5.9 Məscİddə dua və İbadətlə məşğul olmağın savabı
Əbu Səid Xudridən nəql olunur: Allahın elçisi buyurdu: «Allah-Təala buyurur: «Tezliklə məhşər əhli anlayacaq ki‚ kim daha çox hörmətə layiqdir». Soruşdular: «Ey Allahın Rəsulu! Kim daha çox hörmətə layiqdir?» Buyurdu (s): «Məsciddə ibadətlə məşğul olan şəxslər.»167
İbn Abbas‚ Cüveyriyə binti Harisdən rəvayət edir: «Həzrət Peyğəmbər (s) (sübh vaxtı) məsciddə ibadət və dua ilə məşğul olan Cüveyriyəni müşahidə etdi. Günorta çağı da onu yenə məsciddə ibadət halında gördükdə‚ soruşdu: «Hələ də ibadətlə məşğulsan?» Cüveyriyə dedi: «Bəli.» Rəsulallah (s) buyurdu: «Dia etdiyin zaman hansı sözləri söyləməyin lazım olduğunu sənə öyrədimmi? Sonra belə de: Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala razı olduğu kimi uca və pakdır! Allah-Təala razı olduğu kimi uca və pakdır! Allah-Təala razı olduğu kimi uca və pakdır! Allah-Təala ərşin ağırlığı (əzəməti) qədər uca və pakdır! Allah-Təala ərşin ağırlığı (əzəməti) qədər uca və pakdır! Allah-Təala ərşin ağırlığı (əzəməti) qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır!168