BiRİNCİ FƏSİL


Məscİddə öryənmək və öyrətməyİn savabı



Yüklə 0,72 Mb.
səhifə46/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
1   ...   42   43   44   45   46   47   48   49   ...   107

5.11 Məscİddə öryənmək və öyrətməyİn savabı


Həzrət Məhəmməd (s) buyurmuşdur:

  1. Sübh vaxtı, yalnız faydalı bir şey öyrənmək və ya öyrətmək üçün məscidə gedən şəxs‚ kamil formada ümrə ziyarəti yerinə yetirmiş şəxsin savabını qazanar. Xeyirli bir şey öyrənmək və ya öyrətmək niyyəti ilə‚ gecə məscidə gedən şəxs isə həcc ziyarətini mükəmməl şəkildə icra etmiş şəxsin savabını qazanar.»182

  2. Kim mənim məscidimə, yalnız xeyirli bir şey öyrənmək və ya öyrətmək məqsədi ilə gəlsə‚ Allah yolunda cihad etmiş şəxs kimidir. Ayrı bir niyyətlə (məsələn; qeybət etmək üçün) gələn şəxs isə sanki başqasının malına göz dikmişdir.»183

  3. Allah evlərindən birində toplaşaraq Quran oxuyan‚ onu bir-birinə öyrədən kəslər‚ ilahi asudəlik və rəhmətindən bəhrələnər‚ mələklər onları əhatəyə alar və Allah-Təala, yanındakılara onlar haqqında danışar (onları mədh edər).184

  4. Abdullah ibn Ömərdən nəql olunur: «Bir gün Allahın Rəsulu (s) evindən (otaqlarından birindən) çıxıb‚ məscidə daxil oldu. Həzrət Peyğəmbər (s) məsciddə iki dəstəni müşahidə etdi. Bir qrup insan Quran oxuyub‚ ibadətlə məşğul idi. O biri qrup isə bir-birlərinə (elm) öyrədir və öyrənirdi. Rəsulallah (s) buyurdu: «Hər iki dəstə xeyirli və faydalı işlə məşğuldur. Bu dəstə Quran oxuyub‚ Allahı çağırır. Allah istəsə, onların dualarını qəbul edər‚ istəməsə də qəbul etməz. Başqa dəstə isə öyrənir‚ digərlərinə də‚ öyrədir. Agah olun! Mən, yalnız müəllim olaraq peyğəmbərliyə seçilmişəm.»

(Sonra da) Allahın Rəsulu (s) onların (ikinci dəstənin) yanında əyləşdi.»185

  1. İbn Abbasdan nəql olunur: «Biz dəstə-dəstə dairə şəkilində məsciddə oturmuşduq. Allahın elçisi (s) məscidə daxil olub‚ soruşdu: «Nə ilə məşğulsunuz?» Dedim: «Günəşin çıxış və batışı haqqında fikirləşirik.» Buyurdu: «Afərin! Həmişə belə olun. Yaranmışlar barəsində fikirləşin‚ amma Yaradanın zatı və həqiqəti haqqında (əsla) fikir yürütməyin. Allah-Təala hər bir şeyi öz hədəf və məqsədinə uyğun yaratmışdır.»186

  2. Əqəbət ibn Amirdən rəvayət olunur: «Biz Suffədə oturduğumuz zaman‚ Allahın Rəsulu (s) yanımıza gəlib‚ buyurdu: «Kim Buthan, yaxud da Əqiq məntəqəsinə gedib‚ iki böyük‚ ağ və hündür belli dişi dəvə qazanmaq istəyir? Amma bu şərtlə ki‚ Allahın əmrlərinə qarşı çıxmayacaq və qohumlarla əlaqəni kəsməyəcəkdir.» Dedilər: «Biz hamımız buna hazırıq‚ ey Allahın Rəsulu!» Peyğəmbər (s) buyurdu: «Hər birinizin gündəlik olaraq məscidə gəlib ilahi Kitabdan iki ayə öyrənməsi, iki ağ dəvəyə sahib olmaqdan daha dəyərlidir. Üç ayə öyrənmək isə üç dəvəyə malik olmaqdan daha faydalıdır. Ümumiyyətlə, hər nə qədər çox ayə öyrənsəniz‚ bir o qədər dəvəyə yiyələnməkdən daha yararlı və mənfəətlidir.»187

  3. Səid ibn Müsəyyib rəvayət edir: «İmam Zeynəl-abidin (ə) hər cümə günü Peyğəmbərin (s) məscidində xalqa moizə oxuyur‚ insanları dünyaya bağlanmamağa çağırır və Axirət dünyası (üçün faydalı olan) əməllərə doğru üz gətirməyə dəvət edirdi. Onu dinləyənlər də (İmamın (ə)) kəlamlarını əzbərləyir və yazırdılar.»188

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin