BiRİNCİ FƏSİL


“ƏSİL İNSAN HAQQINDA POVEST”



Yüklə 279,21 Kb.
səhifə5/14
tarix24.02.2018
ölçüsü279,21 Kb.
#43270
1   2   3   4   5   6   7   8   9   ...   14

ƏSİL İNSAN HAQQINDA POVEST


Bir neçə il öncə dostlarımdan bir neçəsinə dedim ki, nə üçün qazilər (müharibə veteranları) haqqında film çəkmirlər? Bir rus qazisi üçün kitab yazmışdılar. Mən onu oxumuşam. Sonralar o kitab əsasında film də çəkildiyini eşitdim. Ruslar özü bu kitabı çap edib göndərdilər. Bu da rusların təbliğat kitablarından biri idi. Bu kitab inqilabın əvvəllərində əlimə keçdi. Bu kitab Boris Polevoyun “Əsil insan haqqında povest” əsəridir. Bu kitab təyyarəsi düşmüş və ayağı kəsilmiş bir pilotdan söz açır. Gördüm ki, hər hansı bir pilot, yaxud ayağı kəsilmiş, gözü kor olmuş müharibə əlili bu kitabı oxuyarsa, rahatlıq və razılıq hissi keçirəcəkdir. Bizim bu qədər müharibə əlilimiz var. Nə üçün belə bir kitabımız yoxdur? Nə üçün bu haqda bir film çəkməmişik? Bunlar bizim çatışmayan cəhətlərimizdir.2

MÜSTOVFİNİN XATİRƏLƏRİ

Bizim çox gözəl xatirələrimiz var. O cümlədən "Müstovfinin xatirələri"; insafla desək, çox gözəl kitabdır. Əgər bu kitabı "Nehrunun bioqrafiyası" kitabı ilə müqayisə etsəniz, ondan yaxşı olmasa da, geri qalan deyil. Lakin o, təxəyyül deyil və bədii xarakter daşımır.1


ZİYALILARIN XİDMƏT VƏ XƏYANƏTİ


28 mordaddan sonra ziyalı təbəqəsinin bir zalım rejimə qarşı etiraz amilini göstərmək baxımından ziyalı mühitdə qəribə durğunluq yaranmaqdadır. İyirminci illərdə rejimin qəzəbinə tuş gəlmiş bir çox insanlar, otuzuncu illərdə məlun rejimin müti həmkarlarına çevrilmişdilər. Ali Əhməd “Ziyalıların xidmət və xəyanəti” kitabında otuzuncu illərin ziyalılarından danışır. Ali Əhməd bu kitabını qırx üçüncü ildə yazmağa başlamış və işini qırx yeddinci ilə kimi davam etdirmişdir. Qırx yeddinci ildə Ali Əhməd Məşhədə gəldikdə biz onu gördük. Nədənsə bu kitabdan söz düşdü. Neçə vaxtdır ki, bir işlə məşğul olduğunu bildirdi. Sonra başa düşdüm ki, qırx yeddinci ildən bu kitabı yazmaqla məşğuldur. O, bu zəmində bizdən bir sıra materiallar istəyirdi. Düşünürdü ki, bizim onlardan xəbərimiz var. Anladıq ki, kitab yazır. Bu kitab onun vəfatından sonra çapa verildi. O kitab keçmiş rejimdə yayılmasına icazə veriləsi kitablardan deyildi. Yüzdə-yüz qadağan olunan kitablardan hesab edilirdi və yayılması mümkün deyildi.2

HOVARD (HOWARD) MELVİN FAST


Əgər fürsət tapsanız, Amerikanın ictimai vəziyyəti ilə bağlı yazılmış bəzi kitabları oxuyun, bu məsələni başa düşəcəksiniz. Mən özüm bu mövzuda xeyli kitab oxumuşam. Bilmirəm siz də oxumusunuz, ya yox. Məsələn, seçkilər məsələsi haqqında tanınmış və nisbətən solçu amerikalı yazıçı Hovard Melvin Fastın (1914 - 2000) bir kitabını oxumuşam (“Mühacirlər” romanı nəzərdə tutula bilər) . Onun bir çox başqa kitabları da var. Əslində roman yazarıdır. Onun kitabı iyirminci əsrdə ailəsi Avropadan Amerikaya köçən bir uşağın həyatından söz açır. Bu uşaq Amerikada dünyaya göz açır və Amerika qanunlarına əsasən o, amerikalı hesab olunur. Sonralar ədliyyədə vəkil olur və sonra seçkilərə qatılır. O kitabda Amerikadakı seçkilərin vəziyyətini izah etmişdir. Siz baxın, bu hələ əsrin əvvəllərinə, 20-30-cu illərə aiddir. Ondan sonra bu zəmində informasiyaları olan, yaxud bu mövzuda yazanların etirafına əsasən vəziyyət daha da acınacaqlı olmuşdur. Həqiqətdə pul və təbliğat gücü bu ölkədə hər şeyə hakim olan ən böyük kompaniyalardır. Namizədləri onlar müəyyən edirlər.1

