Hər cümə axşamı və cümə günü məscidi təmizləyən və insanların gözünə dolan toz-torpağı silib-süpürən şəxsin günahları Allah-Təala tərəfindən bağışlanar.225
Kim məscidi təmizləyərsə‚ Allah-Təala ona bir qulu azad etməyin savabını yazar. Hər kim insanın gözünə düşüb‚ onu incidə bilən kicik bir çöpü məsciddən təmizləyərsə‚ Allah-Təala ona öz mərhəmətini ikiqat bəxş edər.226
Allah-Təala insanlara əziyyət verə bilən hər hansı bir şeyi məsciddən kənara atan şəxsə Behiştdə ev bağışlayar.227
Məscidin toz-torpağını təmizləyənlər‚ sanki Behiştdə yasəmən gülü əkirlər.228
Ümmətimin yaxşı əməllərinə veriləcək savablar‚ hətta məscidin toz-torpağını təmizləyən şəxsin savabı da‚ mənə bəyan olunubdur.229
Məscidin təmizlik işləri ilə məşğul olan qaradərili kişi (ya da qadın) dünyadan getdi. Peyğəmbər (s) (bir neçə gün onlara görmədiyi üçün) harada olduqlarını soruşdu. Dedilər: «Onlar vəfat edib». Həzrət buyurdu (s): «Nə üçün bu haqda mənə xəbər vermədiniz? Onun qəbrini mənə göstərin.»
Sonra xidmətçinin qəbri üzərinə gedib‚ orada namaz qıldı.230
İmam Sadiq (ə):«Behişt və hurilər məscidi süpürən və onun toz-torpağını təmizləyən şəxsin həsrətindədir.»231