İmam Baqir (ə): «Əgər insanlar Kufə məscidinin nəyə qadir olduğunu anlasaydılar‚ azuqə və minik hazırlayaraq uzaq məsafələrdən ona sarı üz gətirərdilər. Orada bir vacib namaz qılmaq‚ bir Həcc ziyarətinə və bir müstəhəbb namaz qılmaq isə bir Həcci-ümrə ziyarətinə bərabərdir.»379
Hənnan ibn Sədir rəvayət edir: «İmam Baqirin (ə) hüzurunda idim. Elə bu vaxt‚ bir kişi içəri daxil olaraq‚ salam verib‚ oturdu. İmam (ə) ona buyurdu:
Hansı məntəqədənsən?
Kişi dedi:
Mən Kufəliyəm‚ sizi sevir və məhəbbət bəsləyirəm.
Bütün namazlarını Kufə məscidində qılırsan? Xeyr.
Doğrudan da sən xeyir-bərəkətdən məhrum qalmısan.380
Əbu Übeydə Həzza rəvayət edir: «İmam Baqir (ə) buyurdu: «Ey Əbu Übeydə! Hətta iməkləyərək getməli olsan belə‚ Kufə məscidində namaz qılmağı tərk etmə. Çünki orada namaz qılmaq‚ başqa məscidlərdə qılınan yetmiş namaza bərabərdir.»381