BiRİNCİ FƏSİL


Məscidin tikilişində sadəliyə riayət etmək



Yüklə 0,72 Mb.
səhifə7/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
1   2   3   4   5   6   7   8   9   10   ...   107
Məscidin tikilişində sadəliyə riayət etmək

Allahın Rəsulunun (s) məscid memarlığı haqqında buyurduğu kəlamlar və ya onun qızılla‚ rəsm və şəkillə bəzəməkdən çəkindirdiyi hədislər məscidin tikilişi zamanı sadəliyə riayət etməyin zəruri olmasına işarə edir.

Başqa sözlə desək‚ məscidin tikilişi zamanı onun hədəflərinə və tikiliş fəlsəfəsinə uyğun olmayan şəkildə memarlıq və nəqqaşlıq sənətindən‚ sırf onun zahiri cazibəsini artırmaq məqsədilə istifadə etmək tənqid olunmuşdur.



  1. Məscidin qeyri-müsəlmanların məbədlərinə bənzədilməsi pislənmişdir

Ümumiyyətlə‚ İslam dininə dörə müsəlmanların özlərini digər dini mənsubiyyəti olan şəxslərə bənzətməsi‚ psixoloji və ictimai nöqteyi-nəzərdən mənfi nəticələrə səbəb olduğu üçün birmənalı şəkildə qadağan edilmişdir. Necə ki‚ imam Əli (ə) buyurur: «Özünü bir sıra insanlara bənzədən şəxs‚ sanki onlardan birinə çevrilmişdir.»5

Məscidin tikiliş formasına gəlincə‚ belə nəzərə gəlir ki‚ bəzi rəvayətlərdə məscidlərin (xüssi təmtəraq və cah-cəlalla inşa olunmasına qarşı çıxılmasının səbəbi‚ məhz onların xristian və yəhudilərin məbədlərinin tikiliş formasında bina edilməsinə görədir. Peyğəmbəri-əkrəm (s) buyurur: «Sanki‚ sizin məndən sonra məscidlərinizi (yəhudi məbədləri və xristian kilisələrində olduğu kimi yersiz cah-cəlal içində) eyvanlarla dolu olduğu halda ucaldılmış şəkildə görürəm.

Bundan əlavə, bir sıra rəvayətlərdə imam Əlinin (ə) yəhudilərin qurbangahlarına bənzəyən mehrabları dağıtdığına işarə olunmuşdur. Digər bir hədisdə oxuyuruq: «Həzrət Əli (ə) məscidlərdəki mehrabları müşahidə etdikdə‚ onları yerlə-yeksan edirdi. O‚ buyurur (ə): «Bu mehrablar yəhudilərin qurban kəsdikləri yerə oxşayır.»6

Diqqət yetirmək lazımdır ki‚ məscidlərin yəhudi və xristian məbədlərinə oxşamaması barəsindəkı hökm‚ digər dinlərə məxsus olan məbədlərə də aid edilir.



  1. Yüklə 0,72 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin