8.19 Pİs İylİ yeməklər yedİkdən sonra məscİdə getmək
Cabir rəvayət edir: «Allahın Rəsulu (s) bizi soğan və tərə yeməkdən çəkindirdi. Amma biz dözə bilməyərək onlardan yedik. Belə olduqda, O, buyurdu: «Heç kəs bu pis iyli tərəvəzlərdən yedikdən sonra bizim məscidimizə yaxınlaşmasın! Çünki mələklər də insanların narahat olduğu hər bir şeyə narahat olurlar.»310
Məhəmməd ibn Müslim rəvayət edir: «İmam Baqirdən (ə) sarımsaq yemək barəsində soruşdum. O həzrət (ə) belə buyurdu: «Allahın Rəsulu (s) insanları sarımsaq yeməkdən pis iyinə xatir çəkindirib. Buyurub: «Kim bu pis iyli tərəvəzi yesə, bizim məscidə yaxınlaşmasın! Məscidə gəlmədikdə isə sarımsaq yemək olar.»311
İmam Sadiq (ə):«Peyğəmbər (s) buyurdu: «Heç kim bu göyərtidən (sarımsaq) yediyi halda məscidimizə gəlməsin!» Amma onun haram olduğunu buyurmadı.312
Əbu Səid Xudri belə rəvayər edir: «Rəsulallahın (s) hüzurunda soğan və sarımsaq barəsində söhbət açılanda:« Ey Allahın elçisi! Bu tərəvəzlərin ən pis qoxulusu‚ sarımsaqdır. Onu yeməyi haram buyurursan?»-deyə soruşuldu. Peyğəmbər (s) buyurdu: «Onu yeyin‚ amma nə qədər ki‚ ağzınızdan iyi getməyib‚ məscidə yaxılaşmayın!»313
İmam Əli (ə): Hər kim‚ pis qoxulu bir şey yesə‚ heç vaxt (o halda) məscidə yaxınlaşmasın.314
Həsən Zəyyat rəvayət edir: «Həcc əməllərini qurtardıqdan sonra Mədinə şəhərinə gedib‚ imam Baqiri (ə) axtardım. Mənə onun Yənbu məntəqəsində olduğunu söylədilər. Oraya getdim. İmam (ə) buyurdu: Ey Həsən! Buraya mənim üçün gəlmisən?» Dedim: «Bəli‚ sənə qurban olum! Səni görmədən buradan getmək istəmədim». İmam (ə) buyurdu: Mən bu göyərtidən (sarımsaq) yemişdim və ona görə də Peyğəmbərin məscidindən uzaq olmaq istədim.»315