BiRİNCİ FƏSİL



Yüklə 279,21 Kb.
səhifə13/14
tarix24.02.2018
ölçüsü279,21 Kb.
#43270
1   ...   6   7   8   9   10   11   12   13   14

KİTABOXUMA ZƏNGİ


Bu gün sərgidə, üç nəfər ayrı-ayrılıqda eyni təklif üçün mənə müraciət etdilər və dedilər ki, məktəblərdə kitaboxuma üçün bir saat vaxt ayrılsın. Məncə yaxşı fikirdir. Bu məsələni mütləq təhsil nazirliyi incələməli və bu zəmində hansı işlərin görülə biləcəyini dəqiqləşdirməlidir. Misal üçün, təsəvvür edin ki, inşa saatının yerinə kitaboxuma saatı təyin edilsin. Beləliklə şagirdlər kitaboxuma mədəniyyəti ilə tanış olsunlar. İstər özləri oxusun, istər müəllim onlar üçün oxusun, istərsə də şagirdlərdən biri oxusun və digərləri qulaq assınlar. Fikrimcə, bu pis təklif deyil. Əgər məktəblərdə bunun uğurlu iş olması razılığına gəlsələr, belə bir saat ayrılmalıdır. Bəlkə bu da təsirli oldu.1

OXUCU OLSUN, KİTAB ÖZÜ GƏLƏCƏK


Camaatın kitab oxumağa meyli yoxdur. Fikrimcə, sırf bu problemlə bağlı tədbirlər görülməlidir. Doğrudur ki, bu zəmində kitabxana açmağın faydası var. Ancaq iki cür kitabxana açmaq olar. Nəşrlərin sayını iki cür çoxaltmaq olar. Birincisində iş elə aparılır ki, insanlarda lazımi meyl oyadır, digərində isə bu məqama diqqət olunmur. Bizə birinci növ lazımdır. Yəni biz düşünməli və bunun həlli yollarını tapmalıyıq.

Əgər camaat kitab oxumağa adət edərsə və kitab sorağınca gedərsə, naşirlərin və müəlliflərin arxasınca düşəcəklər. Naşir isə kitabı tapmaq üçün özünü oda-alova vuracaq.2


SAQQIZA NƏ QƏDƏR PUL VERİRSİNİZ?


Kitab həyatın zərurətlərindən olduqda baha sayılmır. “Əl-Möcəm əl-Vəsit” həcmdə kitabın üzərinə iki min tümən qiymət qoyublar. Əlbəttə, elə insanlar var ki, yaşamaq üçün lazım olan hər şeyi ala bilmirlər. Pulları yoxdur, yaxud azdır. Bunların haqqında bir şey düşünmək lazımdır. Bu bizim problemlərimizdən biridir. Əgər kitab doğrudan da həyati zərurətlərdən hesab olunarsa, baha deyil. Siz bir cüt corabı, yaxud bir dənə dəsmalı neçəyə alırsınız? Uşağınıza aldığınız bir neçə saqqıza neçə verirsiniz? Kitabı bunlarla müqayisə edin. İndi kitab zərurtlərdən deyil. Dəbdəbə xarakteri daşıyır. Yaxşı şeydir, olsa yaxşıdır, olmasa da göy yerə enməyəcək ki! Kitab bu vəziyyətdən çıxmalı və həyatın zərurətlərindən birinə çevrilməlidir.1

Kitab almaq ailənin əsas xərclərindən biri hesab olunmalıdır. İnsanlar bəzi gözəllik və zinət əşyalarını, misal üçün, müxtəlif stullar, lüstrlər, müxtəlif mebellər, pərdələr və bu kimi şeyləri almazdan öncə kitaba önəm verməlidirlər və öncə kitab almalıdırlar. Kitab çörək, yemək və digər məişət zərurətlərinin sırasında yer almalıdır. ... Əlqərəz, kitabla ünsiyyət qurmalıdırlar. Əgər ünsiyyət qurmasalar İran cəmiyyəti haqı olan hədəflərinə, arzularına çatmayacaq.2


İYİRMİ CİLDLİK KİTABLARI NECƏ OXUYAQ?


Mən deyirəm ki, cavanlar, qocalar, kişilər, qadınlar, şəhərlilər, kəndlilər və kitabla ünsiyyət qura biləcək hər kəsin cibində kitab olmalıdır. Çünki boş oturduğu vaxtda misal üçün, avtobusda, taksidə, klinikada, idarədə, dükanda müştəri olmadıqda və evdəki boş vaxtlarında kitabı çıxarıb oxusun.3

Günədəlik işlə məşğul olan insanlar (idarə işi, ticarət, əkinçilik və s. işlərlə məşğul olanlar axşam, yaxud gün ərzində evə gələrkən) vaxtlarının bir qismini, hətta yarım saat olsa belə kitab oxumağa ayırsınlar. Bu yarım saatlarla nə qədər kitab oxumaq olar. Mən özüm iyirmi neçə cildlik kitabları həmin on-on beş və iyirmi dəqiqəlik fasilələrdə oxumuşam! Mən səkkiz cildlik kitabı avtobusda oxumuşam. Bu bizim insanların arasında bir həyat tərzinə, ənənəyə çevrilməli və öz övladlarına da öyrətməlidirlər. Qadınlar evlərdə kitab oxusunlar və məlumat toplasınlar.1

Bu cür məkanlarda (avtobus və s.) oxunacaq kitablar hazırlayın. Yaxud elə bir iş görün ki, əgər camaat özü ilə kitab gəzdirmək istəmirsə, avtobusda, klinikalarda, idarələrdə növbə gözləyərkən, çörək və qənd üçün növbədə durarkən kitab oxuya bilsinlər. Əgər bu işi həyata keçirə bilsəniz, böyük xidmət göstərmiş olarsınız. Bu iş qeyri-mümkün deyil, əksinə, mümkündür. Çünki digər ölkələrdə bu işlərin həyata keçirildiyini müşahidə edirik. Bizim buna daha çox ehtiyacımız olmasına baxmayaraq, əfsuslar olsun ki, hələ bu zəmində iş görə bilməmişik.2

ÇAĞDAŞ TARİXİN OXUNMASI


Sizin yeni tarixdən nə qədər məlumatınız olduğunu və bu haqda nə qədər oxuduğunuzu bilmirəm. Çox yaxşı olar ki, yay tətillərində boş vaxtlarınızda bir az yeni tarixi, o cümlədən məşhur Tənbəki hadisəsini oxuyasınız. Bu haqda kitablar da yazılmışdır. Bunları oxumağınız yaxşı olar. Əlbəttə, mötəbər kitabları oxumağınızı nəzərdə tuturam. Bəziləri bu məsələdə din və ruhanilik olduğuna görə dinə olan kinləri ucbatından bu böyüklükdə qüruru etiraf edib, onları qələmə almırlar.1

KİTAB OXUMAQ DƏRS OXUMAQ DEYİL


Fikrimcə, siz qızlar dərsinizdən əlavə kitab da oxumalısınız. Yəqin ki, məktəblərinizdə kitabxana var. Müəllimlərinizin göstərdiyi yaxşı kitabları mütləq mütaliə edin. Dərslərinizi oxumaqla yanaşı kitablarla da tanış olun və ünsiyyət qurun.2

KİTAB OXUMADAN GÖZÜNÜZƏ YUXU GETMƏLİ DEYİL


Ailəmizin təqribən bütün üzvləri gecə mütaliə edərək yatırlar. Mən özüm də eləyəm. Mütaliənin ortasında yuxuya getmirəm. Yuxum gələnə kimi mütaliə edirəm. Sonra kitabı kənara qoyub yatıram. Ailə üzvlərimizin hamısı belədir. Yəni yatmaq istədikləri zaman mütləq əllərinin altında bir kitab olmalıdır. Fikrimcə, bütün iranlı ailələr bu cür olmalıdır. Mənim umacağım budur.3

ADƏT OLMAYAN İŞLƏR


Əlamətlərdən anlaşıldığına görə avropalıların arasında adət halını almış, əfsuslar olsun ki, bizim alışmadığımız məsələlərdən biri də budur ki, misal üçün, analar, yaxud böyüklər fürsət olduqda uşaqları üçün kitab oxuyurlar və ya iki-üç nəfər otururlar, bir nəfər onlar üçün kitab oxuyur. Bizdə bu cür işlərə adət olunmayıb. Əgər kitab oxuyandırlarsa, hamı özü üçün oxuyur. Atanın, yaxud ananın kitabı açıb uca səslə oxuması və uşaqların onlara qulaq asması onlarda adi haldır, ancaq bizdə yox!...4

İnsanlar arasında kitab oxumağı ənənəyə çevirin. Eşitmişəm ki, avropalılar bu işi evlərində həyata keçirirlər. Yatmaq vaxtı gəldikdə ana uşağı üçün kitab oxuyur. Bizdə belə bir adət yoxdur. Əlbəttə, keçmişdə bəzi ailələrdə var idi. Biz ata evimizdə görürdük ki, bir nəfər oturub başqaları üçün kitab oxuyur. İllərlə bu iş davam edirdi. Həm kiçiklər, həm də böyüklər üçün. Lakin artıq insanlar bu məsələyə diqqət etmirlər.1

Belə olmalıdır. Kitab insanların gözü qarşısında min şəkildə cilvələnməlidir ki, kimin necə xoşuna gəlir elə də görünsün. Gənclər, atalar, analar və xüsusən uşaqlar kitabla ünsiyyət qurmalıdırlar. Bu mümkündür. Əgər valideyinlər kitab oxuyan olsalar, böyük ehtimal ki, uşaqları da kitab oxuyan olacaqlar.2


Yüklə 279,21 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin