8.15 İtən əşyaların tapılması üçün məscİddə elan vermək
Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
Kim məsciddə itirdiyini tapmaq üşün elan verərsə, ona deyin: «Allah itirdiyini sənə qaytarmasın!284
Hər kəs‚ kiminsə məsciddə itirdiyini axtardığını (bunun üçün elan verdiyini) eşitsə‚ belə desin: «Allah onu sənə qaytarmasın!» Çünki məscidlər belə işlər üçün inşa olunmayıb.285
Kim‚ bir kəsin məsciddə itirdiyini axtardığını (bunun üçün elan verdiyini) eşitsə‚ ona desin: «Allah onu sənə qaytarmasın!» Çünki məscidlər (buna görə deyil) başqa məqsədlər üçün inşa olunub.286
Süleyman ibn Borəydə atasından nəql edir: «Bir kişi məsciddə uca səslə elan verərək‚ dedi: «Kim mənim itirdiyim qırmızı tüklü dəvəmi görüb?» Peyğəmbər (s) buyurdu: «(Ümidvaram) Onu tapa bilməyəsən. Çünki məscidlər (buna görə deyil) başqa məqsədlər üçün bina olunub.»287