Hekayə və roman məsələsinə gəlincə, mənim bu məsələlərlə bir qədər əlaqəli olduğumdan xəbəriniz var. Bizim doğrudan da əlimiz boşdur. Bizim ölkə daxilində heç bir böyük əsərimiz yoxdur. Bu zəmində digər ölkələrin, millətlərin ortaya qoyduğu böyük əsərlərin bizdə heç bənzəri da yoxdur. Nə fransızların oxşarı, nə rusların, nə də ki, digər millətlərin. Bunlar yeri doldurulması zəruri olan boşluqlardır. Ancaq nə qədər ki, bu boşluqlar dolmayıb, yaxşı tərcümələrdən istifadə edə bilərik.1
YÜZ DƏFƏ TƏŞƏKKÜR ETMƏYƏ HAZIRAM
Əlbəttə, mənim umacağım o qədər də deyil ki, "Səfillər"dən bir pillə aşağı yazılmış əsərə yox deyim. Əgər bu gün bu ölkədə kimsə "Səfillər"dən iki qat aşağı əsər yazarsa, mən ona yüz dəfə təşəkkür etməyə hazıram. Ancaq təəssüflər olsun ki, bu da yoxdur.2
TAPIN VƏ TƏRCÜMƏ EDİN
Bizim ədəbiyyat mövzusunda çox az kitabımız var. Nəsr və bədii əsərlər zəminində kitablarımız azlıq təşkil edir. Roman və yaxşı tərcümələr də həmçinin. Bugünkü böyük yazıçıların yazdıqları romanların, povestlərin, hekayələrin, hətta tarixi tədqiqatların məcmusunun bizim ziyanımıza tamamlanacağını demək olmaz. Xeyr, bir çox şeylər var ki, bizim xeyrimizə də ola bilər. Bunlar tapılmalı və tərcümə edilməlidir. Bu günlərdə rus yazıçısı Aleksey Tolstoyun "Böyük Pyotr" adlı üç cildlik kitabı nəşr olunub. Bu roman rus çarı Pyotrun həyatından söhbət açan güclü romandır. Fikrimcə, əgər yaxşı bir mütərcim bu kitabı tərcümə etsəydi, hətta cəmiyyətimizin hazırki ədəbiyyatı üçün faydalı kitab ortaya qoymuş olardı. Ancaq bunu edən yoxdur.3
SSENARİDƏ GERİLİK
Miladdan qabaq Yunanıstanda ssenari yazılırdı və onlardan bu günə qədər qalanları var. Fars dilində də çap olunub. Onlardan bəziləri tərcümə də olunub və mən bəzilərini oxumuşam.
Qərb mədəniyyətinin ədəbi mühitində ssenari yazmaq o zamandan inkişaf edib, ancaq bizdə hələ də bu inkişaf görünmür. Biz özümüzü sürətlə çatdırmalıyıq.1
TƏKCƏ TEHRANLILAR YAZIÇIDIRMI?
Mən baxıb gördüm ki, yazıların əksəriyyəti tehranlıların xidmət etdiyi həzrət Peyğəmbər (s) qoşunu haqqındadır. Bu müharibədə bu qədər rolu olan digər qoşunlardan heç bir əsər-əlamət yoxdur. Tehranlılar cəbhəyə getdi və öz qoşunlarında yerləşdilər. Qayıtdıqdan sonra hamısını qələmə aldılar! İsfahan, Nəcəf qoşunları, İmam Hüseyn (ə), Nəsri-Məşhəd, İmam Rza (ə), Sarəllah, Fəcr və başqa yerlərdəki müxtəlif qoşunlarda bir dünya qəhrəmanlıqlar var. Nə üçün onlar yaza bilməməlidirlər?2
MÜHARİBƏ ƏLEYHDARI ƏDƏBİYYAT
Siz demişkən, mübarizə ədəbiyyatı mənbəyi olan ölkəmizdə naşı yazıçılar tərəfindən müharibə əleyhinə əsərlər də ortaya çıxıb. 61-62-ci illərdə "Yanmış yer" kitabını yazılır. Bu kitab yüzdəyüz müharibənin əleyhinədir. Ümumiyyətlə bu kitabda heç bir qəhrəmanlıq yoxdur. Onun inqilabın əleyhinə yazılmış başqa bir kitabı da var. Üç cildlik geniş romandır. Mən indi adını çəkmək istəmirəm. Kimsə bu günə kimi eşitməyibsə, eşitməsin. Mən gördükdə təəccüb etdim, öz informasiya vasitələrimizdən birində qardaşlardan biri müharibə ədəbiyyatına aid kitab yazmışdı və "Yanmış yer" kitabını bu müharibə ədəbiyyatına aid yazılmış kitablara aid etmişdi. Nə üçün belə olmalıdır? Bəzən təbii məhsulu müqavimət mövzusu olası müharibə ədəbiyyatı mənbəyində bəziləri qərəzli olaraq "Yanmış yer" kitabı kimi mübaribə əleyhinə ədəbiyyat ortaya çıxarır.1
