10.11 Hədİslər məcmuəsİ -
Məhəmməd peyğəmbər (s): «Dörd şey kamilliyə və dörd şey də günahların bağışlanmasına səbəb olar... Günahların bağılanmasına səbəb olan amillər ibarətdir: Ramazan ayında oruc tutmaq‚ Allahın evinə həcc ziyarətinə getmək‚ Allah Rəsulunun (s) məscidinə getmək və Beytül-müqəddəs məscidinə getmək.»410
-
İmam Əli (ə): «Yalnız üç məscidin ziyarəti üçün səfərə çıxılar: Məscidül-həram‚ Məscidün-Nəbi və Kufə məscidi.»411
-
İmam Baqir (ə): «Kufədə nifrin olinmuş (lənətlənmiş) məscidlər və (bununla yanaşı) fəzilətli məscidlər vardır. Bərəkətli və fəzilətli məscidlər bunlardır: Ğəna məscidi. And olsun Allaha ki‚ bu məscidin qibləsi dəqiq və torpağı pakdır. Onu mömin bir şəxs tikibdir. Qiyamət günü gəlib çatmamış onun kənarında iki bulaq və onun da yanında iki bağ yaranar. Bu məscid əhli hamılıqla lənətlənibdir və onların məscidə bir bağlılığı yoxdur.
Bəni Zəfər (Səhlə) məscidi‚ Xəmra məscidi və Cufa məscidi ki‚ indi ondan əsər-əlamər belə yoxdur.»412
-
İmam Baqir (ə): «(Fəzilətli) dörd məscid bunlardır: Məscidül-həram‚ Məscidün-Nəbi‚ Beytül-müqəddəs və Kufə məscidi. Ey Əbu Həmzə! Bu məscidlərdə qılınan hər vacib namaz bir Həcc ziyarətinə bərabərdir. Bu məscidlərdə qılınan hər müstəhəbb namaz isə bir Həcci-ümrə ziyarətinə bərabərdir.»413
-
İmam Sadiq (ə): «Mübarək məscidlər və ziyarətgahlara getməyi tərk etmə. İlk gündən təqva üzərində bina olunmuş Quba məscidi kimi‚ Məşrəbəti-Ümm İbrahim‚ Fəzix məscidi‚ şəhidlərin qəbirləri‚ Əhzab məscidi (Fəth məscidi) kimi (müqəddəs yerləri ziyarət etməyi unutma).»414
-
Üqbə ibn Xalid rəvayət edir: «İmam Sadiqdən (s) soruşdum: «Biz Mədinənin ətrafındakı məscidlərə getmək istədikdə (əvvəlcə) hansı məsciddən başlayaq?» Buyurdu (ə): «Quba məscidindən başla və orada çox namaz qıl. Çünki (Quba məscidi) Peyğəmbərin bu məntəqədə namaz qıldığı ilk məsciddir. Sonra Məşrəbəti-Ümm İbrahimə get və orada namaz qıl. Çünki bu məkan da Allahın Rəsulunun (s) məskəni və namaz qıldığı yerdir. Sonra da Peyğəmbərin (s) namaz qıldığı Fəzix məscidinə gedib‚ orada namaz qıl.
Bütün bunları yürinə yetirdikdən sonra Ühüd məntəqəsinə gedib‚ Hərrənin aşağı səmtində yerləşən məsciddə namaz qıl. Ardınca Həmzə ibn Əbdül-Mütəllibin qəbrini ziyarət et və ona salavat göndər. Sonra şəhidlərin qəbirlərini ziyarət edib‚ belə de: «Salam olsun sizə‚ ey bu diyarın əhli! Siz bizdən öncə bu dünyadan köçdünüz və şübhəsiz ki‚ biz də sizə qoşulacağıq».
Ardınca Ühüdə daxil olduqda sağ tərəfdə yerləşən geniş dağların kənarındakı yerdə namaz qıl. Peyğəmbər (s) müşriklərlə qarşı-qarşıya gəldikdə‚ bir az hərəkət etdikdən sonra namaz vaxtı gəlib çatdıqda‚ orada namaz qıldı.
Beləcə, ziyarətinə davam et və qayıdış yolunda şəhidlərin qəbirlərinin kənarında Allahın sənə yazdığı (buyurduğu) qədər namaz qıl.
Sonra qarşı tərəfə üz tutub‚ Əzhab məscidinə get. Orada namaz qıl və Allahı çağır. (Dua et.) Çünki Peyğəmbər (s) Əzhab müharibəsi zamanı orada dua edərək‚ buyurdu: «Ey çətinlikdə olanların dadına çatan! Ey çarəsizlərə əlac edən! Ey dərdli insanların qəmini dağıdan! Qəm-qüssəmi və çətinliklərimi həll et. Sən, mənim və tərəfdarlarımın hansı vəziyyətdə olduğunu daha yaxşı bilirsən.»415
Dostları ilə paylaş: |