BiRİNCİ FƏSİL


İNSANLARA TƏKAN VERƏ BİLƏRSİNİZ



Yüklə 279,21 Kb.
səhifə4/14
tarix24.02.2018
ölçüsü279,21 Kb.
#43270
1   2   3   4   5   6   7   8   9   ...   14

İNSANLARA TƏKAN VERƏ BİLƏRSİNİZ


Mən adətən oxuduğum kitabların arxasına hansısa qeydlər aparır, yaxud münasibət bildirirəm. Yəni nəsə yadıma düşsə, kitabın arxasına yazıram. "Mənim komandirim" kitabını oxuduqda qeyri-iradi olaraq arxasına ziyarətnamənin bir hissəsini yazdım. "Əssəlamu əleykə ya övliyaullah və əhibbaik!" Doğrudan da bu əzəmətlər qarşısında insanın kiçiklik hiss etdiyini duydum. Mən bu kitabdakı əzəməti gördükdə həqiqətən öz-özlüyümdə bir kiçiklik hiss etdim.

Kim bu əzəməti bizə göstərə bilər? Bu əzəmət mövcuddur, ancaq bir nəfər bunu bizə göstərməlidir. O, kimdir? O, sizsiniz, yəni əgər siz öz qədrinizi bilsəniz, elə bir nuraniyyətin sahibi olarsınız ki, insanları silkələyir. Bu cür gerçəklər həqiqətən bizləri dəyişir.2


SƏRHƏNGİLƏRƏ VƏ BEHBUDİLƏRƏ EŞQ OLSUN


Sərhəngi və Behbudinin yazdıqları bir kitabın3 arxasına iki-üç sətir qeyd etmişəm. Oxuduğum kitablara çox vaxt münasibət bildirirəm. Bunlar mənim hisslərimdən doğur. Yəni onu yazdıqda səmimi hisslərlə yazmışam. Səhifənin altına yazmışam: "Sərhəngilərə və Behbudilərə eşq olsun"! Bu mənim etiqadımdır. Mən bunları nə üçün yazmalıyam? Bunun hansı səbəbləri var? Mənim Behbudi, yaxud Sərhəngi ilə qohumluğummu var? Onlarla qədim zamanlara təsadüf edən dostluğumuzmu var? Xeyr, mən onları yalnız iki-üç dəfə görmüşəm. Bu kitab yaxşı kitabdır. Təsirli yazı və çox faydalı əsərdir. 1

İNCƏSƏNƏT SAHƏSİNİN DƏYƏRLİ KİTABLARI


Az həcmli hekayələrdən ibarət kitablar insafla desək, dəyərli kitablardır. Dostlar müharibəyə aid kitablar yazmış və onlardan bəzisi çapdan çıxmışdır. Mən onların çoxunu oxumuşam. Bəzilərinə qeyd də yazmışam. İnsafla yanaşsaq, bu kitabların çox dəyərli olduğunu etiraf etməliyik. Onların bəzisində insanda təəccüb doğuracaq xüsusiyyətlər var. Yəni açıq-aydın müşahidə olunur ki, əgər bu zövq və bu istedad ortaya qoyularsa, çox əhəmiyyətli romanlar ərsəyə çıxar. 2

YUXUMU QAÇIRDI


Həsən Hüseyninin ərəb şairi Nəzar Qəbani haqqında qələmə aldığı yaxşı tənqidi yazıya3 rast gəldim. Bir gün günortadan sonra yatmaq istəyirdim. Bu tənqidi yazının mütaliəsi yuxumu tamam qaçırdı! Allah şahiddir ki, ağladım da. Öz-özümə dedim ki, gör inqilab nələr etmişdir. Bir gənc gəlmiş, tənqid dünyasına qədəm qoymuş və bu qədər gözəl, məharətli və şücaətli söz demişdir. Allaha şükürlər olsun ki, sizin bu cür gücünüz var və belə bir istedada sahibsiniz.4

