58- Mən la yəhzəruhül-fəqih: Rəvayət olunur ki, məscidin sahəsi hər tərəfdən 40 ziradır.72
59-İmam Əli (əleyhis-səlam): Məscidin əhatə dairəsi 40 ziradır və qonşuları isə hər tərəfdən, ətrafında yerləşən 40 evdir.73
Şəhr: Əllamə Məclisi deyir: Adətən fəqihlər məscidin əhatə etdiyi sahə haqqında bəhs etmirlər. Lakin (Şəhid) "Əl-dürus" kitabında yazır: Şeyx Səduqun rəvayətinə əsasən məscidin sahəsi hər tərəfdən 40 gəzdir və əkinçiliyə yararsız sahələrdə, (məscidin haqqının, torpağı əkinə yararlı hala gətirən şəxsə nisbətən daha üstün olduğu üçün) ona riəyət olunmalıdır. Həmçinin bu hədis məscidin 40 ev məsafəliyində yerləşən qonşularının, daha yaxınlıqda yerləşən başqa bir məscid olmadığı halda, allahın evində ibadətə məşğul olmasının müstəhəb olduğuna təkid edir.74
DÖRDÜNCÜ FƏSİL
1/4
Məscidə ehtiram göstərməyin zərurəti
60- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Heç bir vaxt məscidə "müsəycid" deməyin. Çünki məscid Tanrıya ibadət olunan Allah evidir. Heç vaxt Qurani-Kərimi "müsəyhif" adlandırmayın. Çünki Allahın kitabı belə kiçildici və əskildiçi ibarətlərdən daha uca və əzəmətlidir. Həmçinin (heç bir) kişiyə "rüvəycil", qadına da, "mürəyyə" deyə müraciət etməyin.75
61- İmam Əli (əleyhis-səlam): Müsəlman "rüvəycil", məscid "müsəycid", Quran "müsəyhif" adlandırılmamalıdır.76
2/4
Məscidə ehtiramın zəruri olmasının səbəbi
62- İləlüş-şəraye: Əbu Nəsirdən nəql olunur ki: İmam Sadiq (əleyhis-səlam) dan Məscidə ehtiramın zəruri olmasının səbəbi barəsində soruşdum. Buyurdu: "Çünki məscidlər Allahın evidir."77
3/4
Məscidə ehtiram etməyin savabı
63- İmam Əli (əleyhis-səlam): Məscidə hörmət edən hər kəs qiyamət günü Allah -Təala ilə fərəh və sevinc içində görüşər.78
4/4
Məscidə ehtiram etməyən şəxsin məzəmmət olunması
64-İmam Sadiq (əleyhis-səlam): (Yunis ibn Yaquba müraciətlə) Məscidə ehtiram göstərməyən şəxs məlundur, məlun! Ey Yunis! Bilirsənmi Allah-Təala nə üçün məscidlərin əziz və əzəmətli olmasına qərar verib? Və nə üçün bu ayəni göndərib: "Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!" Çünki yəhgudilər və məsihilər öz ibadətgahlarına daxil olduqları zaman Allaha şərik qoşurlar. Buna görə də böyük Tanrı öz Peyğəmbərinə (səlləllahu əleyhi və alih) məscidlərdə yalnız bir Allaha ibadət olunmasına əmr etdi.79
BEŞİNCİ FƏSİL
1/5
Məscidi abadlaşdırmaq.
