BiRİNCİ FƏSİL



Yüklə 0,72 Mb.
səhifə31/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
1   ...   27   28   29   30   31   32   33   34   ...   107
İmam Sadiq (ə): «Peyğəmbər (s) buyurur: «Məsciddə oturub namazın başlanmasını gözləmək‚ çirkinlik yaratmadığınız halda, ibadət sayılır.» Bir nəfər soruşdu: «Ey Allahın Rəsulu! Çirkinlik dedikdə məqsədiniz nədir?» Həzrət (s) buyurdu: «Qeybət etmək.»94

  • Həzrət Məhəmməd (s): Sizlərdən hər biri pak şəkildə evdən çıxıb‚ müsəlman qardaşı ilə namaz qılıb və sonra da (məsciddə) oturub (ikinci) namazın başlamasını gözlədikdə‚ mələklər (ona dua edərək) deyərlər: «İlahi! Onu bağışla. İlahi! Ona mərhəmət göstər.»95

  • Osman ibn Məzundan belə nəql olunur: «Bir gün Peyğəmbərə (s) dedim: «Ey Allahın Rəsulu! Sizdən bir neçə mətləb barəsində soruşmaq istərdim.» Həzrət (s) buyurdu: «Ey Osman! Sualın nə haqqındadır?» Dedim: «İstəyirəm ki‚ zahidliyə üz gətirim (tərki-dünya olum).»

    Həzrət (s) buyurdu: «Ey Osman! Bu doğru fikir deyildir. Çünki mənim ümmətimin zahidliyi məsciddə oturub bir namazı qılıb quratardıqdan sonra o biri namazın başlanmasını gözləməkdir.»96

    1. Rəsulallah (s): «(İnsanların) yeddi dəstəsi Allahın (mərhəmət) sayəsindən başqa heç bir sığınacağın olmadığı gündə (Qiyamət günündə) Onun (rəhmət) sayəsi altında qərar tutar: ... Məsciddən çıxarkən‚ oraya bir də getməyi qərara alan şəxs.»97


    Yüklə 0,72 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   27   28   29   30   31   32   33   34   ...   107




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin