İmam Sadiq (ə): «Peyğəmbər (s) buyurur: «Məsciddə oturub namazın başlanmasını gözləmək‚ çirkinlik yaratmadığınız halda, ibadət sayılır.» Bir nəfər soruşdu: «Ey Allahın Rəsulu! Çirkinlik dedikdə məqsədiniz nədir?» Həzrət (s) buyurdu: «Qeybət etmək.»94
Həzrət Məhəmməd (s): Sizlərdən hər biri pak şəkildə evdən çıxıb‚ müsəlman qardaşı ilə namaz qılıb və sonra da (məsciddə) oturub (ikinci) namazın başlamasını gözlədikdə‚ mələklər (ona dua edərək) deyərlər: «İlahi! Onu bağışla. İlahi! Ona mərhəmət göstər.»95
Osman ibn Məzundan belə nəql olunur: «Bir gün Peyğəmbərə (s) dedim: «Ey Allahın Rəsulu! Sizdən bir neçə mətləb barəsində soruşmaq istərdim.» Həzrət (s) buyurdu: «Ey Osman! Sualın nə haqqındadır?» Dedim: «İstəyirəm ki‚ zahidliyə üz gətirim (tərki-dünya olum).»
Həzrət (s) buyurdu: «Ey Osman! Bu doğru fikir deyildir. Çünki mənim ümmətimin zahidliyi məsciddə oturub bir namazı qılıb quratardıqdan sonra o biri namazın başlanmasını gözləməkdir.»96
Rəsulallah (s): «(İnsanların) yeddi dəstəsi Allahın (mərhəmət) sayəsindən başqa heç bir sığınacağın olmadığı gündə (Qiyamət günündə) Onun (rəhmət) sayəsi altında qərar tutar: ... Məsciddən çıxarkən‚ oraya bir də getməyi qərara alan şəxs.»97