BiRİNCİ FƏSİL



Yüklə 0,78 Mb.
səhifə19/27
tarix22.10.2017
ölçüsü0,78 Mb.
#10272
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

Səhlə məscidi



362- Təhzibül-əhkam: Əbubəkr Xəzrəmi rəvayət edir: İmam Baqirə (əleyhis-səlam) dedim: Allahın hərəmi (Məscidül-həram) və Peyğəmbərin hərəmindən (Məscidün-Nəbi) sonra hansı məkan fəzilətlidir?

Buyurdu (əleyhis-səlam): Ey Əbubəkr! Kufə pak və müqəddəs bir şəhərdir. Orada rəsul və nəbi peyğəmbərlərin, onların əməlisaleh canişinlərinin qəbirləri yerləşir. Bundan başqa Səhlə məscidi də, mübarək bir məsciddir. Hər bir peyğəmbər orada namaz qılmışdır. İlahi ədaləti orada bərpa olunacaq, tanrı qiyamçısı orada baş qaldıracaq və onun ardınca digər qıyamçılar da, ayağa qalxacaqlar. Orada peyğəmbərlərin, onların canişinlərinin və əməlisaleh insanların evləri yerləşir.394



363- İmam Sadiq (əleyhis-səlam): Çətinliyi olan hər bir kəs, Səhlə məscidinə gəlib, orada məğrib və işa namazları arasında iki rəkət namaz qılaraq, Tanrıdan yardım diləyəsə, Allah-Təala onun çətinliyini həll edər.395

364- İmam Sadiq (əleyhis-səlam): Kufədə Səhlə adlandırılan bir məscid var. Əmim Zeydin oraya yolu düşəndə, bu məsciddə namaz qılıb, Allaha pənah aparardı. Allah-Təala iyirmi il onu qorudu. Bu məscid atlının (Xızrın (əleyhis-səlam) ) endiyi yer və İdris peyğəmbərin (əleyhis-səlam) evidir. Ona hər dəfə bir çətinlik üz gətirəndə, bu məscidə gələr, məğrib və işa namazları arasında (müstəhəbb) namaz qılar, Tanrıya yalvarardı. Allah-Təala da, onun hər bir çətinliklərinə yol açardı.396

365- Təhzibül-əhkam: Əbdürrəhman ibn Kəsir rəvayət edir: İmam Sadiqin (əleyhis-səlam) Əbu Həmzə Somaliyə belə buyurduğunu eşitdim: Ey Əbu Həmzə! Əmim Zeydin gecələr (ibadət etmək üçün) ayağa qalxdığını görmüsənmi?

Dedi: Bəli.

Buyurdu (əleyhis-səlam): Süheyl məscidində namaz qılırdı?

Dedi: Süheyl məscidi haradadır? Sizin məqsədiniz Səhlə məscididir?

Buyurdu (əleyhis-səlam): Bəli. Əgər orada iki rəkət namaz qılıb, Allaha pənah aparsaydı, bir daha onu qoruyardı.

Əbu Həmzə soruşdu: Atam-anam sənə qurban olsun! Bu Səhlə məscididirmi?

İmam (əleyhis-səlam) buyurdu: Bəli. İbrahimin evi oradadır. O Həzrət (əleyhis-səlam) buradan Əmaliqəyə sarı yola düşdü. İdrisin (əleyhis-səlam) də dərzilik etdiyi ev oradadır. Bu məsciddə yaşıl bir qaya vardır ki, bütün peyğəmbərlərin rəsmləri oradadır. Allah-Təala bütün peyğəmbərləri bu qayanın altındakı torpaqdan yaradıb və merac da oradadır.397

366- Qurbül-isnad: Əla ibn Rəzin rəvayət edir: İmam Sadiq (əleyhis-səlam) mənə buyurdu: Sizin yaxınlığınızda yerləşən Səhlə adlandırdığınız, bizim isə Şəra dediyimiz məsciddə namaz qılırsanmı?

Dedim: Bəli, sənə qurban olum. Orada namaz qılıram.

Buyurdu (əleyhis-səlam): O məscidə get. Hər bir çətinliyi olan (dua edib, hacət diləmək üçün) oraya getsə, elə bir çətinlik yoxdur ki, (o, həll olmasını istəsin, amma) Allah-Təala onu dəf etməsin. Orada bir daş vardır ki, üzərinə bütün peyğəmbərlərin və onların canişinlərinin adları yazılıb.398

367- İmam Sadiq (əleyhis-səlam): Kufəyə daxil olduqda Səhlə məscidinə get və orada namaz qılıb, Allah-Təaladan mənəvi və dünyəvi hacətlərini istə. Səhlə məscidi İdrisin (əleyhis-səlam) namaz qıldığı və dərziliklə məşğul olduğu evdir. Hər kəs orada Allaha sevdiyi şəkildə dua etsə, (yaxud, istədiyi hacəti diləsə), Allah onun diləyini qəbul edər və qiyamət günü onu uca məqamlara, hətta İdris (əleyhis-səlam) peyğəmbərin məqamınadək ucaldar. Dünyadakı çətinliklərdən və düşmənlərinin şərrindən amanda saxlayar.399

368- İmam Sadiq (əleyhis-səlam): Bu məscid (Səhlə məscidi) bizim sahibimizin dostları ilə birgə qiyama qalxdığı vaxt (yerləşəcəyi) məkandır.400

369- Qisəsül-ənbiya: Əbu Bəsir rəvayət edir: İmam Sadiq (əleyhis-səlam) buyurdu: Ey Əba Məhəmməd! Sanki indi Qaimin (əc) öz ailəsi ilə birlikdə Səhlə məscidində yerləşdiyini görürəm.

Soruşdum: Ora Onun (əc) mənzilidirmi?

Buyurdu (əleyhis-səlam): Bəli, ora İdrisin (əleyhis-səlam) də mənzilidir. Allah-təalanın göndərdiyi bütün peyğəmbərlər orada namaz qılıb. Hər kim orada qalsa, sanki Allahın rəsulunun evində qalıbdır. Hər bir mömin kişi və qadın oranı sevər. Hər gecə-gündüz Tanrı mələkləri oraya sığınıb, ibadətə məşğul olurlar.

Ey Əba Məhəmməd! Əgər mən sizə yaxın olsaydım, bütün namazlarımı o məsciddə qılardım. Bizim Qaim(əc) qiyama qalxdığında, Allah-Təala, Peyğəmbərinin (səlləllahu əleyhi və alih) və bizim hamımızın intiqamını (düşmənlərimizdən) alacaq.401



7/10

Xəyf məscidi



370- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Xeyf məscidində yetmiş peyğəmbər və həmçinin Musa (əleyhis-səlam) namaz qılmışdır.402

371- İmam Baqir (əleyhis-səlam): Xeyf məscidində yetmiş peyğəmbər və nəbi namaz qılmışdır.403

372- İmam Baqir (əleyhis-səlam): Hər kim Minada yerləşən Xeyf məscidini tərk etməzdən qabaq, yüz rəkət namaz qılsa yetmiş ilin ibadətinin savabını və hər kəs yüz dəfə Allaha həmd-səna oxusa, bir qulu azad etməyin savabını və hər kim yüz dəfə Allahın bir olmasina etiraf etsə bir nəfərə həyat verməyin savabını qazanar. Və hər kəs orada yüz dəfə Allaha şükür etsə, sanki Kufə və Bəsrənin xəracını Allah yolunda sədəqə vermişdir.404

373- İmam Sadiq (əleyhis-səlam): Minadakı Xəyf məscidində namaz qıl. Allah rəsulunun (səlləllahu əleyhi və alih) səcdəgahı, məscidin ortasında yerləşən minarənin kənarında idi. Bu minarə qabaq səmtdən qibləyə tərəfdir və onunla arasındakı məsafə otuz ziradır. Onun sağ-sol və arxası birlikdə otuz ziradır. Əgər imkanın varsa orada namaz qıl. Çünki orada min peyğəmbər namaz qılıb. Bu məscidin Xəyf adlandırılmasının səbəbi, onun nisbətən hündür bir məkanda tikilməsidir. Belə tikililər (ərəb dilində) xəyf adlanır.405

8/10

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin