BiRİNCİ FƏSİL


Məscİdə getməyİn fəzİlət və dəyərİ



Yüklə 0,72 Mb.
səhifə34/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
1   ...   30   31   32   33   34   35   36   37   ...   107

5.2 Məscİdə getməyİn fəzİlət və dəyərİ


  1. Həzrət Məhəmməd (s) buyurmuşdur: Məscidə tərəf addım atan şəxs‚ (hər addımın) müqabilində (bir) savab qazanar.107

  2. Məscidə sarı yola düşən şəxs‚ atdığı hər addımın müqabilində on savab qazanar.108

  3. Məscidə tərəf yola düşən şəxs‚ evinə qayıdanadək atdığı hər addımın müqabilində on savab qazanar. Həmçinin, onun əməl dəftərindən on günah silinər və nəticədə o‚ on mərtəbə ucalar.109

  4. Evindən məscidə getmək niyyəti ilə addım atan şəxs‚ əməl dəftərinə bir addımında bir savab yazar və o biri addımında isə bir günahını silər.110

  5. Allah-Təala (Qiyamət günü) üç şəxsə zamin olar: məscidə sarı yola düşən şəxsə Allah-Təala Qiyamət günü onu tapıb‚ behiştə göndərməyə‚ yaxud da onun əməlinin savabını verməyə zəmanət verər.111

  6. Azan oxuyanın (namaza) çağırışını qəbul etmək (namaza getmək)‚ Allahın rəhmət nəzərini cəlb edər və o‚ Behiştlə mükafatlandırılar. Mən onu rəd edən (namaza getməyən) şəxslə Qiyamət günü mübarizə aparacağam. Allah carçısının dəvətini qəbul edıb‚ məscidə gedən şəxsın xoş halına! Cənnət əhli olan mömin şəxslərdən başqa heç kəs müəzzinin (namaza) dəvətini qəbul etməz.112

  7. Məscidə getmək Allah və Peyğəmbərinin (s) əmrinə tabe olmaq deməkdir. Hər kim‚ Allah və Peyğəmbərinə (s) itaət etsə‚ Tanrı onu sadiqlər və şəhidlərlə birlikdə Behiştə daxil edər. O‚ Behiştdə həzrət Davudla (ə) həmsöhbət olar. Həzrət Davuda (ə) verilən savab qədər mükafatlandırılar.113

  8. Hər səhər-axşam məscidə getmək Allah yolunda cihad etməyin bir hissəsi sayılır.114

  9. Məscidə hər səhər-axşam Allaha xatir getməyən şəxsin əməlləri naqisdir.115

  10. Hər səhər-axşam məscidə gedən şəxsin hər gedişində Allah-Təala onun Behişt azuqəsini hazırlayır.116

  11. Sənin məscidə doğru gedişinin və oradan evə qayıdışının savabı bərabərdir.117

  12. Hər səhər-axşam məscidə gedən şəxs‚ bu əməlinə başqa işlərlə müqayisədə daha çox əhəmiyyət versə‚ Allah-Təala hər dəfə onun üçün Behişt nemətlərindən azuqə hazırlayar. Necə ki‚ sizlərdən hər biri sevdiyiniz şəxsin görüşünüzə gəldiyini gördükdə‚ ona (xüsusi) ziyafət təşkil edər.118

  13. Agah olun! Hər kim camaat namazı qılmaq niyyəti ilə məscidə gedərsə‚ hər addımının müqabilində yetmiş min savab əldə edər və elə bu qədər də onun əməl dərəcəsi artar.119

  14. Bu altı xislətdən biri hansı müsəlmanda olarsa‚ Allah-Təala onun Behiştə daxil olmasına zamin olar: ... Gözəl şəkildə dəstəmaz alıb‚ namaz qılmaq üçün məscidə gedən şəxs. Əgər bu şəxs məscidə gedərkən (ya qayıdarkən) dünyasını dəyişsə‚ Allah-Təala (onun Behiştə getməsinə) zamin olar.120

  15. Evində özünü təmizləyib‚ sonra da vacib namazlardan birini yerinə yətirmək üçün Tanrı evlərindən birinə sarı yola düşən şəxsin ilk addımı onun pis əməllərini təmizləyər‚ digər addımı isə (Behiştəki) məqamını yüksəldər.121

  16. Gözəl şəkildə dəstəmaz alib‚ yalnız namaz qılmaq üçün evdən çıxan şəxs‚ məscidə daxil olana qədər (hər addım attığında) ardıcıl olaraq sol ayağı onun pis əməllərini məhv edib‚ sağ ayağı da (ona) savab yazar.122

  17. Layiqli şəkildə dəstəmaz alıb‚ təkcə namaz qılmaq məqsədi ilə məscidə sarı yola düşən şəxs‚ oraya daxil olana qədər attığı hər addımda Allah-Təala onun günahlarını silib‚ məqamını yüksəldər. O, məscidə daxil olduğu vaxtdan namazın başlanmasına qədər olan müddətdə namaz qılan şəxs kimidir.123


  18. Yüklə 0,72 Mb.

    Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin