İmam Baqir (ə): «Həzrət Əli (ə) məscidlərdəki mehrabları müşahidə etdikdə‚ onları yerlə-yeksan edirdi. O‚ buyurur: «Bu mehrablar yəhudilərin qurban kəsdikləri yerə oxşayır.»63
d) Məscidləri bəzəmək64
Qüdsi-hədisdə Allah-Təala Şəəya (ə) peyğəmbərə belə vəhy etdi: «Mənim üçün evləri (məscidləri) dəbdəbəli şəkildə bina edirlər və məscidləri (həddindən artıq‚ gərəksiz yerə təmtəraqlı formada) bəzəyirlər. Yaşamadığım evlərin dəbdəbəli şəkildə tikilməsinə nə ehtiyacım var?! Daxil olmayacağım məscidlərin təmtəraqlı formada bəzədilməsinə mənim nə ehtiyacım var? Mən onların möhtəşəm şəkildə tikilməsini yalnız ona görə əmr etmişəm ki‚ orada məni yad etsinlər‚ şənimə həmd oxusunlar. Amma insanlar bu məkanlarda vücudlarını‚ ağıllarını və qəlblərini korlayıb‚ viran edirlər!»65