BiRİNCİ FƏSİL



Yüklə 0,72 Mb.
səhifə20/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
1   ...   16   17   18   19   20   21   22   23   ...   107
İmam Sadiq (ə): «Peyğəmbər (s) məscidini çiy palçıqdan tikdi. Müsəlmanların sayı çoxaldıqdan sonra o Həzrətə (s) dedilər: «Ey Allahın Rəsulu! Kaş ki‚ məscidin genişlənməsi üşün göstəriş verəydin». Buyurdu: «Olsun.»

O‚ məscidin genişləndirilməsinə göstəriş verdi. Yenə də müsəlmanların sayı artdı və dedilər: «Ey Allahın Rəsulu! Kaş ki‚ məscidin genişlənməsi üşün göstəriş versəydin». Buyurdu: «Olsun.»

O‚ məscidin genişləndirilməsinə göstəriş verdi. Sonra isti hava şəraiti hökm sürdüyünə görə müsəlmanlar dedilər: «Ey Allahın Rəsulu! Kaş ki‚ məscid üçün dam örtüyünün düzəldilməsinə əmr etsəydin.

Peyğəmbər (s) xurma ağacından (məscidin üstünü örtmək üçün) tirlər düzəldilməsinə göstəriş verdi. Sonra xurma və «izəxr» ağacının budaqları və yarpaqlarının onun üstünə atılmasını söylədi. Beləcə günlər keçdi. Bir gün yağış yağarkən‚ (məscidin tavanından) onların üzərinə su damlamağa başladı. Müsəlmanlar dedilər: «Ey Allahın Rəsulu! Kaş ki‚ məscidin tavanının gillə suvanmasına əmr edərdin».

Buyurdu: «Yox‚ həzrət Musanın (ə) tavanı kimi bir dam örtüyü bizə kifayətdir».

Həzrət Məhəmməd (s) dünyadan gedənə qədər beləcə davam etdi. Məscidin divarı tavansız şəkildə‚ bir insan boyu hündürlüyündə idi. O Həzrət (s) divarın kölgəsi bir ziraya çatdığı zaman günorta namazını‚ gölgə iki dəfə artdıqda isə əsr namazını qılardı.»44


  1. Abdullah ibn Ömərdən nəql edilir: «Peyğəmbərin məscidi onun zamanında palçıqla bina olunmuş və tavanı xurma ağacının gövdəsindən düzəldilmiş (tirlərlə) və yarpaqsız budaqlar ilə örtülmüşdü. Əbu Bəkr bu binada heç bir dəyişiklik yaratmadı. Amma Ömər onu genişləndirərək‚ Peyğəmbərin (s) zamanında olduğu kimi xam palçıq və xurma ağacının gövdəsindən hazırlanmış taxtalar və budaqlarla yenidən tikdi. Sonra da‚ Osman (bu binada) geniş şəkildə dəyişiklik yaradaraq‚ onun divarını naxışlarla‚ sütunlarını bəzəkli daşlarla zinətləndirib‚ tavanını da‚ «sac» taxtası ilə inşa etdirdi.»45

  2. İbn Ömərdən nəql olunur: «Allahın Rəsulunun dövründə Peyğəmbərin məscidinin sütunları xurma ağacının gövdəsindən düzəldilmişdi. Onun dam örtüyü xurma ağacının yarpaqsız budaqlarından ibarət idi. Əbu Bəkrin xilafəti zamanı bu taxtalar çürüdü və o‚ yenidən məscidin tavanını xurma ağacının yarpaqsız budaqlarından inşa etdirdi. Osmanın xilafəti dövründə isə bu taxtalar yenə də çürüdü. O‚ məscidin dam örtüyünü yenidən kərpic ilə inşa etdirdi.»46

  3. Ənəs ibn Malikdən nəql olunur: Allahın Rəsulu (s) (Mədinəyə daxil olduğu zaman) əshabı ilə birlikdə açıq havada‚ evlərin arxasında (xurmaların qurudulduğu yerdə) namaz qılırdı. O‚ Əsəd ibn Zürarəyə buyurdu: «Bu yeri məscid tikmək üçün sahibindən satın al.»

Əsəd ibn Zürarə (oranın sahibi olan) iki yetim uşaqla yerin qiyməti haqqında danışmağa başladı. Onlar: «Biz bu yeri Peyğəmbərə (s) bağışladıq»-dedilər.

Allahın Elçisi (s) isə buyurdu: «Yox. Bu yer satın alınmalıdır!» Nəhayət?‚ oranı on min dinar müqabilində satın aldılar. Orada bir su çalası var idi. Peyğəmbər (s) onun qarşısını açmağa göstəriş verdi. Sonra isə orada palçıq yoğurmagı əmr etdi. Rəsulallahın (s) özü məscidin bünövrəsini qoydu. Ardınca məscidin özəyini qazaraq‚ daş toplamağı əmr etdi. Səhabələr qayalardan daş yığıb gətirirdilər. Peyğəmbər (s) də onları qucağına alaraq‚ (məscidin inşa olacağı) yerə daşıyırdı. Usəyd ibn Huzəyr Peyğəmbərin (s) qarşısına gələrək‚ dedi: «Ey Allahın Rəsulu! Bunları mənə ver‚ mən daşıyım». Peyğəmbər (s) buyurdu: «Yox‚ get başqa bir daşı gətir.»

Daşları yığıb gətirdikdən sonra məscidin özəyini doldurub‚ divarlarını hörməyə başladılar. Əvvəlcə divarı bir-bir çiy kərpiclə‚ sonra isə bir kərpic və onun yarısı ilə‚ ardınca da‚ kərpicləri çarpaz şəkildə düzərək‚ divarı bir insan boyu uzunluğunda ucaltdılar.

Məscidin eni yüz zira47 idi. İsti hava şəraiti onları incidirdi. (Əshab) dedi: «Ey Allahın Rəsulu! Kaş ki‚ məscidə bir daldanacaq düzəltsəydin.»



Peyğəmbər (s) taxta sütunları məscidin həyətinə qədər qurdu və onların üzərini xurma ağacının budaqları ilə örtdu. Bir müddət beləcə keçdi. Səhabələr yenidən Peyğəmbərə (s) müraciət edərək: «Ey Allahın Rəsulu! Kaş ki‚ məscidə bir tavan da‚ düzəltsəydin.» – dedilər. Rəsulallah (s) buyurdu: «Yox‚ həzrət Musanın (ə) tavanı kimi bir dam örtüyü bizə kifayətdir. Bizim (bundan daha vacib olan başqa) işlərimiz var.»48


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin