Həzrət Məhəmməd (s): «Məğrib‚ işa və sübh namazını məsciddə camaatla qılan şəxs‚ gecəni səhərədək oyaq qalaraq‚ ibadətlə məşğul olan şəxs kimidir.»157
Rəsulallah (s): «Evdə qılınan namaz bir namazın savabını daşıyır‚ məhəllənin məscidində qılınan namaz isə iyirmi beş namaza bərabərdir. Cümə məscidində qılınan namaz beş yüz namazın savabına‚ Məscidül-Əqsada qılınan namaz isə əlli min namazın savabına malikdir. Mənim məscidimdə («məscidün-nəbi) qılınan namaz da‚ əlli min namazın savabına sahibdir. Məscidül-həramda qılınan namaz isə yüz min namazın savabını özündə daşıyır.»158
İmam Əli (s): «Beytül-müqəddəs»də qılınan bir namaz min namaza bərabərdir. «Cümə məscidi»ndə qılınan bir namaz yüz namaza bərabərdir. Məhəllə məscidində qılınan namaz isə iyirmi beş namazaın savabına malikdir. Bazar məscidində qılınan namaz da‚ on iki namazın savabına sahibdir. Evdə qılınan namaz isə bir namazın savabını daşıyır.»159
İmam Sadiq (ə) buyurmuşdur:
Namazlarıınızı məscidlərdə qılın!160
(Məsciddə icra ediləcək dəyərli əməllərı sayarkən buyurdu) Məscidlərdə çox namaz qılıb‚ dua edin. Məscidlərin müxtəlif yerlərində namaz qılın. Çünki Qiyamət günü hər bir məkan‚ onda namaz qılan şəxsin xeyrinə şahidlik edəcək.161
Evdə qılınmış camaat namazı iyirmi dörd namaza‚ məsciddə qılınmış camaat namazı qırx səkkiz namaza‚ yəni evdə qılınan namazın iki qatına bərabərdir. Məscidül-həramda qılınan namaz başqa məscidlərdə qılınmış min rəkət namaz qədər dəyərlidir. Məsciddə tənha şəkildə namaz qılmaq‚ iyirmi dörd namazın savabına malikdir.162