Əbu Qursafə nəql edir: «Həzrət Məhəmməd (s) buyurdu: «Kim Allah yolunda bir məscid tikdirsə‚ Allah da Behiştdə ona bir ev bina edəcəkdir.» Bir kişi soruşdu: «Ey Allahın Rəsulu! Yol üzərində qurulmuş məscidlər də buna aiddir? Peyğəmbər buyurdu: «Bəli.»41
Hişam ibn Həkəm‚ Əbu Ubeydə Həzzadan nəql edir: «İmam Sadiq (ə) buyurdu: «Kim Allah yolunda bir məscid inşa etdirsə‚ Allah ona Behiştdə bir ev əta edəcəkdir.»
İmam Sadiq (ə) Məkkə yolunda məni yol kənarında məscid tikmək üçün daş hazırlayarkən gördü. Soruşdum: «Sənə qurban olum! Bu məscid də sölədiyiniz savaba malikdir?» Buyurdu: «Bəli.»42