FRANTZ FANON


Siz əgər bizim dövrümüzdə Latın Amerikası və Afrika haqqında yazılmış kitabları oxumuş olsanız (Frantz Fanon, 1925-1961) və o dövrün digər yazıçılarının kitabları indiyə kimi öz etibarını qorumuşdur), bizim də eyni durumda olduğumuzu anlayacaqsınız. İran haqqında heç kim cəsarət göstərib yaza bilmirdi. Lakin Afrika, Çili, yaxud Meksika haqqında rahatlıqla yazılırdı. Mən bu kitabları oxuduqda bizim də eyni vəziyyətdə olduğumuzu müşahidə etdim. Yəni bir gənc fəhlə ağır iş qarşılığında bir abbası əldə edirdisə, bu pulun yarısı əyyaşlığa, avaralığa və s. bu kimi boş-boş işlərə xərclənirdi. Bunları biz o kitablarda oxuyurduq və görürdük ki, həqiqətən, öz cəmiyyətimiz də eyni taleyi yaşamaqdadır. 2

ROMEN ROLLAN


Onun (Romain Rolland, 1866-1944) "Vurğun qəlb" romanı daha dəyərlidir. Bu kitab həm tarixdir, həm ədəbiyyat, həm əxlaq, həm də incəsənət. Bu kitab hər şeydir. Mən bu kitabı illərlə öncə oxumuşam. 1

CEYN OSTİNİN KİTABLARI


Ceyn Ostinin (Jane Austen) kitablarının ingiliscə xülasəsini, o cümlədən "Qürur və mənfi rəy"i (“Pride and Prejudice”) oxumuşam. İngilis dili öyrənənlər üçün sadə, xülasə əsərlər yazırlar. 2

NƏ ÜÇÜN BİR RUHANİ “SAKİT DON” ROMANINI OXUYUR?


Şoloxovun "Sakit don" romanı dünya romanları arasında yer tutur. Əslində birinci cildi gözəldir. Sonrakı cildləri kitabın dəyərini azaldır. Baxmayaraq ki, sonrakı kitabları, o cümlədən “Oyanmış torpaq” əsəri də yaxşı deyil. "Sakit don"u inqilabdan əvvəl oxumuşam. Bu kitabda o qədər yüksək səviyyəli təsvirlər var ki, mən beləsini başqa heç bir kitabda görməmişəm. Rusiya düzənliklərini təsvir edir. Məsələn, yüz yerdə təsvir etmiş, ancaq yüz cür fərqli bəyanla! Bunlar çox peşəkarcasına qələmə alınmış və olduqca önəmli əsərlərdir. Ədəbiyyat beləcə əbədiləşir. Nə üçün mən ruhani İslam ölkəsində "Sakit don" kitabını oxuyuram? Əgər bu kitabın marağı olmasa, əgər oxumaq üçün layiqli olmasa, mənim kimi birisi onu oxumaz. 3

SU KİMİ, İPƏK KİMİ AXICI, RƏVAN


Bir növ bundan daha yüksək və daha yaxşısı var və o, öz mətləblərini bilavasitə zehinlərə yeridən əsərdir. Bu, ən görkəmlisi və ən yaxşısıdır. Viktor Hüqonun "Səfillər"i bu qəbildəndir. "Səfillər"in ismarışı Fransanın həmin dövrdəki aristokratiyasının ictimai münasibət və təşkilatlarının süqutu dönəmi, həmin dövrün məhkəməsinin rüsvayçı durumda olmasından ibarətdir. "Səfillər", o dövrdə ictimai təfəkkürün səviyyəcə aşağı olmasından xəbər verir. Belə ki, zəif insanlara xırda günahlarına görə böyük cəzalar kəsilir, ancaq güclülərə böyük günahlar işlətmələrinə rəğmən heç bir cəza verilmirdi. Eyni zamanda əgər nəzər salsanız, kitabın mesajlarının bir ipək, su kimi insan zehninin tamam hüceyrələrinə nüfuz etdiyini və onlarda özünə qarşı maraq doğurduğunu müşahidə edəcəksiniz. Bir halda ki, birbaşa heç bir söz ifadə olunmamışdır. 1


Yüklə 279,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin