BiRİNCİ FƏSİL


Məsciddə namaz qılmağın fəziləti



Yüklə 0,78 Mb.
səhifə8/27
tarix22.10.2017
ölçüsü0,78 Mb.
#10272
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

Məsciddə namaz qılmağın fəziləti



139- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məğrib, işa və sübh namazını məsciddə camaatla qılan şəxs, gecəni səhərədək oyaq qalaraq, ibadətlə məşğul olan şəxs kimidir.156

140- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Evdə qılınan namaz bir namazın savabını daşıyır, məhəllənin məscidində qılınan namaz isə iyirmi beş namaza bərabərdir. "Cümə" məscidində qılınan namaz beş yüz namazın savabına, "Məscidül-Əqsa"da qılınan namaz isə əlli min namazın savabına malikdir. Mənim məscidimdə ("Məscidün-nəbi"də) qılınan namaz da, əlli min namazın savabına sahibdir. "Məscidül-həram"da qılınan namaz yüz min namazın savabını özündə daşıyır.157

141- İmam Əli (səlləllahu əleyhi və alih) : "Beytül-müqəddəs"də qılınan bir namaz min namaza bərabərdir. "Cümə məscidi"ndə qılınan bir namaz yüz namaza bərabərdir. Məhəllə məscidində qılınan namaz isə iyirmi beş namazaın savabına malikdir. Bazar məscidində qılınan namaz da, on iki namazın savabına sahibdir. Evdə qılınan namaz isə bir namazın savabını daşıyır.158

142- İmam Sadiq (əleyhis-səlam): Namazlarıınızı məscidlərdə qılın!159

143- İmam Sadiq (əleyhis-səlam): (Məsciddə icra ediləcək dəyərli əməllərı sayarkən buyurdu) Məscidlərdə çox namaz qılıb, dua edin. Məscidlərin müxtəlif yerlərində namaz qılın. Çünki, Qiyamət günü hər bir məkan, onda namaz qılan şəxsin xeyrinə şahidlik edəcək.160

144- İmam Sadiq (əleyhis-səlam): Evdə qılınmış camaat namazı iyirmi dörd namaza, məsciddə qılınmış camaat namazı qırx səkkiz namaza, yəni; evdə qılınan namazın iki qatına bərabərdir. "Məscidül-həram"da qılınan namaz başqa məscidlərdə qılınmış min rəkət namaz qədər dəyərlidir. Məsciddə tənha şəkildə namaz qılmaq, iyirmi dörd namazın savabına malikdir.161
8/5

Peyğəmbərin (s) hər səfərdən qayıtdıqdan sonra məsciddə namaz qılması



145- Səhihi-Buxari: Kəb ibn Malik rəvayət edir: Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) hər səfərdən qayıtdıqdan sonra məscidə gedər orada namaz qılardı.162

146- Sünəni-Əbi Davud: İbn Ömər rəvayət edir: Allahın elçisi (səlləllahu əleyhi və alih) Həcc ziyarətindən qayıtdıqdan sonra Mədinəyə gəldi və dəvəsini məscidin qarşısında dayandırdı. Sonra isə məscidə gedib, orada iki rəkət namaz qıldı və ardınca evinə doğru yola düşdü.163

147- Səhihi-Buxari: Cabir ibn Abdullah Ənsaridən rəvayət edir: Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birlikdə səyahətdə idim. Biz Mədinəyə qayıtdıqda o, mənə buyurdu: "Məscidə gir və iki rəkət namaz qıl."164

148- Səhihi-Buxari: Kəəb rəvayət: Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) hətta gecə yarısı səfərdən qayıtdıqda, məscidə gedər və birbaşa əyləşib istirahət etmədən öncə, iki rəkət namaz qılardı.165
9/5

Məsciddə dua və ibadətlə məşğul olmağın savabı



149- Müsnədi-İbn Əhməd: Əbu Səid Xudridən nəql olunur: Allahın elçisi buyurdu: "Allah-Təala buyurur: Tezliklə məəşər əhli anlayacaq ki, kim daha çox hörmətə layiqdir.

Soruşdular: Ey Allahın Rəsulu! Kim daha çox hörmətə layiqdir?

Buyurdu (səlləllahu əleyhi və alih): Məsciddə ibadətə məşğul olan şəxslər."166

150- Sünəni-Nəsai: İbn Abbas, Cüveyriyə binti Harisdən rəvayət edir: Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) (sübh vaxtı) məscidddə ibadət və duaya məşğul olan Cüveyriyəni müşahidə. Günorta çağı da, onu yenə məsciddə ibadət halında gördükdə, soruşdu: "Hələ də ibadətə məşğulsan?"

Cüveyriyə dedi: "Bəli."

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Dia etdiyin zaman hansı sözləri söyləməyin lazım olduğunu sənə öyrədimmi? Belə de: Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala razı olduğu kimi uca və pakdır! Allah-Təala razı olduğu kimi uca və pakdır! Allah-Təala razı olduğu kimi uca və pakdır! Allah-Təala ərşin ağırlığı (əzəməti) qədər uca və pakdır! Allah-Təala ərşin ağırlığı (əzəməti) qədər uca və pakdır! Allah-Təala ərşin ağırlığı (əzəməti) qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır!167

151- İmam Sadiq (əleyhis-səlam): Bir nəfər Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanına gəlib soruşdu: Ən yaxşı məscid əhli kimdir?