Qurani-Kərim: Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abad edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yola yetişənlərdən ola bilərlər!80
65- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər zaman bir kişinin ardıçıl olaraq məscidə getdiyini görsəniz, onun imanlı olduğuna şəhadət verin. Allah-Təala buyurur: "Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abad edələr."81
66- İmam Əli (əleyhis-səlam): Allahın Rəsulu mənə öyrətdi ki, hər yeni paltar geyindiyimdə; "Həmd olsun Allaha ki, mənə xalq arasında yaraşıqlı görünməyim üçün paltar nəsib etdi. İlahi! Bu paltarı mənim üçün bərəkətli et ki, onu geyərkən sənin razılığın yolunda çalışam və məscidlərini abad etməyə cəhd edim.82
67- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : İlahi! Bu Ramazan ayında Quranı aydın nişanələrlə birlikdə insanları hidayət etmək və haqqı batildən ayırmaq üçün nazil etdin. Bu (müqəddəs) kitabda bizə məscidləri abadlaşdırmaq, dua etmək, oruc tutmaq və namaz qılmağa əmr edib, onları qəbul etməyə söz verdin.83
68- Məkarimül-əxlaq: Əbuzərdən nəql olunur ki; bir gün Tanrı elçisinin hüzuruna getdim... Dedim: Ey Allahın Rəsulu! Atam-anam sənə fəda olsun! Mənə elə bir göstəriş ver ki; onu yerinə yetirdiyim zaman Allah-Təala mənə (çoxlu) savab versin...
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Hər kim Allahın əmrinə müsbət cavab verə (əməl edə) və tanrı məscidlərini layiq olduğu kimi abadlaşdıra, Allah tərəfindən behiştlə mükafatlandırılacaqdır."
Dedim: "Atam-anam sənə fəda olsun! Ey Allahın Rəsulu! Allahın məscidlərini necə abadlaşdırmaq olar?"
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Orada uca səslə danışılmaz, mənasız, bihudə işlər görülməz və al-ver olunmaz. Məsciddə olduğun zamanlar gərəksiz və səmərəsiz işlərdən uzaq dur. Əgər belə etməsən qiyamət günü yalnız özünü günahkar bil. (qəbahəti başqasında axtarma)."84
69- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Sizlərdən hər biriniz məsciddə olduğunuz zaman mələklər ardıcıl olaraq sizə dua edir və deyirlər: İlahi! Bu şəxsi bağışla. İlahi! Onu öz rəhmət və mərhəmətin sayəsində qərar ver.85
70- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Sizlərdən hər biriniz məsciddə olduğunuz zaman, oranı tərk etdənə qədər namaz qılmış şəxs kimisiniz (şəxsin savabını qazanırsınız).86
71- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Mömin şəxsin məsciddə oturması, onun düşmənlə döyüşə hazır olması deməkdir.87
72- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Beş əməl ibadət sayılır: az yemək, məsciddə oturmaq...88
73- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Əbuzərə nəsihət edərkən; " Ey Əbuzər! Məsciddə oturduğun müddətdə Allah-Təala aldığın hər nəfəs üçün məqamını behiştdə bir dərəcə ucaldır və mələklər sənə salam göndərirlər. Aldığın hər nəfəs üçün (əməl dəftərinə) on savab yazılır və on günah da, pozulur.89
74- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məsciddə əyləşib namazı gözləmək ibadətdir.90
75- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məsciddə oturub namazı gözləyən şəxs, sanki ilahi məmuriyyətdədir və evinə qayıdanadək namaz qılanlardan sayılır.91
76- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məsciddə oturub namazın başlanmasını gözləyən şəxs, (bu müddətdə) namaz qılan şəxsin savabını qazanır.92
77- İmam Sadiq (əleyhis-səlam): Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: " Məsciddə oturub namazın başlanmasını gözləmək, çirkinlik yaratmadığınız halda ibadət sayılır."
Bir nəfər soruşdu: Ey Allahın Rəsulu! Çirkinlik dedikdə məqsədiniz nədir?
Həzrət (səlləllahu əleyhi və alih) buyurdu: "Qeybət etmək."93
78- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Sizlərdən hər biri pak şəkildə evdən çıxıb, müsəlman qardaşı ilə namaz qılıb və sonra da, (məsciddə) oturub (ikinci) namazın başlanmasını gözlədikdə, mələklər (ona dua edərək) deyərlər: İlahi! Onu bağışla. İlahİ! Ona mərhəmət göstər.94
79- Təhzibül-əhkam: Osman ibn Məzundan nəql olunur ki: Bir gün Peyğəmbərə dedim: Ey Allahın Rəsulu! Sizdən bir neçə mətləb barəsində soruşmaq istərdim?
Həzrət (səlləllahu əleyhi və alih) buyurdu: "Ey Osman! Sualın nə haqqındadır?"
Dedim: İstəyirəm ki, zahidliyə üz gətirim (tərki-dünya olum).
Həzrət (səlləllahu əleyhi və alih) buyurdu: "Ey Osman! Bu doğru fikir deyildir. Çünki mənim ümmətimin zahidliyi məsciddə oturub bir namazı qılıb quratardıqdan sonra o biri namazın başlanmasını gözləməkdir."95
80- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : " (İnsanların) yeddi dəstəsi Allahın (mərhəmət) sayəsindən başqa heç bir sığınacağın olmadığı gündə (qiyamət günündə) Onun (rəhmət) sayəsi altında qərar tutar: ... Məsciddən çıxarkən, oraya bir də getyməyi qərara alan şəxs.96
81- İmam Əli (əleyhis-səlam): Məscid (orada ibadət olunmamasına görə) viran olduğu üçün Allaha şikayət edər və sizin bir müddət ayrı düşdüyümüz şəxsin yanınıza qayıtdığı zaman sevindiyniz kimi, (o da,) bir müddət ondan uzaqlaşıb və yenidən oraya (ibadət etmək üçün) geri dönən şəxsi gördükdə sevinər.97
82- İmam Əli (əleyhis-səlam): Mənim üçün məsciddə oturmaq, behiştdə oturmaqdan daha sevimlidir. Çünki behiştdə olarkən mən xoşhal olacağam, amma məsciddə olarkən isə mənim Allahım məmnun olacaqdır.98
83- İmam Əli (əleyhis-səlam): Dan yeri ağarandan günəş çıxana qədər (insanlar yer üzündə ruzi dalınca getməzdən öncə) məsciddə Allaha ibadət etmək, ruzinin artmasına səbəb olar.99
84- İmam Əli (əleyhis-səlam):
Rüku və səcdə ilə gecə məsciddə qalan,
İlahi ibdətiylə gecəni başa vuran şəxs,
Şeytani inadla məsciddən qayıdan
Özünü məscidin toz-torpağından uzaq tutan
Kəslə bərabər mükafatlandırılmayacaq.100
85- İmam Həsən (əleyhis-səlam): Məscid əhli Allahın qonaqları sayılır və (şübhəsiz ki,) ev sahibi öz qonaqlarını mükafatlandırmalıdır.101
86- İmam Həsən (əleyhis-səlam): Üç şəxs Allah-Təalanın qonşusu sayılır: Yalnız Allaha xatir məscidə gedən şəxs. Bu şəxs məsciddən qayıdana qədər Allahın qonağı sayılır.
Yalnız Allaha xatir müsəlman qardaşının görüşünə gedən şəxs. Bu şəxs müsəlman qardaşının görüşündən qayıdanadək Allahın görüşünə getmiş sayılır.
Yalnız Allaha xatir həcc ya ümrə ziyarətinə gedən şəxs. Bu şəxs ailəsinin yanına qayıdanadək Allah dərgahında müsafir sayılır.102
87- İmam Sadiq (əleyhis-səlam): Əli ibn Hüseynin (əleyhis-səlam) xidmətçisi onu soyuq bir (qış) gecəsində xəz əba-əmmamədə və ətirlənmiş bir şəkildə gördü. O, soruşdu: Sənə qurban olum! Bu saatda və belə (gözəl-bəzənmiş) şəkildə hara gedirsən?
İmam (əleyhis-səlam) buyurdu: "Babam Peyğəmbərin məscidinə Allah-Təaladan huri istəməyə gedirəm."103
88- İmam Baqir (əleyhis-səlam): Namaz qilmağa gedərkən belə dua et: "İlahi! Məni Allah evlərini (məscidləri) abadlaşdiran şəxslərdən et!"104
89- İmam Sadiq (əleyhis-səlam): "Öz yaxınlarınızla birlikdə məscidə gedin."105
2/5
Dostları ilə paylaş: |