Cəbrayıl (ə) nəql edir: «Allah-Təala buyurdu: «Məscidlər ən dəyərli məkanlardır.»18
Allah-Təalanın yanında ən sevimli yerlər məscidlərdir.19
Yer üzərindəki ən dəyərli məkanlar dörddür: Kəbə‚ Beytül-müqəddəs‚ Quran oxunan ev və məscidlər.20
İmam Sadiq (ə): «Allah-Təala yer üzündəki altı məkanı seçmişdir: Beytullahül-həram (Kəbə)‚ hərəm‚ peyğəmbərlərin məzarları‚ (onların) canişinlərinin qəbirləri‚ şəhidlərin qətlgahları və Tanrıya ibadət olunan məscidlər.»21