BU KİTABLARIN SİZİN ƏLİNİZƏ DÜŞMƏYƏCƏYİNDƏN QORXURAM


İndi bir neçə ildir ki, döyüş komandirləri və sərkərdələri haqqında kitablar gündəmdədir. Bu mövzuda kitablar yazılır. Mən özüm də bu kitabların alıcılarındanam və onları oxuyuram. Baxmayaraq ki, bunlardan bəzisini mən yaxından tanıyırdım və yazılanların hamısı real hekayətlərdir. İnsan bunlardan hansının mübaliğə, hansının doğru olmasını az-çox müəyyən edə bilir. Olduqca təkanvericidir. Görürsən ki, bu insanlar, hətta fəhlə paltarında döyüş meydanlarına gəlmişlər. Ustad Əbd əl-Hüseyn Burunsi, məşhədli gənc bənna, inqilabdan qabaq adi bənna idi, mənimlə də münasibəti var idi. Onun əhvalatı qələmə alınmışdır. Mən tövsiyə edirəm və çox istəyirəm ki, siz o kitabı oxuyasınız. Qorxuram ki, ümumiyyətlə bu kitablar sizin əlinizə gəlib çatmasın. Bu kitabın adı "Bağ evinin yumşaq qumları"dır. Gözəl yazılmışdır. O, müharibənin əvvəllərində döyüş meydanına getmişdi. Ancaq mənim bundan xəbərim yox idi. Dostlarımızdan bəziləri bəsiclə (könüllülər) və institut tələbələri ilə görüşdə iştirak etmiş və bu gənclə (üç-dörd il ibtidai və hövzə təhsili var idi) söhbət etmişdilər. Deyirlər, onlarla elə məharətlə söhbət etmişdi ki, hamısının ürəyini ələ almışdı. Buna görə də mərifətindən, idrakından, sədaqət hissindən və varlıq aləmini dərkindən danışırdılar. Sonra da qızğın döyüş meydanlarında iştirak edib, böyük şücaətlər göstərdikdən sonra şəhadət məqamına yüksəlir. Xırdalıqlara getmək istəmirəm. Belə bir insanın həyatındakı, yaxud şəhid Hümmət, Şəhid Xurazi və hazırda sağ olanların həyatındakı gözəlliklərin bənzərini haradan tapa bilərsiniz?! Bunları haradan tapmaq olar?!1

BİR NEÇƏ KİTABLA TANIŞLIQ


Cənab Qədəminin "Xınayaxdı" kitabı çox yaxşı kitabdır. Bu kitab olduqca gözəl yazılmışdır.

"Mənim komandirim” də olduca gözəl kitabdır və məni çox təsirləndirdi. Yaxud bəzi qısa hekayələr. "Nəcib", "Yaşasın Kumeyl!" və bu qəbildən olan əsərlər olduqca ibrətamiz və ruhlandırıcı əsərlərdir. 1

Uşaqlara çox kitab və roman tanıtmaq istəmirəm. Bəzi müəllifləri yada salmaq olar. Məsələn, Michel Zavaco (1860 – 1918) adlı tanınmış fransız yazıçı var. Bir çox kitabların müəllifidir. Mən onun kitablarının çoxunu o dövrdə (yeniyetmə çağlarımda) oxumuşam. Yaxud məşhur fransız yazıçı Viktor Hüqonu göstərmək olar. Onun "Səfillər" əsərini birinci dəfə yeniyetmə yaşlarımda “Astaneyi-qüds” kitabxanasından götürüb oxumuşam.2

Bilmirəm imdadçılara (xeyriyyəçi) aid olan kitabı (“Mənim gözəl həyatım”) sizlərdən hansı yazıb. Mən bu kitabın doğrudan da nə qədər lazımlı olduğunu gördüm. Aydındır ki, bu şəxsin özü də imdadçı idi. İnsanın özü imdadçı olmadan belə bir mətləbi qələmə ala bilməz. Yaxud "Atəş və ixtiyar" kitabının müəllifinin gözətçilikdən anlayışı olduğu aydındır.3


EVƏ APARDIM VƏ HAMINIZ OXUYUN DEDİM


Sizin kitabınızın (“Cəbhə terminologiyası”) birinci cildi çapdan çıxdıqda, adəti üzrə digər çap olunmuş əsərlər kimi onu da mənim üçün gətirdilər və mən onu oxudum. Bu kitab mənə o qədər maraq verdi ki, sonadək oxudum. Sonra gördüm ki, bu kifayət deyil, evə apardım və dedim ki, hamınız bu kitabı oxuyun! Evdə ailə üzvləri üçün kitabın bəzi yerlərini özüm oxudum. Dedim ki, bu kitab ümumiyyətlə bütün evlərdə olmalıdır və həmişə hamının ixtiyarında olmalıdır.

Siz bu terminləri (“Cəbhə terminologiyası” kitabını) bir yerə toplamısınız. Bu terminlər çox önəmlidir. Onların məcmusu hazırda tarixi qaynaq və tarixi sənəd şəklində bizim əlimizdədir. Bu tarixi sənədlərin əsasında bir çox reportajların hazırlanması mümkündür. Nə yaxşı olar ki, film çəkənlər, nəsr yazanlar, şairlər, yaxud ssenaristlər bu yazılardan və bu sənədlərdən istifadə etsinlər. Bu yazılarımızın səmərəsi o vaxt son həddə yetəcək ki, müharibəyə aid məşhur əsərlərdə və ədəbiyyatda özünü tapmış və onların işinə yaramış olsun. Həmçinin işarə vurduğunuz adlar və ləqəblər də bu qəbildəndir. Məsələn, Həsən Biriyanın özü bir hekayə mövzusudur. Bunlar insanın bir gövhəri önəmli yerə yerləşdirdiyi kimi mühüm yerdə yerləşməlidir. 1



Yüklə 279,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin