İmam Sadiq (ə): «Əmirəl-mömininə (ə) Kufədə məscidin qonşuluğunda yaşayan bir qrup müsəlmanın camaat namazına gəlmədiyi xəbəri çatdı. Buyurdu: «Ya bizimlə birlikdə camaat namazında iştirak etsinlər‚ ya da yerləşdiyi məkanları dəyişib‚ məscidin qonşusu və bizim qonşumuz olmasınlar.»201
İmam Həsən (ə):«Məscidi tərk etmək və fitnə-fəsad əhlinə tabe olmaq cəhalətdir!»202
İmam Sadiq (ə) buyurmuşdur:
Üç şey Allaha şikayət edər: Camaatın namaz qılmadığı üçün xarabalığa çevrilmiş məscid‚ nadan insanların arasında yaşayan müdrik şəxs və kənara atıldığı üçün toz basmış və istifadə olunmayan (tilavət olunmayan) Quran.203
Məscidlər oraya gəlməyən qonşularından Allah-Təalaya şikayət etdi. Allah-Təala da‚ belə buyurdu: «And olsun izzəti-cəlalıma ki‚ onların heç bir namazını qəbul etməyəcəm‚ xalq arasında onları ədalətli tanıtmayacam‚ onlarla mərhəmətli davranmayacam və Behiştdə mənim qonşum ola bilməyəcəklər.204
Evdə tək namaz qılmaq (bir ovuc) toz yığınağına bənzəyir ki‚ havada yayılar və Tanrı dərgahına heç bir zərrə də çatmaz. Məsciddən üz döndərib evdə camaat namazı qılan şəxsin və ona iqtida edənlərin namazı məqbul deyil! Əlbəttə, əgər məscidə getməməsi üçün bir səbəb və ya üzrü yoxdursa.205