Əbu Qütadədən nəql olunur: «Allahın Rəsulu (s) ənsardan (özləri üçün məscid tikmək istəyən) bir qrup şəxslə qarşılaşdıqda‚ buyurdu: «Sahəsi geniş bir məscid tikin ki‚ gələcəkdə onu dolduracaqsınız.»49
Həzrət Məhəmməd (s): «Dəstəmazxanaları məscidə yaxın tikin.»50
a) Məscidləri eyvanlarla dolu olduğu halda ucaldılmış şəkildə tikməmək
Həzrət Məhəmməd (s) buyurmuşdur:
Sanki‚ sizin məndən sonra məscidlərinizi yəhudi məbədləri və xristian kilsələri(ndə olduğu kimi yersiz cah-cəlal içində) eyvanlarla dolu olduğu halda ucaldılmış şəkildə tikdiyinizi görürəm.51
Saf-hamar‚ (yersiz cah-cəlaldan uzaq) eyvansız məscidlər tikməyə əmr olunmuşam.52
Mənə məscidləri (lazım olmayan miqdarda) həddindən artıq cah-cəlallı şəkildə ucaldaraq möhtəşəm formada tikmək əmr edilməyib.53