BiRİNCİ FƏSİL


Rüku və səcdə ilə gecə məsciddə qalan‚



Yüklə 0,72 Mb.
səhifə33/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
1   ...   29   30   31   32   33   34   35   36   ...   107
Rüku və səcdə ilə gecə məsciddə qalan‚

İlahi ibadətiylə gecəni başa vuran şəxs‚

Şeytani inadla məsciddən qayıdan

Özünü məscidin toz-torpağından uzaq tutan

Kəslə bərabər mükafatlandırılmayacaq.101

  • İmam Həsən (ə): «Məscid əhli Allahın qonaqları sayılır və (şübhəsiz ki‚) ev Sahibi öz qonaqlarını mükafatlandırmalıdır.»102

  • İmam Həsən (ə): «Üç şəxs Allah-Təalanın qonşusu sayılır: Yalnız Allaha xatir məscidə gedən şəxs. Bu şəxs məsciddən qayıdana qədər Allahın qonağı sayılır.

    Yalnız Allaha xatir müsəlman qardaşının görüşünə gedən şəxs. Bu şəxs müsəlman qardaşının görüşündən qayıdanadək Allahın görüşünə getmiş sayılır.

    Yalnız Allaha xatir Həcc və ya Ümrə ziyarətinə gedən şəxs. Bu şəxs ailəsinin yanına qayıdanadək Allah dərgahında müsafir sayılır.»103



    1. İmam Sadiq (ə): «Əli ibn Hüseynin (ə) xidmətçisi onu soyuq bir (qış) gecəsində xəz əba-əmmamədə və ətirlənmiş halda gördü. O‚ soruşdu: Sənə qurban olum! Bu saatda və belə (gözəl-bəzənmiş) şəkildə hara gedirsən?» İmam (ə) buyurdu: «Babam Peyğəmbərin (s) məscidinə, Allah-Təaladan huri istəməyə gedirəm.»104

    2. İmam Baqir (ə): «Namaz qılmağa gedərkən belə dua et: «İlahi! Məni Allah evlərini (məscidlər) abadlaşdıran şəxslərdən et!»105

    3. İmam Sadiq (ə): «Öz yaxınlarınızla birlikdə məscidə gedin.»106

    Yüklə 0,72 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   29   30   31   32   33   34   35   36   ...   107




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin