5.8 hər səfərdən qayıtdıqdan sonra Peyğəmbərİn (s) məscİddə namaz qılması
Kəb ibn Malik rəvayət edir: «Həzrət Peyğəmbər (s) hər səfərdən qayıtdıqdan sonra məscidə gedər orada namaz qılardı.»163
İbn Ömər rəvayət edir: «Allahın elçisi (s) Həcc ziyarətindən qayıtdıqdan sonra Mədinəyə gəldi və dəvəsini məscidin qarşısında dayandırdı. Sonra isə məscidə gedib‚ orada iki rəkət namaz qıldı və ardınca evinə doğru yola düşdü.»164
Cabir ibn Abdullah Ənsaridən rəvayət edir: «Rəsulallahla (s) birlikdə səyahətdə idim. Mədinəyə qayıtdıqda, mənə buyurdu: «Məscidə gir və iki rəkət namaz qıl.»165
Kəəb rəvayət edir: «Həzrət Peyğəmbər (s), hətta gecə yarısı səfərdən qayıtdıqda‚ məscidə gedər və birbaşa, əyləşib istirahət etmədən öncə‚ iki rəkət namaz qılardı.»166