90- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscidə tərəf addım atan şəxs, (hər addımın) müqabilində (bir) savab qazanar.106
91- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscidə sarı yola düşən şəxs, atdığı hər addımın müqabilində on savab qazanar.107
92- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscidə tərəf yola düşən şəxs, evinə qayıdanadək atdığı hər addımın müqabilində on savab qazanar. Həmçının onun əməl dəftərindən on günah silinər və nəticədə o, on mərtəbə ucalar.108
93- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Evindən məscidə getmək niyyəti ilə addım atan şəxs, əməl dəftərinə bir addımında bir savab yazar və o biri addımında isə bir günahını silər.109
94- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Allah-Təala (qiyamət günü) üç şəxsə zamin olar: məscidə sarı yola düşən şəxsə; Allah-Təala qiyamət günü onu tapıb, beniştə göndərməyə, yaxud da, onun əməlinin savabını verməyə zəmanət verir.110
95- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Azan oxuyanın (namaza) çağırışını qəbul etmək (namaza getmək), Allahın rəhmət nəzərini cəlb edər və o, behiştlə mükafatlandırılar. Mən onu rəd edən (namaza getməyən) şəxslə qiyamət günü mübarizə aparacağam. Allah carçısının dəvətini qəbul edıb, məscidə gedən şəxsın xoş halına! Cənnət əhli olan mömin şəxslərdən başqa heç kəs müəzzinin (namaza) dəvətini qəbul etməz.111
96- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscidə getmək Allah və Peyğəmbərinin (səlləllahu əleyhi və alih) əmrinə tabe olmaq deməkdir. Hər kim, Allah və Peyğəmbərinə (səlləllahu əleyhi və alih) itaət etsə, Tanrı onu sadiqlər və şəhidlərlə birlikdə behiştə daxil edər. O, behiştdə Həzrət Davudla (əleyhis-səlam) həmsöhbət olar və Həzrət Davuda (əleyhis-səlam) verilən savab qədər mükafatlandırılar.112
97- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər səhər-axşam məscidə getmək Allah yolunda cihad etməyin bir hissəsi sayılır.113
98- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscidə hər səhər-axşam Allaha xatir getməyən şəxsin əməlləri naqisdir.114
99- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər səhər-axşam məscidə gedən şəxsin hər gedişində, Allah-Təala onun behişt azuqəsini hazırlayır.115
100- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Sənin məscidə doğru gedişinin və oradan evə qayıdışının savabı bərabərdir.116
101- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər səhər-axşam məscidə gedən şəxs, bu əməlinə başqa işlərlə müqayisədə daha çox əhəmiyyət versə, Allah-Təala hər dəfə onun üçün behişt nemətlərindən azuqə hazırlayar. Necə ki, sizlərdən hər biri sevdiyiniz şəxsin sizin görüşünüzə gəldiyinni gördükdə, ona (xüsusi) ziyafət təşkil edər.117
102- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Agah olun! Hər kim camaat namazı qılmaq niyyəti ilə məscidə gedərsə, hər addımının müqabilində yetmiş min savab əldə edər və elə bu qədər də, onun əməl dərəcəsi artar.118
103- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Bu altı xislətdən biri hansı müsəlmanda olarsa, Allah-Təala onun behiştə daxil olmasına zamin olar: ... Gözəl şəkildə dəstəmaz alib, namaz qılmaq üçün məscidə gedən şəxs. Əgər bu şəxs məscidə gedərkən (ya qayıdarkən) dünyasını dəyişsə, Allah-Təala (onun behiştə getməsinə) zamin olar.119
104- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Evində özünü təmizləyib, sonra da, vacib namazlardan birini yerinə gətirmək üçün Tanrı evlərindən birinə sarı yola düşən şəxsin bir addımı onun pis əməllərini təmizləyib, digər addımı isə (behiştəki) məqamını yüksəldər.120
105- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Gözəl şəkildə dəstəmaz alib, yalnız namaz qılmaq üçün evdən çıxan şəxs, məscidə daxil olana qədər (hər addım attığında) ardıcıl olaraq sol ayağı onun pis əməllərini məhv edib, sağ ayağı da, (ona) savab yazar.121
106- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Layiqli şəkildə dəstəmaz alib, təkcə namaz qılmaq məqsədi ilə məscidə sarı yola düşən şəxs, oraya daxil olana qədər attığı hər addımda, Allah-Təala onun günahlarını silib, məqamını yüksəldər. Və məscidə daxil olduğu vaxtdan namazın başlanmasına qədər olan müddətdə, namaz qılan şəxs kimidir.122
107- İmam Zeynül-abidin (əleyhis-səlam) : Məscidlər Allahın evləridir. Məscidə dogru şövqlə tələsən insanlar, fərəhlə Allahın hüzuruna, görüşünə tələsmiş kimidirlər.123
108- İmam Sadiq (əleyhis-səlam): Yağışlı və ya quru havada məscidə tərəf irəliləyən şəxsi, yerin yeddi qatı mədh edər.124
3/5
Məscidə hər kəsdən öncə daxil olmağın savabı
109- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : "(Qurani-Kərimdə buyurulur) " Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)
Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşmış kimsələrdir."125 (Bu ayənın nümunələrindən biri də,) məscidə ilk daxil olan və oranı sonuncu olaraq (hamıdan sonra) tərk edən şəxsdir."126
110- İmam Baqir (əleyhis-səlam): Allahın rəsulu (səlləllahu əleyhi və alih) Cəbraildən soruşdu: "Ey Cəbrayıl! Hansı məkan Allah yanında daha sevimlidir?"
Dedi: Məscidlər. Və Allahın ən çox sevdiyi məscid əhli isə hamıdan qabaq məscidə girib, hamıdan sonra oranı tərk edən şəxsdir.127
111- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : (Əbuzərə nəsihət edərkən) Ey Əbuzər! Qiyamət günündəki bayraq sahibləri necə də xoşbəxtdirlər. Onlar əllərində bayraq hamıdan qabaqda behiştə doğru gedərlər. Agah olun! Onlar sübh çağı və başqa vaxtlar hər kəsdən əvvəl namaza tələsənlərdir.128
4/5
Dostları ilə paylaş: |