Dördüncü fəsİl NƏ ETMƏLİ? İNQİLAB VƏ MÜHARİBƏNİN DİLİ YALNIZ İNCƏSƏNƏT DİLİDİR
Doğrudan da inqilab elə bir hadisədir ki, onun yalnız incəsənət dili ilə açıqlanması mümkündür. Məsələn, insan bir tarix kitabında Pəhləvi rejiminin dustaqxanalarındakı vəziyyəti necə təsvir edə bilər? Tarix kitabında bu mümkün deyil. Şeir və bədii əsərlərdən başqa, tarixi kitablarda bunları oxumağa heç kimin hövsələsi yoxdur. Bunları əsasən romanlarda açıqlamaq mümkündür. İnqilabda baş vermiş digər hadisələri də yalnız roman və s. incəsənət əsərləri ilə göstərmək olar. Bundan qeyrisi ilə mümkün deyil. Buna görə də inqilabi roman yazılmalıdır. Siz indi inqilabın romanını yaza bilərsiniz. Ümumiyyətlə elə indi onu yazmalısınız. İnqilabın romanını o zamanlar yazmaq olmazdı. İndi yazılmalıdır. Mən deyirəm ki, indi müharibə romanı da yazılmalıdır. Müharibə vaxtı müharibə xatirələrini yazmaq olardı, necə ki, siz yazmısınız. Lakin müharibə romanı başqa bir şeydir. Bir peşəkar bu hadisələr əsasında roman yazmaq istəyirsə, o mühiti yaxşı bilməlidir ki, bütün ünsürlərdən istifadə edə bilsin. Əslində incəsənətin xarakteri belədir. İnqilabdakı bütün hadisələr romanda özünə yer tapmalıdır. Küçədə bir hadisə, evdə isə başqa bir hadisə baş verir. Amma bunların hamısı ölkənin bütün bölgələrində baş vermiş böyük hadisələrin kiçildilmiş formasıdır. 1
ZİRVƏ NÖQTƏLƏRİ SÜJETƏ DAXİL EDİN
İnqilabın ən çox əhəmiyyət kəsb edən müxtəlif mövzuları incəsənətimizin əsas mövzusu olmalıdır. Bəzən insan görür ki, yazıçı, ssenarist, yaxud bugünkü rejissorlar inqilabın əsas məsələlərinə diqqət edib onları incəsənətə gətirmək əvəzinə, ikinci dərəcəli, yaxud ziyanlı məsələlərin arxasınca düşürlər. Əslində bunlar müzakirəyə çıxarılmayacaq məsələlərdir. İnqilabın yara və dərdlərini görmək, onları böyütmək və seçmək, onlara hekayə rəngi vurmaq və yaymaq inqilaba xidmət deyil! İnqilabın dərdli, çatışmayan, məhrumiyyətli tərəfləri ilə yanaşı, bir çox güclü və parlaq tərəfləri də var. Siz elə bir inqilab tapa bilərsinizmi ki, onda çətinlik, ağrı və zəhmət olmasın? Keçid dövründə bunlar olmalıdır. 1
BAŞQALARI BU İŞİ HƏYATA KEÇİRMİŞLƏR
Mən bir zaman bir yaxşı yazıçıya dedim ki, qazilərə aid olan “Bonyadi-şəhid” sanatoriyasına get. Xəstə baxıcısı kimi ağ paltar geyin və o sanatoriyada xidmət göstərməyə başla. Mən sənin üçün icazə alacağam. Get bir ay orada qal. Onların ləyənini boşalt, yeməyini yedizdir, mələfəsini dəyiş. Bütün ağrıları və çatışmazlıqları ilə tanış ol və gör müharibə əlili, qazi nə deməkdir. Biz qazinin kim olduğunu və nə etdiyini bilmirik. Biz qazinin cismini görürük, ancaq onun hisslərindən xəbərimiz yoxdur. Dedim, get və sənətçi baxışınla qazi ilə tanış ol. Sonra gəl qazinin haqqında roman yaz. Bu romanda onun yaralarına şəfa ver və ona mərhəm ol. Necə ki, başqaları bu işi həyata keçiriblər. Rusların yazdığı kitabları2 buna misal göstərmək olar.3
Dostları ilə paylaş: |