BiRİNCİ FƏSİL



Yüklə 0,72 Mb.
səhifə84/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
1   ...   80   81   82   83   84   85   86   87   ...   107

10.3 Məscİdül-əqsa


Qurani-kərim: «Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbəri (s) bir gecə (Məkkədəki) Məscidül-həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-əqsaya (Beytül-müqəddəsə) aparan Allah pakdır‚ müqəddəsdir! O‚ doğrudan da‚ (hər şeyi) eşidəndir‚ görəndir!»358

  1. Məhəmməd peyğəmbər (s): «Süleyman ibn Davud (ə) Beytül-müqəddəsi tikib-qurtardıqdan sonra Allah-Təaladan üç arzu dilədi: İlahi hökmləri ilə həmahəng olan mühakimə etmək qüdrəti‚ ondan sonra gələcək heç bir kəsə əta olunmayacaq olan hökmranlıq və bu məscidə gəlib namaz qılan hər kəsin‚ anasının bətnindən yenicə doğulan körpə uşaq kimi pak olması (günahlarının bağışlanması).359

  2. Meymunə Rəsulallaha belə dediyini rəvayət edir:

  • Ey Allahın Rəsulu‚ Beytül-müqəddəs haqqında bizə nəzərini söylə.

Buyurdu (s):

  • (Beytül-müqəddəs) Qiyamət gününün bərpa olacağı məkandır. Oraya gedin və namaz qılın! Çünki orada qılınan bir namaz‚ başqa məscidlərdə qılınan min namaza bərabərdir.

  • Bəs əgər oraya getmək imkanımız olmasa, nə edək?

  • Oranı işıqlandırmaq üçün yağ göndər. Kim belə etsə sanki‚ oranı ziyarət etmişdir.360

  1. İmam Əli (ə): «Dörd məkan Behiştin yer üzərindəki saraylarından sayılır: Məscidül-həram‚ Məscidün-Nəbi‚ Beytül-müqəddəs və Kufə məscidi.»361

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin