Merac gecəsi məni dünya səmasına apardıqda‚ Kufə məscidini göstərdilər. Dedim: «Ya Cəbrayıl! Bu nədir?» Dedi: «Bu, olduqca xeyir-bərəkətli bir məsciddir. Allah-Təala onu əhli (orada ibadət edən və oranı layiqincə qiymətləndirən həqiqi bəndələri) üçün seçib və bu məscid, Qiyamət günü onlara şəfaət edəcək.»369
Büraqa mindirilərək meraca aparıldıqda‚ Kufə məscidinin yanından keçdim. Mənimlə birlikdə olan Cəbrayıl dedi: «Ey Məhəmməd! Burada yerə en və namaz qıl!» Aşağı enib‚ namaz qıldım. Dedim: «Ey Cəbrayıl! Bura haradır?» Dedi: «Ey Məhəmməd! Bura Kufədir və bu da Kufə məscididir. Mən onu iyirmi dəfə dağıdılmış halda və iyirmi dəfə də abad şəkildə görmüşəm. Bu müddət arasında olan fasilə 500 il olmuşdur.»370
Sanki Kufə məscidini Qiyamət günü ehram bağlamış halda‚ orada iki rəkət namaz qılan şəxs barəsində şəhadət verdiyini müşahidə edirəm.371