İmam Sadiq (ə): «Çətinliyi olan hər bir kəs Səhlə məscidinə gəlib‚ orada məğrib və işa namazları arasında iki rəkət namaz qılaraq Tanrıdan yardım diləsə‚ Allah-Təala onun çətinliyini həll edər.393
İmam Sadiq (ə): «Kufədə «Səhlə» adlandırılan bir məscid var. Əmim Zeydin oraya yolu düşəndə‚ bu məsciddə namaz qılıb‚ Allaha pənah aparardı. Allah-Təala iyirmi il onu qorudu. Bu məscid, atlının (Xızırın (ə) endiyi yer və İdris peyğəmbərin (ə) evidir. Ona hər dəfə bir çətinlik üz gətirəndə‚ bu məscidə gələrək‚ məğrib və işa namazları arasında (müstəhəbb) namaz qılar‚ Tanrıya yalvarardı. Allah-Təala da onun bütün çətinliklərinə yol açardı.»394
Əbdür-Rəhman ibn Kəsir rəvayət edir: «İmam Sadiqin (ə) Əbu Həmzə Somaliyə belə buyurduğunu eşitdim:
Ey Əbu Həmzə! Əmim Zeydin gecələr (ibadət etmək üçün) ayağa qalxdığını görmüsənmi?
Dedi:
Bəli.
Süheyl məscidində namaz qılırdı?
Süheyl məscidi haradadır? məqsədiniz Səhlə məscididir?
Bəli. Əgər orada iki rəkət namaz qılıb Allaha pənah aparsaydı‚ bir daha onu qoruyardı.
Atam-anam sənə qurban olsun! Bu Səhlə məscididirmi?
– Bəli. İbrahimin evi oradadır. O Həzrət (ə) buradan Əmaliqəyə sarı yola düşdü. İdrisin (ə) də dərzilik etdiyi ev oradadır. Bu məsciddə yaşıl bir qaya vardır ki‚ bütün peyğəmbərlərin rəsmləri oradadır. Allah-Təala bütün peyğəmbərləri bu qayanın altındakı torpaqdan yaradıb və Merac da oradadır.395
Əla ibn Rəzin rəvayət edir: «İmam Sadiq (ə) mənə buyurdu: «Sizin yaxınlığınızda yerləşən «Səhlə»‚ bizim isə «Şəra» dediyimiz məsciddə namaz qılırsanmı?» Dedim: «Bəli‚ sənə qurban olum. Orada namaz qılıram». Buyurdu (ə): «O məscidə get. Çətinliyi olan (dua edib‚ hacət diləmək üçün) oraya getsə‚ elə bir çətinlik yoxdur ki‚ (o‚ həll olmasını istəsin‚ amma) Allah-Təala onu dəf etməsin. Orada bir daş vardır ki‚ üzərinə bütün peyğəmbərlərin və onların canişinlərinin adları yazılıb.»396