Məhəmməd peyğəmbər (s): «Kiminsə məsciddə alverlə məşğul olduğunu gödükdə ona deyin: «Allah ticarətini faydalı, səmərəli etməsin!»316
8.21 Məscİddə meyİd namazı qılmaq
Əbu Bəkr ibn İsa ibn Əhməd Ələvi rəvayət edir: «Məsciddə idim. Bu zaman oraya bir cənazə gətirdilər. Mən ona namaz qılmaq istədikdə‚ imam Kazım (ə) yanıma gəldi. Əlini sinəmə qoyaraq məni məsciddən çıxana qəbər itələyib‚ apardı. Buyurdu: «Ey Əbu Bəkr! Məsciddə meyid namazı qılınmaz!»317
8.22 Məscİddə hədd İcra etmək318
Əmr ibn Şüeyb babaları vasitəsilə nəql edir: «Allahın elçisi (s) məsciddə hədd icra etməyi qadağan etmişdir.»319
Məhəmməd peyğəmbər (s): «Günahkarları məscidlərdə cəzalandırmaq olmaz!»320