BiRİNCİ FƏSİL



Yüklə 0,72 Mb.
səhifə9/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
1   ...   5   6   7   8   9   10   11   12   ...   107

Məscidə getmək


Məscid tikməyin hədəfi yalnız insanların oraya gəlib‚ onun xeyir və bərəkətlərindən bəhrələnməsi üçündür. Elə bu səbəbdən də‚ dini-mənəvi dəyərlərin möhkəmlənməsi və yayılması yolunda addım atmaq istəyən hər bir kəs‚ insanların məscidlərə müraciət etməsinə şərait yaratmalıdır. Bu haqda dini rəhbərlərimizin göstərişləri və tövsiyələri mövcuddur.

İslami rəvayətlərdə bəhs etdiyimiz məsələyə xüsusi olaraq təkid edilmiş və hətta məscidlərin yalnız xalqın hüzuru ilə abad olduğu dəfələrlə vurğulanmışdır. Allahın Rəsulu (s) buyurur: «Hər zaman bir kişinin ardıcıl olaraq məscidə getdiyini görsəniz‚ onun imanlı olduğuna şəhadət verin. Allah-Təala buyurur: «Allahın məscidlərini, yalnız Ona və Qiyamət gününə iman gətirən‚ namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abad edərlər.»

Şübhəsiz‚ işarə olunan hədis‚ məscidlərin təkcə təmir olunması və zahiri görünüşdə abad saxlanılması ilə deyil‚ yalnız xalqın oraya gəlib ibadətlə məşğul olmalarıyla birgə olduqda‚ həqiqətən də, abad olacağını bildirir. Əgər belə olmazsa‚ deməli, məscid hər nə qədər də zahiri görünüşündə mötəşəm olsa belə‚ həqiqətdə, abad deyildir.

İslami rəvayətlər müxtəlif ibarələr və cürbəcür ifadələrlə insanları məscidə gəlməyə həvəsləndirmiş və oraya gələn şəxslər üçün böyük savab və Cənnət hədiyyələri nəzərdə tutmuşdur:



  • Məscidə tərəf yola düşən şəxs‚ evinə qayıdana qədər atdığı hər addımın qarşılığında on savab qazanar. Həmçinin, onun əməl dəftərindən on günah silinər və nəticədə o‚ on mərtəbə ucalar.

  • Qaranlıq gecədə məscidə getmək‚ Qiyamət günü məscid əhlinə xüsusi bir nuraniyyət bəxş edər.

  • Məsciddən uzaqda yerləşən məkanlardan (oraya ibadət etməyə) gələnlər daha çox savab qazanarlar.

  • Hər kim hamıdan qabaq məscidə gedərsə‚ Allaha və Behiştə daha yaxın olar.

  • Məsciddə oturmaq ibadətdir. Məscidlə ünsiyyət yaratmaq‚ Allah-Təala ilə ünsiyyət yaratmaq deməkdir.

  • Bağışlanmaq və İslam maarifi öyrənmək məqsədi ilə məscidə getmək həcc ziyarətinin savabına malikdir. Bunlardan əlavə‚ müsəlmanları (evdə deyil) məsciddə namaz qılmağa və həmçinin ən fəzilətli və camaatın daha çox gəldiyi‚ izdihamlı məscidlərdə ibadət etməyə həvəsləndirmək üçün Məscidül-həramda namaz qılmaq (başqa məscidlərdə qılınan) yüz min namazın savabına‚ Peyğəmbərin (s) məscidində namaz qılmaq‚ on min namazın savabına‚ Məscidül-əqsada namaz qılmaq min namazın savabına‚ cümə məscidlərində qılınan namaz yüz namazın savabına‚ yaşadığın ərazinin məscidində qılınan namaz iyirmi beş namaza‚ bazar məscidində qılınan namaz isə on iki namazın savabına bərabərdir. Halbuki‚ (məscidə və camaat namazına etinasızlıq üzündən olmadığı halda) evdə qılınan namaz isə elə həmin namazın (bir namazın) savabını daşıyır.

Məsciddə namaz qılmağı üzrsüz səbəbdən tərk etmək qəflət və cahillik nişanəsi və təfriqə sayılmışdır. İslami hədislərdə məscidin qonşuluğunda yaşayan şəxslərin yalnız məsciddə namaz qılması tövsiyə edilmişdir. Qonşularının orada namaz qılmadığı məscidin (Qiyamət günü) Allah-Təalaya belə şikayət edəcəyi buyurulur: «Məscidlər oraya gəlməyən qonşularından Allah-Təalaya şikayət etdi. Allah-Təala da‚ belə buyurdu: «And olsun izzəti-cəlalıma ki‚ onların heç bir namazını qəbul etməyəcəm‚ xalq arasında onları ədalətli tanıtmayacam‚ onlarla mərhəmətli davranmayacam və Behiştdə mənim qonşum ola bilməyəcəklər!»

  1. Yüklə 0,72 Mb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin