MƏN VƏ KİTAB
(İslam İnqilabının Böyük Rəhbəri həzrət
Ayətullah Seyid Əli Xameneinin baxışında)
Kitаbın аdı:..................................Mən və Kitab
Tәrcümә еdәn:..............................Emil Kəlayev
Nәşr еdәn:..................................."Üfüqe-fərda"
Çаp tаriхi:..................................................2012
Çаp növbәsi:...........................................Birinci
Tirаj:..........................................................3000
BİRİNCİ FƏSİL KİTAB VƏ MÜTALİƏNİN ƏHƏMİYYƏTİ İSLAM MÜTALIƏYƏ ÖNƏM VERIR
Kitab və kitabın cəmiyyətdəki yeri nə zaman yadıma düşürsə, daxilən narahatçılıq və təəssüf hissi keçirirəm. Hansı baxımdan istəyirsiniz yanaşın, ölkəmizdə kitabların sayı ən azı on dəfə artmalı və geniş yayılmalıdır. Əgər bu məsələyə İslam təfəkkürünün və İslam hakimiyyətinin kitaba verdiyi əhəmiyyət baxımından yanaşsanız, onda məsələ öz təsdiqini tapmış olacaq. Çünki İslam kitaba, mütaliəyə və yazıya kifayət qədər önəm verir. Əgər insaflı bir şəxs İslam peyğəmbərinin (s), imamların (ə) və digər İslam öndərlərinin çıxışlarına nəzər salıb, onların necə bir zamanda insanları kitaba, mütaliəyə dəvət etdiklərini görsə, bütün uydurmalar zehinlərindən silinəcək. Anlayacaqlar ki, İslam düşmənlərinin kitab yandırmaq və kitabla düşmənçilik kimi əfsanələr uydurub dillər əzbəri etməkdən başqa yolları yox idi. Çünki İslam mütaliəyə həddən artıq əhəmiyyət verir.1
BÖYÜK ZİYAN
Kitab, geniş elm və bilik dünyasına açılan bir darvazadır. Yaxşı kitab insan təkamülünün ən üstün vasitələrindən biridir. Bu gözəl və həyatverici dünya ilə, yəni kitab dünyası ilə ünsiyyətdə olmayan biri, şübhəsiz ki, ən önəmli insan fəaliyyətlərindən, eləcə də bir çox hümanitar və ilahi biliklərdən məhrum olur. Bir cəmiyyət üçün fərdlərinin kitabla ünsiyyət qurmaması böyük fəlakətdir. Bir insanın kitabla ünsiyyətdə olması və daim ondan bəhrələnməsi, yəni-yeni biliklər əldə etməsi böyük uğurdur...2
ƏHƏMİYYƏT VERMƏLİSİNİZ
Əgər bu gün bu xalqın dünya hegemonlarının qərəzli əməlləri nəticəsində zülmə məruz qalmasını nəzərə alırsınızsa, demək, özünüzü müdafiə etməlisiniz. Elə bir milli müdafiə varmı ki, hər şeydən öncə mədəniyyətə, təhsilə, dünyagörüşünə və biliyə söykənməsin? Nəticədə yenə "kitab"a qayıdırıq. Yəni hansı tərəfə baş vursanız da, sonda kitaba əhəmiyyət verməyə məcbursunuz. Mən təəccüb edirəm ki, nə üçün biz İslam Respublikası kimi hazırda kitaba on qat artıq əhəmiyyət vermirik?!1
MÜTALİƏ VƏRDİŞİ
Əgər biri burada oturmuş olsa və yan otaqda hansısa hadisə baş versə, yaxud yeni söhbət olsa, çox az adam tapmaq olar ki, yerində otursun və yan otaqda hansı hadisələrin baş verdiyini görmək üçün həmin otağa baş vurmasın.
Bütün ətrafımız yeni xəbərlərlə doludur. Bu qədər məlumat və bütün mövzularla bağlı bu qədər maarif! Biz nə üçün baş çəkməyə, baxmağa, hansı hadisələrin baş verdiyini və bilik dünyasında nələrin keçdiyini görməyə hazır deyilik?!
Çıxış yolu kitab oxumaqdır. Kitab oxuyan insan dünyadakı bir sıra biliklərdən, hazırda və keçmişdə baş verən hadisələrdən, hətta müxtəlif sahələrdə baş verəcəklərdən xəbərdar olacaq. Deməli, mütaliəyə vərdiş verməliyik.2
KİTABI HEÇ NƏ ƏVƏZ ETMİR
Kitab olduqca önəmli məsələdir. Əlbəttə ki, mən incəsənətə, təsviri sənətə, telefiziyaya, kino sənətinə və bu qəbil şeylərə çox inanıram. Ancaq kitabın özünəməxsus rolu var. Kitabın yerini heç nə vermir. Kitab cəmiyyətdə öz yerini tutmalıdır. ... Camaat mütaliəyə adət etməli və kitab onların həyatının bir hissəsinə çevrilməlidir. Bir qədər əvvəl televiziyanın bəzi cavanlardan müsahibə aldığını gördüm. Onlardan kitab oxumaları haqqında sual olunurdu. Cavablar isə mənfi idi. Ümumiyyətlə kitabı həyatın zərurətlərindən hesab etmirdilər.1
KƏSƏ YOL
Bir sözlə, əgər biz inkişaf etmiş, mədəniyyətli, savadlı cəmiyyət olmaq və geri qaldığımız məsələləri kəsə yolla keçmək istəyiriksə (haqlı olaraq millətin bu potensiala malik olmasını iddia edirik), çıxış yolu yalnız informasiya və mütaliələrin, ümumi məlumatların, xüsusi təbəqələrin ehtiyacı olan və geri qaldığı məsələlər haqqındakı məlumatların hazırki vəziyyətdən çıxarılması, inkişaf etdirilməsdir.2
KOMMUNİST PARTİYASININ UĞURLARININ SƏBƏBİ
Mənim fikrimcə, kommunist partiyasının ölkəmizdə uzun yaşamasının və təşkilatlarının çox geniş və səssizcə yayılmasının səbəbi var idi. Birinci səbəb sistemli şəkildə təşkilatçılıq idi. Bu, dünya standartlarına uyğun idi. Bu təşkilatçılıq hər yerdə əvvəlcədən işlənmiş və heç bir zəhmət çəkmədən həyata keçirilmişdi. Digəri isə ədəbiyyat sahəsindəki uğurlara söykənirdi. Kommunistlər Rza xan rejimi dövründə ədəbiyyat sahəsində xeyli uğur qazana bilmişdilər. Onların inqilabdan sonra dərhal Yazıçılar Birliyi yaratdığını özünüz müşahidə etdiniz. "Yazıçılar Birliyi" olmasaydı, onlar belə inkişaf edə bilməyəcəkdilər. Yüzlərcə kitab çap etdilər. Müxtəlif bölgələrdə minlərlə broşür, yazı və təhlillər çıxardılar. Bunun özü iş görmək istəyən, yaxud hər hansı bir analizin yayılmasında maraqlı olanlar üçün böyük vasitədir.1
İKİNCİ FƏSİL MƏN VƏ KİTAB AZAN SƏSİ
Mən gənc ikən çox kitab oxuyurdum. Atamın zəngin kitabxanası var idi və onların əksəriyyəti mənim üçün lazımlı idi. Kitabımız olsa da kitabxanalardan müvəqqəti kitab götürürdük. Evimizin yaxınlığında kiçik kitab mağazası vardı. Orada oxumaq üçün müvəqqəti kitab verirdilər. Mən adətən oxuduğum romanları oradan götürürdüm. “Astaneyi-Qüds” (“Müqəddəs dərgah”) kitabxanasına da baş çəkirdim. “Astaneyi-Qüds”ün Məşhəddə yaxşı kitabxanası var. Dini təhsilə başladığım ilk illərdə, 15-16 yaşlarımda həmin kitabxanaya müraciət edirdim. Bəzən gündüzlər ora gedir və mütaliə ilə məşğul olurdum. Azan səsgücləndirici ilə verilirdi. Ancaq mütaliə ilə dərin məşğul olduğuma görə azanın səsini eşitmirdim. Səsgücləndirici çox yaxın idi və azanın səsi kitabxananın salonunu bürüyürdü. Günorta olurdu, amma mən bunu bir müddət keçdikdən sonra anlayırdım.1
Dostları ilə paylaş: |