Həzrət (səlləllahu əleyhi və alih) buyurdu: "Allahın şəninə daha çox zikr söyləyən (Allahı daha çox yad edən) şəxs.168



152- Tarixi-Bağdad: Cabir ibn Abdullahdan nəql olunur: Allahın elçisi (səlləllahu əleyhi və alih) buyurdu: "Məscidlər axirət bazarlarından biridir. Oraya daxil olan şəxs Tanrı qonağıdır. Oraya daxil olmaq fürsətini əldə etmək günahların bağışlanmasına səbəb olar. Məscidin(oraya daxil olan şəxsə) salamı kəramətdir. Bununla da, xeyir-bərəkət əldə etmək üçün çalışın."

Soruşdular: Ey Allahın Rəsulu! Necə xeyir-bərəkət əldə edək?

Buyurdu (səlləllahu əleyhi və alih): "Dua və Tanrı dərgahına rəğbətlə üz gətirməklə."169

153- Sünəni-Əbi Davud: Əbu Səid Xudridən nəql olunur: Bir gün Tanrı elçisi məscidə daxil olduqda, Ənsardan olan Əbu Umamə adlı kişi ilə üzləşdi. O (səlləllahu əleyhi və alih), buyurdu: "Ey Əbu Umamə! Nə üçün namaz vaxti olmadığı halda məsciddə oturmusan?"

Dedi: Borclu olduğuma görə qəm-qüssə və kədər içindəyəm, ey Allahın Rəsulu!

Həzrət (səlləllahu əleyhi və alih) buyurdu: "Sənə bir dua öyrədim ki; onun vasitəsilə Allah-Təala dərd-qəmini aradan aparıb, borclarını ödəməyə yardım etsin?"

Əbu Umamə dedi: Bəli, ey Allahın elçisi!

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Hər səhər-axşam du duanı oxu: "İlahi! Mən qəm-qüssə, gücsüzlük, taqətsizlik, qorxaqlıq, simiclik, borcumun çoxluğu və insanların məni alçaltmasından Sənə pənah aparıram.

Əbu Umamə deyir: Bu sözləri dedim və Uca Allah mənin dərdimi, kədərimi aradan aparıb, borcumu ödədi.170



154- Əd-Dəəvat: Rəvayət olunur ki; İmam Zeynül-abidin (əleyhis-səlam) başqasının evinin qapısının kəndarında oturan bir kişinin yanından keçirdi. İmam (əleyhis-səlam) (üzünü ona tutub) buyurdu: "Səni bu zalım və lovğa şəxsin qapısına gəlib (yalvarmağa) nə məcbur edibdir?"

Dedi: Çətin və ağır həyat tərzi.

Buyurdu: "Dur! Mən səni elə bir qapıya apararam ki, bu qapı (sahibindən) daha yaxşıdır. Uca Tanrı ondan daha mərhəmətlidir."

Beləcə, onun əlini tutub, "Məscidün-nəbi"yə (Peyğəmbərin məscidinə) apardı. İmam (əleyhis-səlam) buyurdu: "Üzünü qibləyə çevir və iki rəkət namaz qıl. Sonra da, əllərini Allah dərgahına uzadıb, Ona həmd-səna oxuyub, Peyğəmbərinə (səlləllahu əleyhi və alih) salavat göndər. Və Həşr surəsinin son ayələrini, Hədid surəsinin ilk altı ayəsini və Ali-İmaran surəsinin iki ayəsini oxuyub, Allahı (köməyə) çağır. İstədiyini Allahdan dilə ki, şübhəsiz, O, sənə istədiyini verəcəkdir.171



155- İmam Sadiq (əleyhis-səlam): Atamın (İmam Baqirin (əleyhis-səlam)) Allah-Təalaya bir hacəti və diləyi olduqda, onu günorta çağı istərdi. O, əvvəlcə sədəqə verər, ətir vurub, məscidə gedər və sonra da, hər nə arzusu varsa, Allahdan istəyərdi.172

156- İmam Sadiq (əleyhis-səlam): Allahdan bir istəyim var idi. Günorta çağı məscidə getdim. Mənim hər hacətim olanda belə edirəm.173

157- İmam Sadiq (əleyhis-səlam): Ey Məsmə! Nə üçün sizə qəm-qüssə üz verdikdə, dəstəmaz alıb, məscidə gedib, iki rəkət namaz qılıb, Allahdan hacətinizi diləmirsiniz? Bu ayəni eşitməmisinizmi? "(Müsibət vaxtında) səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!174"175

158- İmam Sadiq (əleyhis-səlam): "Xəstələndiyiniz zaman həkimə müraciət edərək, ona müəyyən məbləğ ödəyirsiniz. Və həmçinin hökmdarın yanına (dərdinizi deməyə) gedərkən qapıçıya bəxşiş verirsiniz. Hər hansı bir problemlə üzləşdiyiniz zaman Allaha pənah aparsanız, əvvəlcə dəstəmaz alın. Sonra da, məscidə gedib, iki rəkət namaz qılın və Allaha həmd-səna edib, Peyğəmbərinə (səlləllahu əleyhi və alih) və Əhli-beytinə (əleyhis-səlam) salavat göndərin. Ardınca da, belə dua edin: "İlahi! Xəstələndikdə mənə şəfa ver. Səfərə gedərkən sağ-salamat geri qayıtmağıma kömək ol. Qorxduğum bəlalardan məni qoru." Allah-Təala duanızı qəbul edəcək. O, bəndə şükr etdiyi zaman dualarını qəbul etməyə and içibdir. 176

10/5

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin