BiRİNCİ FƏSİL


-Cİ FƏSİL: Tənqİd olunan məscİdlər



Yüklə 0,72 Mb.
səhifə101/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
1   ...   97   98   99   100   101   102   103   104   ...   107

12-Cİ FƏSİL: Tənqİd olunan məscİdlər


Qurani-kərim: «(Quba məscidinə və müsəlmanlara) zərər vurmaq‚ küfr etmək‚ möminlər arasına təfriqə salmaq məqsədilə‚ əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: «Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik»‚-deyə and içənlərin (münafiqlərin)‚ həqiqətən‚ yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!»425

  1. Təfsiri-Qummi: Allah-Təalanın bu kəlamının: «Zərər vurmaq‚ küfr etmək‚ möminlər arasına təfriqə salmaq məqsədilə məscid düzəldən» ayəsinin nazil olmasının səbəbi budur: Bir qrup münafiq Allah Rəsulunun (s) yanına gələrək‚ dedi: «Ey Allahın elçisi! Xəstələr‚ yaşlılar üçün və həmçinin, yağışlı gecələrdə (bu məscidə gəlməyin çətin olmasına gərə)‚ Bəni-Salim (qəbiləsinin) yaşadığı ərazidə məscid tikməyimizə icazə verirsinizmi?»

Təbuk döyüşünə getməyə hazırlaşan Allah Rəsulu (s) onların istəklərinə müsbət cavab verdi. Dedilər: «Ey Peyğəmbər! Kaş ki‚ gəlib orada namaz qılaydınız.» Həzrət (s) buyurdu: «Mən səfərə gedirəm. İnşaalah qayıtsam‚ gəlib orada namaz qılaram.»

(Amma) Peyğəmbər (s) Təbuk (müharibəsindən) qayıtdıqda bu ayə Əbu Amir Rahib və o məscidi haqqında nazil oldu. Halbuki‚ onlar məscidi təmiz niyyət və yaxşılıq qəsdi ilə tikdiklərinə and içmişdilər. Lakin Allah-Təala bu ayəni onlar barəsində nazil etdi: «Zərər vurmaq‚ küfr etmək‚ möminlər arasına təfriqə salmaq məqsədilə əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən...»

Belə olduqda, Peyğəmbər (s) Malik ibn Dəcşəm (ya Dəhşəm) Xuzai‚ Amir ibn Ədi və Bəni Əmr ibn Ovfun qardaşına bu məscidi dağıdaraq yandırmağı tapşırdı. Malik ibn Amir dedi: «Gözlə‚ qoy evimdən od gətirim».

Sonra evindən od gətirərək‚ xurma ağaclarının budaqlarını alovlandırıb‚ onunla məscidi yandırdı. Ardınca da‚ oradan uzaqlaşdılar. Zeyd ibn Harisə (yanan məscidin kənarında) əyləşib‚ onun tamamilə yanıb-qurtarmasını gözlədi. (Məscid yanıb qurtardıqdan) sonra‚ o‚ onun divarlarının dağıdılmasına göstəriş verdi.»426



  1. İbn Abbas rəvayət edir: «Allahın Rəsulu (s) Quba məscidini tikdikdən sonra ənsardan olan bir qrup şəxs‚ o cümlədən də; Abdullah ibn Hüneyfin babası Yəxdə‚ Vədiə ibn Hizam və Məcmə ibn Cariyə Ənsari ilə birlikdə Nifaq məscidini tikdilər. Allahın Rəsulu (s) Yəxdəyə buyurdu: «Nə etmək istəyirsən? (Bununla nəyə nail olmaq istəyirsən?) Dedi: «Ey Allahın Rəsulu (s)! Yaxşılıqdan başqa heç bir niyyətim yoxdur.»

O yalan danışırdı. Lakin Allahın Elçisi (s) onun söylədiklərini qəbul etdi. Sonra da Allah-Təala bu ayəni nazil etdi: «Zərər vurmaq‚ küfr etmək‚ möminlər arasına təfriqə salmaq məqsədilə‚ əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən...»

Ayənin hədəfi Əbu Amir adlı bir şəxsdir ki‚ Allahın Rəsulu (s) ilə mübarizə aparırıdı. O‚ (Roma imperatoru) Heraklın yanına getmişdi. (Zirar məscidini tikənlər) onun qayıtmasını gözləyirdilər ki‚ orada namaz qılsınlar. Halbuki o‚ Allah və Peyğəmbəri (s) ilə mübarizə aparmaq üçün Mədinəni tərk etmişdi.»427




  1. Yüklə 0,72 Mb.

    Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin