İmam Baqir (ə): «Əli (ə) Kufədə eyvanlarla dolu olduğu halda (yersiz təm-təraqla) ucaldılmış bir məscid gördü. Buyurdu: «Elə bil kilsədir. Məscidlər saf-hamar (lazımsız təmtəraqdan uzaq)‚ eyvansız tikilməlidir.»56
İmam Baqir (ə): «Qaim (ə.c) zühur etdiyi zaman Kufəyə gedib orada yerləşən dörd məscidi yerlə-yeksan edəcəkdir. Sonra daxilində (təm-təraq üçün tikilmiş) eyvanları olan məscidlərin eyvanlarını viran edəcəkdir.57
b) Məqsurə58 düzəltmək
İmam Baqir (ə): «Bu məqsurələr keçmiş xəlifələrdən heç birinin zamanında yox idi. Zülmkarlar onu ortaya çıxardtılar. Belə bir məkanda dayanıb camaat namazı qılan pişnamaza iqtida edən şəxsin namazı düzgün deyil.»59
Şeyx Tusi Davud ibn Qasim Cəfəridən nəql edir: «İmam Həsən Əsğərinin (ə) yanında idim. Buyurdu: «Qaim (ə.c.) qiyam etdiyi zaman məscidlərin minarələrini və məqsurələrini məhv edəcəkdir.» Öz-özümə dedim: «Axı bunun nə mənası var ki?» İmam (ə) üzünü mənə çevirib‚ buyurdu: «Mənası budur ki‚ bütün bunlar dinə sonradan artırılmış bidətlərdir. Heç bir peyğəmbər və ilahi höccəti belə şeylər tikməmişdir.»60
Bu il (h.q. 44-cü il) Müaviyə məsciddə məqsurə tikdirdi, bayram günlərində minbərləri namaz qılınan yerlərə daşıtdırdı və bayram namazı xütbəsini namazdan qabaq oxudu. Çünki xalq namazdan sonra (tez ayağa qalxıb) gedirdilər ki‚ (carçı) Əlini (ə) söyərkən eşitməsinlər. Elə buna görə də‚ Müaviyə xütbəni namazdan öncə oxuyurdu. O‚ Peyğəmbərin ailəsini hiddətləndirmək məqsədilə Fədəyi Mərvan ibn Həkəmə bağışladı.61