«Məscid» sözü ərəb qramatikasında «ismi-məkan» sayılır və kökü, «əyilmək»‚ «acizliyi bildirmək», «baş əymək» mənalarını bildirən «səcədə» sözüdür. İbn Faris deyir: «Sin»‚ «cim» və «dal» hərflərindən (samitlərindən) ibarət «səcədə» sözü‚ əyilmək və təvazökarlıq aşılayan ümumi bir mənanı ifadə edir. Belə ki‚ «səcədə» (səcdə etdi) deyildikdə‚ kiminsə təvazökarlıq etdiyi və ya baş əydiyi anlaşılır.»4
Digər ərəb dilçiləri də‚ buna oxşar mənaları qeyd etmişlər. Deməli‚ ərəb dilində «sücud» (səcdə etmək) sözü kiminsə qarşısında «baş əymək»‚ «kiçilmək» mənasındadır. Məscid də əyilmək‚ baş əymək və təzim etmək üçün bir məkandır.