona görə də peyğəmbərin məscidindən uzaq olmaq istədim.317

20/8

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin